1. Pendir, şor və s. saxlamaq üçün xüsusi surətdə hazırlanmış qoyun və ya keçi dərisi. Motaldan şor çıxarmaq.
– Məscidin alçaq qapısından hamballar dalında motal və qeyri baqqal şeyləri çıxardırdılar.
Payızqabağı [Murad bəyin] evində motal motala söykənirdi.
□ Motal papaq – qoyun dərisindən evdə tikilən iri papaq.
[Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, ətəyi büzməli arxalığı var idi.
…Arabanın çağları arasından Əlləzoğlunun motal papağı qaralırdı.
Motal pendiri – motalda saxlanılan pendir.
Süfrədə hər şey vardı: camış qaymağı, beçə balı, inək yağı, üzlü motal pendiri, təndir çörəyi, qənd, şəkər.
Motal tutmaq – saxlamaq üçün pendiri, şoru duzlayıb motala doldurmaq.
[Qurbanəli:] Biriki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam.
2. dan. İri, şişman, piyli (qarın haqqında).