Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mübarizun
Mübarizun (ərəb. مبارزون‎; mənası – duelist) — VII əsrin müsəlman istilaları zamanı Raşidi ordusunda xüsusi hərbi birlik. Mübarizunlar dövrün müsəlman ordularında düşmənin çempionları ilə döyüşməsinə görə tanınırdı. Ərəb, Bizans və Sasani müharibə ənənəsində döyüşlər, adətən, qarşı tərəfin ordularının çempion döyüşçüləri arasında baş tutan duellərlə başlayırdı. Mübarizunlar İslam ordularının ən cəsur adamları hesab olunurdular və onlar haqqında çoxlu miflər olurdu. Müsəlman ordusu ümumiyyətlə əsgərlərinin zirehlərini geyməsindən sonra birliklərini mövqelərinə yerləşdirir, son olaraq isə önə Mübarizun göndərərək başlayırdı. Mübarizun döyüşçülərinə düşmən arasından qalmaq riskindən uzaqlaşmaq üçün məğlub olan düşmən çempionlarını arxasına düşərkən düşmən cəbhəsinə gedən yolun üçdə ikisindən çoxunu qət etməkdən çəkinmək tapşırılırdı. Duel mərhələsi başa çatdıqdan sonra ordu ümumi irəliləyişinə başlayırdı.
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli — Abşeron rayonu Xırdalan şəhərinin "Misir" parkında Məhəmməd Hüsnü Mübarəkin şərəfinə ucaldılmış heykəl. Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib. "Misir" parkında Hüsnü Mübarəkin heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnib. Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub. 2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il Misir iğtişaşları ilə əlaqədar 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir.