Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Françesko Moçi
Françesko Moçi (29 iyul 1580 – 6 fevral 1654) əsasən Roma və Orvietoda fəaliyyət göstərmiş erkən Barokko dövrü İtaliya heykəltəraşıdır. == Həyatı == O, Montevarkidə doğulmuş və Romada vəfat etmişdir. Onun erkən sənət müəllimi anti-manyerist Florensiya rəssamı Santi di Tito olmuş, Titonun emalatxanasında Moçi xəttin aydınlıq və ilkliyini öyrənmişdir. 1599-cu ildə Romaya köçən Moçi Venesiya heykəltəraşı Kamillo Marianinin emalatxanasında öyrənməyə davam etmişdir. Moçi Covanni Lorenso Bernini və onun atası Pyetro ilə eyni dövrdə fəaliyyət göstərmişdir. == Fəaliyyəti == Moçi, Stefano Maderno ilə birlikdə mühüm Papa sifarişinin yerinə yetirərək Santa-Mariya-Maccore kilsəsindəki Paolina kapellasında çalışmış, burada “Müqəddəs Matfey və Mələk” əsərini yaratmışdır. Onun ilk böyük əsəri olan “Müjdə” (“Mələk” 1605-ci ildə, “Bakirə” isə 1608-ci ildə tamamlanmışdır, hər iki heykəl Orvieto kafedralında saxlanılır) iki heykəldən ibarətdir. Sənət tarixçisi Rudolf Uittkoverin “heykəltəraşlığı yuxudan oyandıran fanfar” adlandırdığı əsər ölçülü emosionallığı ilə barokko heykəltəraşlığını geridə qoyur. Moçi həm də bürünc və çuqunla işləməyi bacaran azsaylı XVII əsr heykəltəraşlarından biri olmuşdur. O, Pyaçentsadakı Pyaçça Kavallidə ucaldılmış I Ranuçço Farneze və Parma hersoqu Alessandro Farnezenin atlı bürünc heykəllərinin müəllifidir.
Müqəddəs Veronika (Françeska Moçi)
Müqəddəs Veronika heykəli (ing. Santa Veronica ) – Vatikandakı Müqəddəs Pyotr bazilikası üçün Françesko Moçi tərəfindən 1629-1639-cu illərdə hazırlanmış mərmər heykəldir. 1629-cu ilin dekabrında Müqəddəs Pyotr bazilikasının mərkəzi gümbəzi altında yerləşən dörd nişdən birində yerləşdiriləcək Müqəddəs Veronika heykəlinin hazırlanması heykəltaraş Françesko Moçiyə həvalə olunmuşdur. Digər üç heykəl – Müqəddəs Andreyin heykəli Fransua Dükenua, Müqəddəs Yelenanın heykəli Andrea Bolci, Müqəddəs Lonqinin heykəli isə Covanni Lorenso Berniniyə həvalə edilmişdir. 1629-1632-ci illərdə o, əsərin müxtəlif versiyaları üzərində çalışmış, nəhayət 8 sevral 1632-ci ildə heykəlin yekun variantını Papa VIII Urbana təqdim etmiş və Papa layihəni təsdiqləmişdir. Heykəlin hazırlanmasında istifadə olunan mərmərlər 1634-cü ilin sonlarında Karraradan gətirilmişdir. Heykəltəraş əsəri 1635-1639-cu illərdə işləyərək tamamlamışdır. Bazilikada nəzərdə tutulmuş yerində yerləşdirilmiş əsər 11 noyabr 1640-cı ildə ictimayətə təqdim edilmişdir. 5 metr hündürlüyə malik olan Müqəddəs Veronika heykəli üç iri Karrara mərməri blokundan hazırlanmışdır. Moçinin şah əsəri hesab edilən nəhəng heykəldə tətbiq etdiyi müxtəlif texnika və dizayn elementləri onun yaradıcılığının erkən dövrünə aid olan “Müjdə” (1603-1608, İtaliyadakı Orvieto kafedralında saxlanılır) heykəllər qrupunu xatırlatmaqla həmin dövrdə əksər barokko heykəltaraşları tərəfindən istifadə edilirdi.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av — "ov" və çit — " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Bocin
Sakimori (防人, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur. == Tarixi == 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir. "Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır. Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Miçio
Miçio — Yaponiya adı. Miçio Yasuda — keçmiş Yaponiya futbolçusu. Miçio Aşikaqa — keçmiş Yaponiya futbolçusu.
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. Adlar Mobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Mobin
“Mobin” İranın çoxməqsədli yerüstü idarəeməyə malik pilotsuz uçuş aparatıdır. Bu PUA ilk dəfə 27 avqust 2019-cu ildə Rusiyanın Jukovski beynəlxalq hava limanında keçirilən MAKS aviaşousunda nümayiş etdirilib. Mobin düşmənin müdafiəsinə nüfuz edən raketləri ələ keçirmək üçün hazırlanıb. 2018-ci ildə İranda silahlanmaya qəbul edilən “Mobin” ixrac üçün də nəzərdə tutulub. “Mobin” həm zərbə, həm də kəşfiyyat PUA-sı kimi fəaliyyət göstərə bilər və radarlara gürünməyən stels xüsusiyyətlərə malikdir. 3 m qanad uzunluğuna malik PUA-nın EPR-i 0,1 m²-dən azdır. Korpusun burun hissəsindəki xüsusi bölmədə 120 kq-lıq (260 funt) müxtəlif döyüş başlıqlarının quraşdırılması mümkündür. Raketin yük bölməsinin həcmi 116 litrdir. Qısa, orta və uzun məsafələr üçün yanacaq idarəetmə sistemi mövcuddur. 450 kilometr (280 mil) döyüş radiusuna malik PUA-nın çəkisi 670 kiloqramdır (1480 funt).
Mocan
Mocan kəndi İranın Qum ostanında Xələcistan bölümünün(Baxş)ının Dəstcerd qəsəbəsində yerləşib.Kəndin əhalisi Xələclərdən ibarətdir və Xələc dilində danışırlar.
Mocen
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Mohito
Mohito (ispan. Mojito) rom və nanə yarpaqlarına əsaslanan spirtli kokteyldir. Kuba adasında yaranıb, 1980-ci illərdə ABŞ-da məşhurlaşdı. Kokteyl Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) “müasir klassiklər” siyahısına daxil edilib və mütəmadi içki kimi təsnif edilir. Mohito ənənəvi olaraq dörd inqrediyentdən ibarətdir: qazlı su, şəkər, laym və nanə. İçkini sərinləmək üçün əzilmiş buz əlavə edin. Beşinci tərkib hissəsi kimi rom isə spirtli mojitoya əlavə olunur. Son zamanlarda kokteylin hazırlanmasını sürətləndirmək üçün ayrıca soda və şəkər əvəzinə "Sprite" kimi müxtəlif şirin qazlı içkilərdən istifadə olunur. Havanadakı bəzi otellər də mojitolara Anqostura əlavə edir. Mohitoda şirin və təravətləndirici sitrus və nanənin birləşməsidir, romun sərtliyini azaltmaq üçün tərkibinə əlavə edilmiş, bu kokteyli ən məşhur yay içkilərindən birinə çevirmişdir.
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.
Hidemasa Morita
Hidemasa Morita (10 may 1995, Takatsuki, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Jiqmond Morits
Jiqmond Morits (mac. Móricz Zsigmond; 2 iyul 1879, Tisaçeçe[d], Sabolç-Satmar-Bereq – 5 sentyabr 1942, Budapeşt) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi. == Həyatı == Jiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü. 1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu. 1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar elədi.
Leylətul-məbit
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Maçin dağları
Maçin dağları (rum. Munții Măcin, həmçinin Maçin yüksəkliyi) — Rumıniyanın şərqində qədim və çox parçalanmış dağ silsiləsi. Maçin dağları ölkənin tarixi-mədəni bölgəsi olan Dobrucada yerləşir. Yüksəklik yetərincə quraq çöl landşaftına malikdir. Silsiləni cənub şırqdən Qara dəniz, şimal şərqdən isə Dunay çayının aşağı axarı əhatə edir. Güclü külək eroziyasının üstünlük təşkil etdiyi bu ərazidə quru və dəniz arasında kəskin temperatur fərqidə müşahidə edilir. Küləyin işi ərazidə bir çox geoloji abidələrin meydana gəlməsinə səbəb olmuşdur: "Pinqvin", "Dobrucalı dinozavr" qayaları buna misaldır. Qranitdən ibarət dərələrin arası gilli və gillicəli çöküntülərlə dolmuşdur. Silsilənin cənub-şərqində kristallik əhəng daşları, metomorfik süxurlar, qumdaşları və şistlər üstünlük təşkil edir. Maçin dağları cənudan tədricən Bolqarıstanın şimalında yerləşən Ludoqor yaylasına keçir.
Mecid Esad
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. == Həyatı == Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. == Ölümü == Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Mikania morii
Mikania morii (lat. Mikania morii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mobil (Alabama)
Mobil (ing. Mobile) — ABŞ-də, Alabama ştatında şəhər. Meksika körfəzi sahilində bir portdur. Arağ emalı, süllüloz-kağız, kimya sənyesi var. Gəmi, alüminium oksidi, sement istehsal olunur. 1711-ci ildə salınmışdır.
Mofid Universiteti
Mofid Universiteti (fars. دانشگاه مفید‎), — İran İslam Respublikasında 1989-cu ildə təsis edilmiş, əsəsən humanitar elmlər sahəsində fəaliyyət göstərən ali təhsil müəssisəsi. Universitetdə iki əsas elmi jurnalı fəaliyyət göstərir: "Nameye Mofid" və "Daneşpəjuhan".