Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Babol
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Babsk
Babsk — mərkəzi Polşada kənd.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, Ərdəbil – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", erməni mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Hanbok
Cənubi Koreyada Hanbok (kor. 한복), Şimalı Koreyada isə Coson-ot (kor. 조선옷) adı altında bilinən, festivallar, şənliklər və mərasim kimi ənənəvi hallarda geyilən yarı rəsmi və ya rəsmi olan Koreyalıların milli geyimdir. Canlı rənglər və cibsiz sadə xətlər ilə xarakterizə olunur. Terminin mənası "Koreya geyimi" mənasına gəlsədə halhazırda Hanbok Coson dövründə geyilən geyimləri ifadə edir. Qədim zamanlarda aşağı və orta təbəqədən olan insanlar toy və festivallar daxilində gündəlik olaraq ağ rəngli Hanbok geyinirdilər. Hanbok o dövrdə insanların sosial statuslarını büruzə verən vacib bir faktor idi. Üst təbəqələr bəzəkli toxunma çap və saç aksesuarları ilə Hanboku tamamlayırdılar. Koreyalılar hanbokun geyinilməsini indiki dövrdə də qoruyub saxlayırlar. 1996-cı ildə Cənubi Koreya Mədəniyyət, İdman və Turizm nazirliyi vətəndaşları hanbok geyinməyə təşviq etmək üçün Hanbok günü təsis etdi.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Najak
Najak (fr. və oks. Najac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12167. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 752 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Naoki
Naoki — Yaponiyada ad. Naoki Matsuda — keçmiş Yaponiya futbolçusu. Naoki Sakay — keçmiş Yaponiya futbolçusu. Naoki Soma — keçmiş Yaponiya futbolçusu. Naoki Yamada — Yaponiya futbolçusu.
Naoko
Naoko — yapon adı. Naoko Takeuçi — yapon manqaka. Naoko Nişiqay — keçmiş Yaponiya qadın futbolçusu. Naoko Kavakami — keçmiş Yaponiya qadın futbolçusu.
Narbon
Narbon (fr. Narbonne, oks. Narbona) — Fransanın Od (fr. Aude) departamentində qədim şəhər, Lion körfəzindən 12 km Aralıq dənizini Atlantik Okeanı ilə birləşdirən Cənubi Kanalın bir hissəsində yerləşir. Şəhər əhalisi 46510 nəfərdir (1999) Narbon (Colonia Narbo Martius) - Kolumbiya şəhərində ilk Roma koloniyası olan Naronia dan böyüyüb. O, dövrdə şəhər Aralıq dənizinin sahillərində dayanmış və mühüm dəniz limanı kimi xidmət etmişdir. İmperatorluq dövründə də bu, hərbi mərkəzi və Cənubi paytaxtı idi və ya Narbon Qallo şəhəri kimi hesablanırdı. Narbon döyüşündən sonra (436) Vestqot burada hökmranlıq ediblər. 719-759-cu ildə Narbon və ətraf ərazisi (lat. Septimania) məxsus idi.
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə portuqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Naxox
Naxox — 2016-cı ildə çəkilmiş Azərbaycan filmidir. Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar, ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyi qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki dünya olaraq yaşayır. Beləliklə Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Söz dinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək.
Navbol
Navbol — yunan mifologiyasında personaj, Fokida padşahı. O, versiyalardan asılı olaraq Ornitin oğlu idi və buna görə də Sizif və ya Hippasın nəslindən idi.
Erin Babkok
Erin Babkok (6 iyun 1981, Edmonton – 25 aprel 2020, Edmonton) — Kanadalı tibb bacısı və siyasətçisi. == Həyatı == Babkok 6 iyun 1981-ci ildə Alberta ştatının Edmonton şəhərində anadan olmuşdur. Alberta Yeni Demokrat Partiyasının üzvü kimi siyasətə girdi. 2015-ci ildə Alberta Ümumi Seçkilərində Daşlı Düzənlik seçki dairəsini təmsil edən Alberta Qanunverici Məclisinə nümayəndə seçildi. Babkoka 2018-ci ilin may ayında uterus xərçəngi diaqnozu qoyuldu. 25 aprel 2020-ci ildə Kanadanın Alberta, Edmonton şəhərində xərçəng xəstəliyinə tutulan 38 yaşında öldü.
Firdovsi Naibov
Firdovsi Qiyas oğlu Naibov (22 aprel 1935 – 29 noyabr 2009) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1978), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissorluğu" kafedrasının müdiri, professor. == Həyatı == Firdovsi Naibov 1935-ci ildə Ağdam şəhərində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Teatr və Kino aktyoru" şöbəsini bitirib. Azərbaycan Dövlət Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərib. Bu teatrda aparıcı səhnə ustası kimi 80-a qədər müxtəlif xarakterli rollar oynayıb. Bunların içində Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında Fərhad, İ. Coşqunun "Komsomol poeması"nda Cəlal, Vilyam Şekspirin "Romeo və Culyetta"sında Romeo, Ə. Abbasovun "Məlik Məmməd"ində Məlik Məmməd, C. Məmmədovun "Zəncirlənmiş Promotey"ində Zevs, Ş. Xurşudun "Məhəbbət novellası"nda Vasif, A. Babayevin "Yarımçıq şəkil"ində Bəhruz Kəngərli obrazları xüsusi qeyd edilməlidir. F. Naibov 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi pedaqoji fəalliyətə başlayıb, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlmişdir. 10 ilə yaxın "Teatr rejissorluğu" kafedrasına rəhbərlik etmişdir. Hazırladığı tələbələrin əksəriyyəti Respublikanın müxtəlif mədəniyyət ocaqlarında, teatr və televiziya kanallarında uğurlu fəaliyyət göstərirlər. Bir çoxları yüksək mükafatlara, fəxri adlara layiq görülmüşlər.
Fərhad Naibov
== Həyatı == Azərbaycan televiziyasında 40 ildən artıqdır ki çalışır. Fərhad Naibov rejissor kimi irimiqyaslı dövlət tədbirlərinin, ölkə prezidentinin iştirak etdiyi səfərlərin, keçirdiyi müşavirələrin efirə hazırlanması üzrə misilsiz təcrübəyə malikdir. Hazırda Azərbaycan televiziyasının "İnformasiya proqramları studiyası"nın bədii rəhbəridir. == Filmoqrafiya == Azərbaycan bayrağı (film) Mənə inanın!
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.