Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.
Nəqarət
Nəqərat — təkrarlanan ifadə. Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Ağörən
Ağörən (Dərəçiçək), Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Ağörən (Konya) — Konya ilinin bir ilçəsi.
Maqomet Mamakayev
Maqomet Amayeviç Mamakayev (16 (29) dekabr 1910, Axçoy-Martan, Terek vilayəti – 2 avqust 1973, Qroznı) — Sovet dövlət və partiya lideri, Çeçen yazıçısı və şairi. == Həyatı == Maqomet Mamakayev 1910-cu ildə Axçoy-Martan kəndində kəndli ailəsində anadan olub. 1927-ci ildən Sov.İKP(b) üzvü seçilib. Maqomet Mamakayev Stalin adına Şərq Kommunist Zəhmətkeşləri Universitetini və Moskvadakı Ali Ədəbiyyat Kurslarını bitirib. 1930-cu ildə Sov.İKP (b) Urus-Martan rayonu komitəsinin katibi, sonra - İKP (b) Mərkəzi Komitəsinin proqram qrupunun üzvü işləmişdir. 1931-ci ildə - "Qroznı Fəhləsi" qəzetinin baş redaktor müavini kimi çalışmışdır. 1931-1934-cü illərdə Ümumittifaq Bolşeviklər Kommunist Partiyasının Çeçen vilayət komitəsində çalışmışdır. Maqomet Mamakayev 1930-1934-cü illərdə Çeçen Araşdırma Dil, Ədəbiyyat və Tarix İnstitutunun direktoru olub. 1934-1935-ci illərdə M.Mamakaev Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya İşçiləri Məktəbində təhsil alıb. Moskvadan qayıtdıqdan sonra Qroznıximstroy rəhbərinin müavini vəzifəsində çalışıb.
Maqomet Maqomedov
Maqomet Maqomed-Sultanoviç Maqomedov və ya Məhəmməd Məhəmməd Sultan oğlu Məhəmmədov (rus. Магомед Магомед-Султанович Магомедов; 11 dekabr 1987, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, hücumçu. Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətinin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub. 2004-2005-ci illərdən Krılya Sovetov Samara klubunun futbolçusu. "Anji" komandasının prezidentinin oğludur.
Nagyrev mələkləri
Nagyrev mələkləri (mac. Tiszazugi méregkeverők) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən Nagyrev kəndində 300-dən çox kişi kənd sakinlərinin ölümünə səbəb olmuş kəndli qadınlar. Hadisə 1914–1929-cu illərdə kənddə yaşayan qadınların öz ərlərini arsenik zəhəri ilə müəyyən vaxtlarda zəhərləməsi ilə baş vermişdir. Arsenik zəhərinin qadınlara kənd sakini və Nagyrev kəndində mamaça kimi işləmiş Suzanna Fazekasın təmin etdiyi aparılan araşdırmalara müəyyənləşdirilmişdir. Suzanna Fazekas milçək kağızının suda qaynadılması nəticəsində, suyun üzərinə toplanmış hissədən arsenik zəhərini əldə etmişdir. Tarix ədəbiyyatlarında Nagyrevdən olan ölüm mələkləri və ya Tiszazuq zəhər qarışdırıcıları kimi müxtəlif adlarla tanınmış kənd qadınlarının hansı səbəbdən öz həyat yoldaşları başda olmaqla yaxın ailə üzvlərinin zəhərlədikləri tam müəyyələşdirilməmişdir. Səsləndirilmiş versiyalar arasında qadınlar həyat yoldaşlarının Birinci Dünya müharibəsinə yollanmasından sonra kənd yaxınlığında salınmış əsir düşərgəsindəki hərbi əsirlərlə yaxınlıq etməyə başlamışdılar və bəzi qadınlar bu müvəqqəti münasibətin davamlı olması üçün kənd kişilərini zəhərləməyi təklif etmişdir. Bir digər və daha çox üzərində dayanılmış versiya isə kənd qadınlarının öz ərləri tərəfindən ailədaxili şiddətə məruz qalmaqları səbəbindən mamaça Suzanna Fazekasın rəhbərliyi altında belə bir cinayətə əl atmaqları ilə bağlıdır. Nagyrev mələkləri haqqında 2005-ci ildə The Angelmakers sənədli filmi, 2002-ci ildə isə Hukkle adlı Macarıstan istehsalı bədii filmi çəkilmişdir. Suzanna Fazekas 1911-ci ildə Nagyrev kəndinə öz ailəsi ilə birlikdə köçmüşdür.
Nikita Naqornı
Nikita Vladimiroviç Naqornı (12 fevral 1997, Rostov-na-Donu) — Rusiya gimnastı. Üçqat dünya çempionu(2019), altıqat Avropa çemponu (2015, 2016, 2018, 2019), 2016 Yay Olimpiya Oyunlarının mükafatçısı.Rusiyanın əməkdar idman ustası. Beynəlxalq dərəcəli idman ustası. 12 fevral 1997-ci ildə Rostov na-Donuda doğulub. 2014-cü ildə yeniyetmələr arasında keçirilən Rusiya çempionatında Nikita çoxnövçülükdə bürünc medal qazandı. Bu ona Avropa Gənclər Çempionatına getməyə imkan verdi. 2015-ci ildə Rusiya çempionatında Nikita Moskva komandasının tərkibində bürünc medal qazandı. Bu nəticələrlə Nikita Monpelye şəhərində keçirilən Avropa çempionatına bilet qazandı. O 15.099 xal toplamaqla qızıl medal qazandı. 29 may 2016-cı ildə Berndə (İsveçrə) 2016 Avropa Çempionatında Nikita Naqornı komanda birinciliyində 15.566 xal toplayaraq Avropa çempionu oldu.
Ağörən (Dərəçiçək)
Ağörən, Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Ağörən kəndi İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində qeyd edilmişdir. Erməni mənbələrində Ağverən kimi qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət bu kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307 nəfər, 1908-ci ildə 416 nəfər, 1914-cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə azərbaycanlılar bu kənddən zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.
Ağörən (Konya)
Ağörən — Konya ilinin bir ilçəsi.
Nazaret Gürcü yazıları
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Nazaret və Sinayda gürcü dilində yazılar
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.