Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Alva Mürdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Muktar Diakabi
Muktar Diakabi (19 dekabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Diakabi öz milli karyerasına Fransanın gənclərdən ibarət millilərindən olan Fransa U-19 millisində başlamışdır. Diakabi öz peşəkar karyerasında debütünü Lion klubu ilə Liqa 1-də 10 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Diakabi 90 dəqiqə meydanda olmuş və komandası evdə 3-1 hesabı ilə məğlub olmuşdur. Diakabi ilk qolunu Nant klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Lion səfərdə Nanta 6-0 hesabı ilə qalib gəlmişdir. Diakabi Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır. Diakabi hal-hazırda Fransanın U-20 gənclər yığmasında çıxış edir. 16 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Uval
Yamacları hamar və meylli, ətəkləri ətrafdakı sahələrdən kəskin seçilməyən, nisbi hündürlüyü 200 m-dən artıq olmayan uzunsov yüksəklikdir. Məsələn: Rusiya düzənliyində Şimal Uvalları.
Müvil (Meşkinşəhr)
Müvil (fars. مويل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,400 nəfər yaşayır (302 ailə).
Yuval Filo
Yuval Filo (3 mart 1998) — İsraili təmsil edən bədii gimnast. Yuval Filo 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Filo həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Avropa Çempionatında isə bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb. Yuval Filo 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alona Koşevatskiy, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Yuval Puqaç
Yuval Puqaç (15 noyabr 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Çuval hadisəsi
Çuval olayı və ya Çuval hadisəsi (ing. The Hood event) – 4 iyul 2003-cü ildə ABŞ-nin 2003-cü il İraqı işğal etdiyi dövrdə Şimali İraq ərazisində yerləşdirilən bir qrup türk əsgərinin əsir götürülməsi, başına çuval keçirilməsi və ABŞ hərbçiləri tərəfindən istintaq edilməsini əks etdirən hadisə. ABŞ əskərlərinin Süleymaniyədəki türk hərbi hissələrinə basqını nəticəsində, 15 kq partlayıcı maddə, snayper, qumbara və hökumət binalarının yaxınlığındakı mövqelərin işarələndiyi Kərkük xəritəsini ələ keçirdi. Əskərlər Türkiyənin ABŞ-yə etiraz etməsindən sonra, 60 saat içərisində azadlığa buraxıldı. Kürd kəşfiyyət orqanlarının iddiasına görə, türk əskərləri Kərkükün yeni seçilən hakiminə qarşı sui-qəsd planı qurmuş və bununla da bölgədə stabilliyi pozaraq Türkiyə birləşmələrinin bura daxil olmasına zəmin yaratmaq istəmişdir. Tərəflərdən heç birinin üzr istəməməsinə baxmayaraq, hadisəni araşdırmaq üçün qurulan ABŞ-Türkiyə komissiyası daha sonra peşmanlıq bildirən birgə bəyanat yaydı. Əlavə olaraq, ABŞ Müdafiə naziri Donald Ramsfeld Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana hadisə ilə bağlı kədərini bildirən məktub yazdı. Çuval hadisəsi Türkiyə və ABŞ arasındakı diplomatik əlaqələri zədələdi və ABŞ-Türkiyə münasibətlərinin ən aşağı səviyyəsini göstərdi. Hadisəyə ABŞ mediasında çox az yer verilsə də, Türkiyədə bu hadisə böyük əks-səda yaratdı, bir çox insan bu hadisəni böyük təhqir kimi gördü və "Çuval olayı" olaraq adlandırdı. Türkiyə geniş dağ silsilələri ilə qonşu olduğu İraqın şimalını uzun müddət idi ki, daxili təhlükəsizliyinə təhdid olaraq görürdü.
Jit Bahadur Muktan
Jit Bahadur Muktan (31 avqust 1979) — Nepallı oxatan. Jit Bahadur Muktan Nepalı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Jit Bahadur Muktan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistan nümayəndəsi Atanu Das ilə üz-üzə gəldi. Həmin görüşdə Jit Bahadur Muktan rəqibinə 0:6 hesabı ilə uduzdu.
Malval-an-Verkor
Malval-an-Verkor (fr. Malleval-en-Vercors) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38216. Kommunanın 2012-ci il üçün əhalisi 50 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 24 km qərbdə yerləşir.
Mukali qoyon Cəlayır
Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı. Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu. Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.
Yuval Noy Harari
Yuval Noah Harari (ivr. ‏יובל נח הררי‏‎; 24 fevral 1976[…]) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir. "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur. Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər. Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq. Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub.
Arnoşt Muka
Arnoşt Muka (a.sorb Arnošt Muka; 10 mart 1854 – 10 oktyabr 1932, Bautzen) — Sorb pedaqoqu və ictimai xadim. Sorb muzeyinin və Bautzendəki Sorb Evinin yaradıcısı. Arnoşt Muka 19-20-ci əsrlərin ən görkəmli sorb humanistlərindən biri hesab olunur və Sorb milli şüurunun inkişafına əhəmiyyətli töhfələr verir. 1874-1879-cu illərdə Leypsiq Universitetində oxuyub, burada klassik filologiya və slavyanşünaslıq üzrə təhsil alıb. 1875-ci ildə Sorb gimnaziyasının şagirdləri üçün "Schadźowanka" adlı ilk gənclərin yay düşərgəsi-festivalını təşkil edib. 1879-cu ildən Zittauda, daha sonra Bautzendə gimnaziyada müəllim olub. Gənc yaşlarından Lusatian mədəni və elmi hərəkatında iştirak etməyə başladı. 1882-86-cı illərdə " Łužica " jurnalının redaktoru, 1884-1932-ci illərdə isə " Časopis Maćicy Serbskeje " jurnalının redaktoru olub. 1884-1886-cı illərdə bu jurnalın səhifələrində o, sorblərinin sayı, məskunlaşması, sosial quruluşu və təhsil səviyyəsi haqqında statistik məlumatları təqdim edən "Statistika Łužiskich Serbow" demoqrafik tədqiqatını dərc edib. Onun qətiyyəti və təşkilatçılıq istedadı sayəsində 1904-cü ildə Bautzendə Sorb evi açıldı.