Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Habitat
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır.Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır. Canlı orqanizmə göstərdiyi təsirinə görə ekoloji amillər 3 böyük qrupa bölünür: abiotik, biotik və antropogen amillər.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Naziat Surəsi
79-cu surə
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir.3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh. 192).
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; d. 25 may 1925, Şəki - ö. 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. == Həyatı == Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova

Pəhləvan Nabat
Pəhləvan Nabat (1812, Şuşa – XX əsr) — Qarabağın adlı-sanlı güləşçisi[mənbə göstərin] == Həyatı == Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhlivanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi. Baharlı Pəhləvan Nabat haqqında yazır: "Və heç kəs onun arxasın yerə qoymayıbdır.
Nuno Qomeş Nabiam
Nuno Qomeş Nabiam (port. Nuno Gomes Nabiam; 17 noyabr 1966, Bisau) — 28 fevral 2020-ci ildən etibarən Qvineya-Bisau Baş naziri olan siyasətçi. == Həyatı == Qomeş Nabiam Kvame Nkruma Milli Liseyini bitirib. Ukraynanın Kiyev şəhərində Ali Mülki Aviasiya Mühəndisliyi İnstitutunda təhsilini başa vurub və 1986-cı ildə mülki aviasiya təqaüdünə layiq görülüb. Qomeş Nabiam daha sonra ABŞ-da təhsil aldı və buradan biznesin idarə edilməsi üzrə magistr dərəcəsi qazandı. == Siyasi fəaliyyəti == Qomeş Nabiam 1978-ci ildə Afrika Gəncliyi Amilkar Kabralında fəal oldu. 1980-ci ildə QKVMAAP partiyasına qatıldı. 2012-ci ildə Qvineya-Bisau hökuməti tərəfindən Qvineya-Bisau Mülki Aviasiya Agentliyinin idarə heyətinin sədri təyin edildi.28 fevral 2020-ci ildə Qomeş Nabiam Qvineya-Bisau Baş naziri təyin edildi. Xalq Birliyi siyasi partiyası məclisinin üzvüdür. Daha əvvəl 1 iyun 2021 və15 iyun 2021-ci il tarixləri arasında Qvineya-Bisau Prezidenti vəzifəsini icra edən politoloq və hərbi zabitdir.
Nabat (film, 2014)
Nabat — Elçin Musaoğlunun tammetrajlı bədii filmi. Film “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. == Məzmun == Film Qarabağ müharibəsini əks etdirir. “Nabat” filmində güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb. == Haqqında == Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir. == Festivallar == 71st Venice International Film Festival, Italy. August 27-September 06, 2014. « Orizzonti Competition » Milan Film Festival, Italy Le vie del cinema.
Nabat xanım Aşurbəyova-Rzayeva