Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaqonar
Şaqonar — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Maqnat
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
Naqoya
Naqoya (yap. 名古屋) - Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır. == Əhalisi == Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir. Əhalisinin sayı 2220738 (2006) nəfərdir. == Turizm == Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.
Antonio Saqona
Antonio (Toni) Cüzeppe Saqona (1956, Tərabülüs əl-Qərb – 29 iyun 2017) — Avstraliyanın Viktoriya əyalətindəki Melburn Universitetində dərs demiş arxeoloq və klassik professor. Toni Saqona, 30 aprel 1956-cı ildə Tripolidə, Liviyada anadan olmuşdur. Valideynləri, Salvatore və Mariya ilə birlikdə 1960-cı ildə Avstraliyaya köçmüş, əvvəlcə Vilhelmstaun, Viktoriyaya yerləşmişdir. Saqona ilk təhsilini Emmanuel Kolleci, Altonada aldı, orta təhsilini 1973 cü ildə bitirdi və Melburn Universiteti Humanitar elmlər bölməsindən məzun oldu. Namizədlik mövzusu 1984-cü ildə tamamladığı Qafqaz bölgəsinin erkən Tunc dövrü Kür-Araz mədəniyyətinin arxeologiyası idi. 1984-cü ildə Erkən Tunc dövründə Qafqaz bölgəsi olaraq nəşr edilmişdir. Doktorantura namizədliyi müddətində Saqona Humanitar Elmlər Bölməsində müəllimlik edirdi. Müəllimi və onun üçün model olan Bill Culicanın qəfil vəfat etməsi ilə Culican kursunu təhvil aldı və Arxeologiya müəllimliyi etməyə başladı. 1989-cu ildə baş müəllim vəzifəsinə irəli çəkildi, 1995-ci ildə dosent və 2006-cı ildə professor vəzifəsinə təyin edildi. 2017-ci ildə ölümündən bir müddət əvvəl ona Emeritus professor adı verildi.Yaxın Şərqin arxeologiyasına dair bir sıra kitablar yazmış, bu sahədəki işləri Anadolu, Qafqaz və Suriyadakı qədim yaşayış yerləri, mənzərələr və qəbiristanlıqlar üzərində cəmləşdirmişdir.
Naqoya Universiteti
Naqoya Universiteti (yap. 名古屋大学) — Yaponiyanın Naqoya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. == Tarixi == Naqoya Universitetinin tarixi 1871-ci ildə yaradılmış Tibb Məktəbi ilə bağlıdır. 1920-ci ildə Ayçi Tibb Kolleci yaradılır. 1939-cu ildə bu məktəb Naqoya İmperial Universiteti adlandırılır. 1942-ci ildə universitetin Dəqiq Elmlər və Texnika Məktəbi Mühəndislik və Dəqiq Elmlər məktəblərinə bölünür. 1947-ci ildə ali məktəbin adı dəyişdirilərək Naqoya Universiteti adlandırılır. 2004-cü ildə universitet Milli Universitet Korporasiyası adlanır. Ali məktəbdə aparılan islahatlara əsasən 1949-cu ildə burada 6 məktəb - Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Dəqiq Elmlər, Tibb və Mühəndislik məktəbləri yaradılır. Sonradan 1950-ci ildə Hüquq və İqtisadiyyat məktəbləri müstəqil fəaliyyət göstərməyə başlayır.
Naqoya qəsri
Naqoya qalası (名古屋 城, Naqoya-co) – Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində olan qəsr. Yaponiyanın "Üç gözəl qəsri"ndən biridir. Tenşunun (qüllə) damında olan qızıldan düzəldilmiş cüt şaçihoko ilə tanınır. Şaçihoko ilə birlikdə Naqoya şəhərinin simvolu olaraq qəbul edilməkdədir.
Nataliya Maqnat
Natalya Yakovlevna Maqnat (Rusca: Ната́лья Я́ковлевна Магна́т, 5 noyabr 1954, Moskva – 18 oktyabr 1997, Moskva) ingilis dili üzrə sovet və rus tərcüməçisi, ədəbi tənqid və estetika üzrə əsərlərin müəllifi, “Sol məktəb” və SİNKP adlı gizli solradikal təşkilatların rəhbəri. == Kimliyi == Skripkaçı və uşaq həkimi ailəsində doğulmuşdur. “İngilis və alman dilləri üzrə müəllimə” ixtisası ilə V. İ. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunu (MDPİ) bitirmişdir. 1970-lərin sonu, 1980-lərin birinci yarısında Rusinformmədəniyyətində işləmişdir. Yenidənqurma başlayandan sonra peşəkar səviyyəsində bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onun tərəfindən əsasən Oldos Haksli, Henri Kattner, Rocer Jelyaznı, Duqlas Adams, Qlen Kuk, Corc R. R. Martin, Cek Vens, Qordon Dikson, Bertran Çandler, Konni Uillis, Rocer Makbrayd Allen, Terri Bruks, Maykl Suenvik, Pol Di Filippo və başqalarının əsərləri tərcümə edilmişdir; tərcümələrinin bir çoxu dəfələrlə yenidən çap edilmişdir. Dekabr 1972 – yanvar 1973-cü ildə (MDPİ-də onunla bir yerdə təhsil alan Olqa Baraş və İnna Okupla birlikdə) “Sol məktəb” adlı gizli solradikal qrupun əsasını qoymuş, onun nəzəriyyəçəsi olmaqla, qrupa faktiki olaraq rəhbərlik etmişdir. 1974-cü ilin sentyabrında “Sol məktəb” Yeni Kommunistlər Partiyası (YKP) adlı başqa bir gizli solradikal qrupla birləşmişdir. Birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adlandırılmışdır. N. Maqnat SİNKP-nın müvəqqəti rəhbərliyinə - “beşliyə” daxil olmuş, əsas rəhbərliyi və nəzəri işin bir hissəsini (estetika məsələləri üzrə) öz üzərinə götürmüşdür.
Natalya Maqnat

Pyaçça Navona
Pyaçça Navona ya Navona meydanı (it. Piazza Navona) — Roma şəhərinin ən görməli yerlərindən biri, qədim və mərkəzi meydanı. Meydan cənubdan şimala doğru uzanan düzbucaqlı formasındadır. XV əsrdən 1869- cu ilədək şəhər bazarı yerləşmiş bu meydan XVII əsrdən etibarən barokko üslubunda yenidən tikilmişdir. Meydana lat. Sanctae Agnetis in Agone (1652, memar, Cirolamo Rainaldi) daxil olmaqla iki kilsə və X İnokentiya üçün 1644-50 ci illərdə tikilmiş Palaçço Pamfili daxil olmaqla bir neçə saraylar açılırlar. == Tarixi == IV əsrə qədər bu yerdə aqon (q.yun. ἀγών) — idman yarışları keçirilirdi. Bu sözdən də indiki meydanın adı formalaşmışdır: orta əsrlərdə — campus agonis və ya in agone, sonralar n’agone və nəhayət indiki navone/navona şəklini almışdır. Orta əsrlərdə meydan Aleksandr Severin sirki kimi də adlandırılmışdır.