Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Navaea
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa) — Çexiya şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Nissan Navara
Nissan Navara — yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1997-ci ildən bu günə kimi istehsal olunan pikap avtomobil. Adı İspaniyanın şimalında yerləşən Navarra regionundan irəli gəlir. Həmçinin, Avropa üçün versiyası Barselonadakı Nissan zavodunda yığılır və bəzi Avropa bazarlarında Nissan NP300 adı ilə satılır.
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür. 1-Ayaqlarda xoş olmayan və rahatsızlıq verici hiss ilə birlikdə olan hərəkət etmə istəyi (bəzən xoş olmayan hiss olmaya bilər və ya bəzən ayaqlardan əlavə olaraq qollar və ya digər bədən bölgələrində də olabilir) 2-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss, hərəkətsizlik və ya istirahat zamanı, yatma ve oturma zamanı artır. 3-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss harəkətlə qismən və ya tamamən rahatlar və ən azından hərəkət davam etdiyi müddətdə azalır. 4-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss axşam və ya gecə ortaya çıxar və ya gündüzlə müqayidədə artar. Simptomatik Narahat ayaqlar sindromu uremiya, neyropatiya və dəmir çatışmazlığı anemiyası zamanı çox müşahidə olunmaqla yanaşı, nadir olaraq revmatoid artrit, diabetus mellitus, hiper ve hipotiroizm, xronik ağciyər xəstəlikləri, leykoz, Isaacs sindromu zamanı rast gəlinir. Tourette sindromu və uşaqlarda diqqət pozulmalı hiperaktivlik sındromu ilə Narahat ayaqlar sindromunun birlikdə müşahidə olunması bildirilmişdir. Narahat ayaqlar sindromu nədir ?
Narahat vəziyyətdə işgəncə
Narahat vəziyyətdə işgəncə (ing. Stress position) — işgəncəyə məruz qalan şəxsin bədən mövqeyini narahat vəziyyətdə tutmağa və uzun müddət saxlamağa məcbur edildiyi, ağrılı hisslər vermə üsullarından biri. Müasir dindirmə praktikasında geniş tətbiq olunur (məsələn, " təkmilləşdirilmiş dindirmə üsulları ") ona görə ki, bu proseduru tətbiq etdikdən sonra qurbanın bədənində hər hansı aşkar xarici zorakılıq izlərinin qalması olduqca nadirdir. Bu, bir çox insan haqları təşkilatları (Human Rights First и Physicians for Human Rights) tərəfindən işgəncə hesab olunur. MKİ-nin tətbiq etdiyi dindirmə qaydalarına əsasən, bu tip hadisələrin əsas xüsusiyyəti ağrının dindirilən şəxsə psixoloji olaraq atributasiya edilməsidir. Uzun müddət son dərəcə narahat vəziyyətdə olan şüuraltı səviyyədə dindirilən şəxs özündə ağrı və diskomfort hiss edir ki, bu da sinir sistemində daxili psixoloji konfliktə gətirib çıxarır . Digər amillərlə (ağır saxlanma şəraiti, psixoloji təzyiq, yuxusuzluq və s.) bu, dindirmə prosedurları zamanı müqavimət göstərmək istəyini minimum səylə boğmağa imkan verir. Bu işgəncə növünə xas olan uzunmüddətli nəticələr arasında: damar trombozu, pulmoner emboliyaya səbəb ola bilər periferik sinir sisteminin pozğunluqları, sinir hissiyyatının itirilməsinə və motorika problemlərinə səbəb ola bilər . İstintaq altında olan şəxsin tam fiziki tükənməsi nəticəsində tarazlığın itirilməsi və yerə yıxılması nəticəsində alınan xəsarətlər əlavə təsir ola bilər .
Narahat olma, əzizim
Narahat olma, əzizim və ya Narahat olma, sevgilim (ing. Don't Worry Darling) — rejissor Oliviya Vayld tərəfindən çəkilmiş Amerika erotik psixoloji triller filmidir. Filmin ssenarisi Keri və Şeyn Van Deyk və Silbermanın hekayəsi əsasında Keti Silberman tərəfindən yazılmışdır. Filmdə baş rolları Florens Pyu və Harri Stayls canlandırmışdır. Köməkçi rollarda isə Uayld, Gemma Çan, KiKi Layn, Nik Kroll və Kris Payn iştirak etmişdirlər. Filmin premyerası 23 sentyabr 2022-ci ildə Warner Bros. tərəfindən edilmişdir. == Qısa süjet xətti == 1950-ci illərdə yaşayan bədbəxt bir evdar qadın onu daimi olaraq narahat edən bir həqiqəti kəşf edir, onu çox sevən həyat yoldaşı isə qaranlıq bir sirri ondan gizlədir. Sonda bu sirrin ifşa edilməsi onlardan birinin ölümü ilə nəticələnir.
Benal Nevzat Arıman
Benal Nevzat İstar Arıman (1903, İzmir, Aydın vilayəti – 20 iyul 1990, İstanbul) — ilk Türk qadın millətvəkillərindən biri. == Həyatı == Türkiyədə qadınlara millət vəkili seçmə və seçilmə haqqı (dekabr 1934-cü il) verildikdən sonra qadınlar ilk olaraq 1935-vi ildə fevral ayının 8-də millət vəkili seçkisinə qatılıblar. Mustafa Kamal Atatürkün 1919-cu ilin may ayının 19-da başlatdığı mübarizəyə qadınlar bölgələrdə yığıncaqlar və mitinqlər keçirərək dəstək verdilər. Müəllimlər Cəmiyyətinin rəhbəri Naki Elgün xanım 1920-ci il yanvar ayının 13-də, soyuq bir qış günündə Sultanəhmet Meydanında keçirilən mitinqdə belə deyirdi: "Qarşımızda açıq iki yol var: Biri tariximizlə və şanımızla davam etmək; digəri, yadlara tariximizi həvalə edib əbədiyyata aparmaqdır". Qadınların bu mübarizələri, Qurtuluş Döyüşü 1923-cü ilin 9 sentyabr tarixinə kimi – İzmirdə zəfərlə bitənə qədər sürdü. Mustafa Kamal Atatürk, bu qəhrəman türk qadınlarına layiq olduqları hüquqların hamısını təslim etdi. Bu hüquqlara mədəniyyət, təhsil, geyim inqilabı, seçmə və seçilmə haqqı daxil idi. Nəhayət 1934-cü il dekabrın 5-də Parlamentin qapısı qadınlara açıldı. Türk Qadınlar Birliyi seçmə və seçilmə haqqının qazanılmasını qeyd etmək üçün Sultanəhmet Meydanında mitinq keçirdi və Bəyazitdən Taksimə kimi yürüş etdi. Qadınların ilk dəfə səs vermələri 1935-ci ilin 8 fevralında reallaşdı.
Narahat adam (film, 2005)
Film SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik süjetə malikdir. Filmdə əsas xətt olaraq, Ə.İbrahimovun xatirələrindən istifadə olunmuşdur və həmin xatirələr film boyu onun yaradıcılıq yolu ilə paralel olaraq diktor mətni ilə səsləndirilmişdir. Ə.İbrahimovun doğulduğu Aşqabad şəhərində keçirdiyi gənclik illəri, müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı dövr, Aşqabad və Bakı Kinostudiyalarında, daha sonra isə "Mosfilm" kinostudiyasındakı fəaliyyəti, Vyetnam kinosunun yaradılmasında əvəzolunmaz rolu, habelə onun insani keyfiyyətləri filmin süjet xəttini təşkil edir. Filmdə onun həyat yoldaşı, tələbəlik dostları, iş yoldaşları, görkəmli kino xadimləri Ə.İbrahimov haqda xatirələrini danışırlar. 1) 2006-cı ildə Filmə "Humay" mükafatı verilmişdir.
Benal Nevzat İstar Arıman