Monako Avroviziya Mahnı Müsabiqəsində
Monako Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1959-cu ildə qoşulmuş və ümumilikdə 24 dəfə iştirak etmişdir. Knyazlıq ilk dəfə 1971-ci ildə Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Monakonun 1972-ci ildə müsabiqəyə ev sahibliyi etməsi gözlənilsə də, maliyyə problemləri səbəbindən knyazlıq bu fürsətdən imtina etmişdir. Monako Avroviziyada qalib gələn yeganə mikro-dövlətdir. Knyazlıq eyni zamanda müsabiqədə on dəfə ilk beşlikdə yer almış və iki dəfə də sonuncu yeri tutmuşdur.
Monako maliyyə problemləri səbəbi ilə 1980-ci ildən 2003-cü ilə kimi Avroviziyada iştirak etməmişdir. Knyazlıq iyirmi beş illik fasilədən sonra 2004-cü ildə müsabiqəyə geri dönmüşdür, lakin yarımfinal mərhələsinin də tətbiq olunduğu müsabiqədə Monako üç il ard-arda heç bir nəticə əldə edə bilməmişdir. Nəticə olaraq Monako 2007-ci ildə yenidən Avroviziyadan kənarlaşmışdır.
== Təmsilçilər ==
== Səsvermə tarixi ==
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.