SU

Vaxtilə yul (bulaq, arx), yulaq (çay, su), kölər (su yığılan yer), yelpir, yelpək (мо­чить), çoqra (кипеть), çoqrama yul (isti su), ol ton (yaş paltar), çilə (мочить), çi (ро­са), çun (мыться), yelpiş (отсыревать) və s. sözləri bu anlamda işlənib. M.Kaşğaridə oxuyuruq: Aqturur gözüm yulaq, / Tüşlənir ördək, yuğaq... / Yəni “Göz yaşım çay kimi axır, onun gölünə ördəklər, qazlar yığışır”. Su sözünün əsli cu kimi olub, “maye” mənasını əks etdirib. Süd, yelin, yağış, göl və s. sözlər “su” (cu) mənası ilə bağlıdır (yelin celin, yağış cağış, göl cöl kimi olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

STUL
SUADAĞ
OBASTAN VİKİ
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Basdırılmış su
Basdırılmış su - keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin en­məsi və yeni çökmə süxur təbəqələrilə ör­tül­məsi nəticəsində bu sularla birlikdə gömül­müş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn su­lardır. Bəzi təd­qiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedi­mentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir. Süxurlar Yer səthi Çökmə süxurlar Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Borjomi (su)
Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur. Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi. Borjomi 40-dan çox ölkəyə ixrac olunur.
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiqroskopik su
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Normal su
Qara Su
Qara Su — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub. Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır.
Qazlı su
Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su. QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var: karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər az qazlı; orta qazlı — 0,3-0,4 %; çox qazlı — 0,4 %-dən çox. Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hippokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır. Dr.
Rıçal-su
Rıçal-su - xloridli-hirdokarbonatlı müalicəvi mineral süfrə suyudur. Suyun mənbəyi Cənubi Dağıstan dağlarıdır. Suyun hündürlüyü 1120 m Çnal Xiv rayonu kəndi yaxınlığındadır. Suyu 1862-ci ildən istehsal olunur. Rıçal çayı özü mənbəyini bu sudan götürür. Çay Dağıstanın [[Xiv rayonu] rayonunun mərkəzindən keçir. Çayın eni 25-50 m, dərinliyi isə 1,75 m-dir. Çayın ətrafı meşə ilə örtülmüşdür. Suyun mənbəyində sahəsi 500 ha olan təbii qoruq mövcuddur. Burada diametri 200-250 km-də heç bir yaşayış yoxdur.
SU-25
Suxoy Su-25 (rus. Су-25) (NATO kod adı: Frogfoot) — SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunmuşdur. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə həyata keçirilmişdir. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində seriyalı istehsalına başlanılmışdır. Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. 2012-ci ildə bəzi təyyarələr Su-25SM səviyyəsində modernizasiya olunmuşdur. Su-25T və Su-25TM (digər adı ilə Su-39) növbəti modernizasiya variantları hesab olunsa da, bu variantlar geniş istehsal olunmamışdır. Su-25 və Su-34 qırıcıları 2007-ci ildə istehsal olunan yeganə zirehli, sabit qanadlı döyüş təyyarələri idi. Su-25-lərin əksər hissəsi hazırda Rusiya və digər MDB dövlətləri tərəfindən istismar olunur.
SU-57
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21, NATO kod adı Felon) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib. “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.
Seydu Su
Seydu Su (12 dekabr 1995-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda qapıçı kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. Su Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Su əsas komanda ilə debütünü 20 may 2017-ci ildə çempion olduğu 2016-17 mövsümünün final görüşündə Renn klubuna qarşı oyunda etmişdir. O, 45 dəqiqə meydanda mübarizə aparmış və ikinci hissədə Loik Badiaşil ilə əvəz olunmuşdur.
Su-17
Sukhoi Su-17 (NATO kod adı: Fitter) Sovet hücum təyyarəsi Su-7 qırıcı-bombardman təyyarəsinə əsasən yaradılıb və onun modern versiyası olaraq istehsal edilib. Uzun müddət Sovet, daha sonra Rusiya ordusunda xidmətdə olub və xeyli sayda Şərq bloku və Yaxın Şərq ölkələrinə ixrac edilib.
Su-24
Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var. Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir. 1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı. S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı.
Su-27
Su-27 (rus. Су-27) (NATO kod adı: Flanker – Flanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır. Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir. Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15 və F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır.
Su-30
Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər. Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar. Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, Venesuela və Vyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir.
Su-33
Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir. İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Su­fi
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Turş su
Yaşayış məntəqələri Turşsu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Turşsu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Turşsu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda qəsəbə. Digər Turşsu (içki) — təbii, müalicəvi mineral süfrə suyu.
Yer-Su
Yuvenil su
Yuvenil su (lat. yuvenilis-ilk) maqmadan ayrılmış oksigendən və hidrogendən ilk əmələ gələn sudur. Yer altında və ya yer səthində maqmadan ayrılmış belə su buxan dərhal yeraltı sulara və atmosferdəki su buxanna qarışır. Ona görə də təbiətdə təmiz yuvenil su olmur. Yuvenil sular (lat. juvenils -gənc, cavan) — mantiyadan və vulkan ocaqlanndan ayrılaraq, litosferə daxil olan və ilk dəfə ümumi su dövranında iştirak edən cavan maqmatik sular. Hal-hazırda mantiyadan ildə təxminən 1 kub km-ə yaxın yuvenil sular ayrılaraq Yerin su dövranına daxil olur.
Ayşə Sultan (I Əhmədin qızı)
Aişə Sultan (1605, Konstantinopol – 1660, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi.
Azad Suriya Ordusu
Azad Suriya Ordusu (ərəb. الجيش السوري الحر‎) — bəzi mənbələrə görə Suriyanın azadlığı uğrunda mübarizə aparan ordu. Hərbi birləşmə şəkilndə yaranan ordu 29 iyun, 2011-ci ildə yaradılmışdır. İlk dövrlər ordunun tərkibi min nəfərdən ibarət olmuşdur. 2011-ci il Suriya iğtişaşlarının şiddətlənməsi səbəbindən ASO qoşulanların sayı sürətlə artmışdır. Hal-hazırda ASO tərkibində döyüşən şəxslərin sayı 40.000 nəfərə çatmışdır.
Azedarach sempervirens f. subdentata
Melia azedarach (lat. Melia azedarach) – meliekimilər fəsiləsinin melia cinsinə aid bitki növü. Azedara speciosa Raf. Azedarach commelinii Medik. Azedarach deleteria Medik. Azedarach fraxinifolia Moench Azedarach odoratum Noronha Azedarach sempervirens Kuntze Azedarach sempervirens var. glabrior (C.DC.) Kuntze Azedarach sempervirens f. incisodentata Kuntze Azedarach sempervirens f. longifoliola Kuntze Azedarach sempervirens f. subdentata Kuntze Melia angustifolia Schumach.
Azərbaycan Superkuboku
Azərbaycan Superkuboku — kubok 4 dəfə — 1993, 1994 və 1995-ci illərdə — "Səhər" qəzetinin Superkuboku adı ilə keçirilib. 2013-cü ildə isə Azərbaycan Superkuboku adı ilə yenidən bərpa edilmişdir. Qalib iki dəfə "Neftçi Bakı", bir dəfə isə "Qarabağ" və "Xəzər-Lənkəran" olmuşdur. İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də baş tutub. Birinci və hələlik sonuncu dəfə matçda çempionla kubokun sahibi görüşüb. Sumqayıtda "Neftçi" ilə "İnşaatçı Bakı" arasında görüş baş tutub. Həmin matç böyük hesabla nəticələnib – 4:1. Ölkə çempionu "Neftçi" bu yarışda da gücünü göstərib. 1993-cü ildə "Qızıl dubl" edən "Qarabağ" isə təşkilatçılar tərəfindən Superkubokla da mükafatlandırıldı. Hərçənd, çempionun kubokun finalçısı və ya gümüş mükafatçı ilə oynaması mümkün idi.
Azərbaycan Superliqası 2012-2013
Azərreyl (Bakı)
Azərbaycan Superliqası 2013-2014
Azərbaycan Superliqasının 2013–2014-cü il mövsümündə altı komanda iştirak edir. Azərreyl Bakı Azəryol Bakı İqtisadçı QVK Lokomotiv Bakı QVK Rabitə Bakı QVK Telekom QVK O-oyunların sayı; Q-qələbə; M-məğlubiyyət; QS- qazanılmış setlərin sayı; MS- məğlubiyyətə uğramış setlərin sayı.
Azərbaycan prospekti (Sumqayıt)
Azərbaycan prospekti — Sumqayıt şəhərində mərkəzi küçələrdən biri. 1991-ci ilə kimi Lenin küçəsi (rus. Улица Ленина) adlanıb. Prospektin ümumi uzunluğu 1.43 km olmaqla, onun Heydər Əliyev prospekti ilə kəsişməsinə qədər olan 1 km hissəsi 4 zolaqlı, qalan hissəsi isə 2 zolaqlıdır. Şimaldan cənuba doğru: Səməd Vurğun küçəsi Nəriman Nərimanov küçəsi Nizami küçəsi Heydər Əliyev prospekti Bakı küçəsi Koroğlu prospekti Kimyaçılar küçəsi (Azərbaycan prospektinin qurtardığı yerdən Kimyaçılar küçəsi başlayır) № 9 — Sumqayıt şəhər İcra Hakimiyyəti № 21 — Sumqayıt Dövlət Dram Teatrı № 15 — Sumqayıt şəhər Mərkəzi Poçt Şöbəsi № 103 — Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya № 9/20 — Serafim Sarovski məbədi (Rus kilsəsi) № 22 — Cəfər Cabbarlı adına mədəniyyət evi № 184 — Sumqayıt şəhəri Rayonlararası Narkoloji Dispanser № ?
Azərbaycan su anbarları
Azərbaycanın su anbarları — Azərbaycan Respublikasında mövcud olan su anbarları. Respublika ərazisinin çox hissəsini quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılmışdır. Yayda yağıntıların miqdarı kənd təsərrüfatı bitkilərinin suya olan təlbatını təmin etməyən Lənkəran-Astara zonası kimi il ərzində bol yağıntı alan sahələrdə belə suvarmanı təmin etmək məqsədilə bir sıra rayon və kənd su anbarları tikilmişdir. Respublika ərazisində 140-dan çox su anbarı var və bu su anbarlarından yalnız 61-nin həcmi 1 mln. m3-dən çoxdur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s.
Azərbaycan su elektrik stansiyalarının siyahısı
Azərbaycan su elektrik stansiyalarının siyahısı — Azərbaycanda yerləşən su elektrik stansiyalarının siyahısı.
Azərbaycan sultanlıqları
Qarabağlar sultanlığı (indi Kəngərli rayonu, Qarabağlar (Kəngərli))
Azərbaycan suvenirləri (film, 1967)
Azərbaycan suvenirləri sənədli televiziya filmi rejissor Zaur Savaneli tərəfindən 1967-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Filmdə hədiyyə, yadigarlıq əşyaları nümayiş etdirilir. Filmdə hədiyyə, yadigarlıq əşyaları nümayiş etdirilir.
Azərbaycan yepiskopluğu (Suriya Ortodoks Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Açe Sultanlığı
Açe və ya Açeh (Aceh; əski adla Atjeh, Acheen) — XII əsrdə Sumatranın şimalında yaranan Müsəlman Sultanlığı. XVI əsrdən başlayaraq Açe Sumatra knyazlıqları arasında aparıcı mövqeyə sahiblənir və portuqal, ingilis və holland müstəmləkəçilərinə qarşı mübarizə aparır. Hollandiya Böyük Britaniya ilə Sumatra traktatı imzalayaraq, 1873-cü ildə Açeyə qarşı müharibəyə başladı. Müharibə 1904-cü ilə qədər davam etdi və Açehin işğalı ilə sona çatdı. Açe əhalisi Hollandiya istilası ilə barışmayaraq, müstəqil İndoneziya Respublikası elan olunana qədər azadlıq mübarizəsi apardı. Hal hazırda Açe İndoneziya Respublikasının tərkibində əyalətdir. VIII əsrdən başlayaraq bölgədə İslam dininin yayılmasının mərkəzinə çevrilmişdir. XVI əsrin əvvəllərinə qədər bölgə Pasay Knyazlığının tərkibinə daxil idi. Portuqaliyalılar və Cohor Sultanlığana qarşı mübarizədə Açe Malakka boğazına nəzarəti ələ keçirdi. Sultanlar İsgəndər Muda (1607-1636) və İsgəndər Tani (1636-1641) bütün Sumatra və Malayanı (Pahanq Sultanlığını da daxil olmaqla) özlərinə tabe etdilər.
Açıq hovuz üzgüçülüyü 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 5 km
Kişilər 5 km — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 15iyul 2017-ci il tarixində keçirilən yarışdır. Yarışa 10:00-da start verilmişdir.
Açıq sual
Açıq sual — Açıq sual bəli və ya yox və ya statik cavabla cavablandırıla bilməyən sualdır. Açıq suallar daha uzun cavab tələb edən bəyanat kimi formalaşır. Cavab artıq sual verənə məlum olan məlumatla müqayisə oluna bilər. Açıq suallara misal olaraq: Rəhbərinizlə münasibətiniz barədə bizə məlumat verin. Gələcəyinizi necə görürsünüz? Bu fotodakı uşaqlar haqqında bizə məlumat verin. Hökumətin məqsədi nədir? Niyə bu cavabı seçdiniz? Təhsildə ənənəvi müdriklik ondan ibarətdir ki, açıq suallar, geniş desək, "yaxşı" suallardır. Onlar tələbələri başa düşdüklərini nümayiş etdirən daha uzun cavablar verməyə dəvət edirlər.
Ağ suzanbağı
Ağ suzanbağı (lat. Nymphaea alba) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.
Ağa Sultanov
Ağa İsmayıl oğlu Sultanov (1901, Bakı – 12 iyun 1936, Axalsıx) — Azərbaycan inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Gürcüstan Kommunist Partiyası Axalsıx Rayon Komitəsinin birinci katibi. Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı şəhərində neftçi fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsil almış, maddi səbəblərə görə dəmirçi emalatxanasında işləməyə başlamış, dəmirçi şagirdi olmuşdur. 1917-ci ildə inqilabi hərəkata qoşulmuş, Qriqori Petrovun döyüş dəstəsində xidmət etmişdir. 1919-cu ildə bolşeviklər partiyası sıralarına qəbul olunmuş və həmin ildən Azərbaycan dəmir yolunda işləyərək Bakı dəmiryolçularının həmkarlar ittifaqına başçılıq etmişdir. O, Bakı Partiya Komitəsinin tapşığı ilə dəmiryolçular arasında gizli təbliğat və təşviqat işi aparmışdır. 1920-ci ilin fevral ayında Ağa Sultanov Bakı partiya təşkilatı tərəfindən Hacıqabula göndərilmiş və burada, eləcə də Kürdəmirdə və Yevlaxda həmkarlar ittifaqı təşkilatlarına başçılıq etmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk vaxtlar o, Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri, sonralar isə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsində komissar vəzifəsində və digər məsul işlərdə çalışmışdır. 1922–1924-cü Azərbaycan diviziyasında rəhbər partiya-siyasi vəzifədə çalışarkən Ağa Sultanov Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor qəza inqilab komitələrinin sədri (1920–1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb. 1933-cü ildə Gürcüstana göndərilmiş və həyatının sonunadək burada Axalsıx Rayon Partiya Komitəsinin katibi (birinci katib) vəzifəsində çalışmışdır.
Ağabəy Sultanov
Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru. Ağabəy Sultanov 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1960-cı ildə ali təhsilini başa vuran Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlamışdır. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən isə kafedranın müdiri olmuşdur. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanmışdır. Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Ağbaş susüpürən
Ağbaş susüpürən (lat. Sterna trudeaui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağbulaq Suqar
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Ağbulaq Suqar (Şot)
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Ağbulaq Suqar (Şövt)
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Ağcazivə (Sulduz)
Ağcazivə (fars. اغچه زيوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (7 ailə).
Ağdamkənd su anbarı
Ağdamkənd su anbarı — Azərbaycanın Ağdam rayonunda, Ağdamkənd kəndinin yaxınlıqlarında su anbarı. 1963-cü ildə istifadəyə verilmişdir. Suyunu Qarqarçaydan çəkilmiş kanaldan alır. Sahəsi 50 hektar, ümumi həcmi 1,6 milyon metr3, faydalı hcəmi 1,4 milyon m3-dur. SSRİ dövründə suvarmada istifadə edilirdi. 1993-cü ildə Ağdamkəndin işğalı ilə Ermənistan qüvvələrinin nəzarətinə keçmiş, 2020-ci ildə isə Vətən müharibəsi nəticəsində azad edilmişdir.

Значение слова в других словарях