Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anadol
Anadol — Türkiyədə davamlı olaraq istehsal olunan ilk avtomobil markası. Markanın ilk modeli olan Anadol A1 (1966–1975), 1961-ci ildə Devrimdən sonra ikinci türk avtomobili olmuşdur. Anadol avtomobilləri və pikapları 1966-cı ildən 1991-ci ilə qədər İstanbulda Ford Otosan tərəfindən istehsal edilmişdir. Bu müddətdə yeddi Anadol modeli: A1 (1966–1975), A2 (1970–1981), STC-16 (1973–1975), SV-1600 (1973–1982), Böcek (1975–1977), A8–16 (1981–1984) və P2 500 (1971–1991) istehsal olunmuşdur. Anadol minik avtomobillərinin istehsalı 1986-cı ildə dayandırılmış, lakin P2 500 pikapının istehsalı 1991-ci ilədək davam etmişdir. Hal-hazırda Ford Otosan dünyanın çox sayda ölkəsinə ixrac olunan minik avtomobilləri və ticarət nəqliyyat vasitələri istehsal edir. == Tarixçə == Türkiyədə dizayn olunan və istehsal edilən ilk avtomobil Anadol olmuşdur, lakin Anadolun dizaynı ingilis şirkəti Reliant tərəfindən həyata keçirilməsi barədə məlumatlar da mövcuddur. Anadolun mühərrikləri və ötürmələri Ford tərəfindən təmin edilmişdir. Dizayn və mühəndislik baxımından ilk Türk avtomobili Devrim olmuşdur. Devrimdən əvvəl Türkiyədə bir neçə avtomobil istehsal olunsa da, tamamilə türk istehsalı olmamışdır.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 54,3 km², əhalisi — 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. == Tarixi == Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Badoo
Badoo — 2006-cı ildə rusiyalı sahibkar Andrey Andreev tərəfindən qurulmuş tanışlıq mərkəzli sosial şəbəkəsidir. Baş ofisi Limasolda, Kiprdə və Londonda və digər ofisləri isə Böyük Britaniyada, Malta, Rusiya və ABŞ-də yerləşir. O, 190 ölkədə fəaliyyət göstərir və 47 fərqli dildə mövcuddur ki, bu da onu dünyanın ən çox istifadə edilən tanışlıq şəbəkəsinə çevirir. Proqram iOS, Android və internetdə mövcuddur. Badoo əsas xidmətlərdən ödənişsiz istifadə oluna bilən freemium modelində işləyir. == Tarixi == Badoo rusiyalı sahibkar Andrey Andreev tərəfindən təsis edilib və 2006-cı ilin noyabrında Moskvada işə salınıb. O vaxtdan bəri ən populyar tanışlıq saytları arasında yer alır. 2016-cı ildə 21 ölkədə ən çox yüklənən tanışlıq proqramı idi.2011-ci ildə Wired Badoo-nu Braziliya, Meksika, Fransa, İspaniya və İtaliyada "kütləvi fenomen" kimi təsvir etdi.
Baldoy
Baldoy (gür.: g.ə. პალდო, l.ə. paldo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99.9%-i azərbaycanlılardan ibarət 696 nəfər (367 nəfəri kişilər, 329 nəfəri qadınlar) əhali yaşayır.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Nadya
Nadya — qadın adı. Nadya Nojarova — Bolqarıstanın operetta müğənnisi və aktrisa Nadya Dorofeyeva — Ukraynalı müğənni, aktrisa və dizayner. Nadya Ruşeva — Sovet qrafika rəssamı. Nadya Byorlin — Amerika aktrisası, müğənni və model.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Naoya
Naoya — Yaponiya adı. Naoya Okada — Yaponiyalı atıcı. Naoya Kondo — Yaponiya futbolçusu. Naoya Kikuçi — Yaponiya futbolçusu.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Naqoya
Naqoya (yap. 名古屋) - Yaponiyanın Xonsyu adasında liman-şəhər. Tokay rayonunun iqtisadiyyatı Naqoya limanından asılıdır. Liman bir ildə 110 mln. ton yük mübadiləsi aparır. == Əhalisi == Naqoya şəhəri Yaponiyanın ən sıx məskunlaşmış 4-cü şəhəridir. Əhalisinin sayı 2220738 (2006) nəfərdir. == Turizm == Zəngin və qədim mədəni irsə malik şəhərin iqlimi çox əlverişli, əhalisi isə mehriban və qonaqpərvərdir. Şəhərin tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini, Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını, Naqoya televiziya qülləsini, stansiyasını, Midlend meydanını, Toyota avtomobil muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar.
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. ==== Tarixi ==== Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Radon
== Radon (Rn) == Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Naxox
Naxox — 2016-cı ildə çəkilmiş Azərbaycan filmidir. == Məzmun == Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar, ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyi qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki dünya olaraq yaşayır. Beləliklə Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Söz dinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
B-Nasty
Alexander Barnes (Pert, Qərbi Avstraliya, Avstraliya, iyul 10, 1992), kimi tanınır B-Nasty, Avstraliyalı reper və hip-hop kollektivinin üzvüdür Wu-Tang Clan Affiliates.