Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naissus
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Naksos hersoqluğu
Arxipelaq hersoqluğu (yun. Δουκάτο του Αρχιπελάγους, it. Ducato dell'arcipelago) və ya Naksos hersoqluğu — Egey dənizi adalarında Dördüncü Səlib yürüşündən sonra Venesiya Respublikası tərəfindən yaradılmış hersoqluq. Latın imperiyasının vassalı idi. 1537-ci ildə Osmanlı imperiyasının vassalına çevrilmişdir və 1579-cu ildə Osmanlılar tərəfindən ilhaq edilmişdir. Bununla belə, Sifnos (1617-ci ildə fəth edilmişdir) və Tinos (1715-ci ildə fəth edilmişdir) kimi adalarda xristian hakimiyyəti bir müddət sağ qalmışdı. Frazee, Charles A.; Frazee, Cathleen. The Island Princes of Greece: The Dukes of the Archipelago. Amsterdam: Adolf M. Hakkert. 1988.
Nasos (bürc)
Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4-cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Nikos Anastasiadis
Nikos Anastasiadis (yun. Νίκος Αναστασιάδης; 27 sentyabr 1946[…], Pera Pedi[d], Limasol rayonu[d]) — 2013-cü ildən 2023-cü ilə qədər Kipr Prezidenti. Anastasiadis ixtisasca hüquqşünasdır və "Nicos Chr. Anastasiades & Partners" hüquq firmasının qurucusudur. Afina Universitetində hüquq təhsili aldı və London Universitet Kollecində gəmiçilik hüququ üzrə aspiranturanı bitirdi. Universitetdə oxuduğu müddətdə Afinada yerləşən və Georgios Papandreu tərəfindən yaradılan Mərkəz koalisiyasının üzvü idi. 1971-ci ildə Andri Mustakudi ilə evləndi və iki qızı var. Əkiz qardaş və bacısı var. Anastasiadis ailəsi iki dəfə viza proseduru ilə ittiham olunub. 2001-ci ildə əkiz qardaşı Pambos Anastasiadis "çəhrayı viza", yəni qeyri-qanuni fahişəxanalarda işləyən əcnəbi qadınlar üçün iş icazəsi saxtalaşdırmaqla bağlı qalmaqaldakı roluna görə 18 ay həbs cəzasına məhkum edildi.
Nikos Maxlas
Nikos Maxlas (16 iyun 1973[…], İraklion) — futbolçu. Karyerasının üç ilini "Vitess"ə həsr edən Nikos Maxlas komandası üçün dövrünün əvəzedilməz siması olub. Çıxış etdiyi 36 ayda "Vitess"in uğurları üçün 60 qol vuran yunan hücumçu az iş görməyib və insafən deyək ki, müsbət imic formalaşdırıb. Vurduğun qolların böyük hissəsi 1997/1998-ci illər mövsümünə (34 qol) təsadüf edir. Bir il sonra onun "Ayaks"a transfer edilməsi uzun müddət gündəmdən düşmədi. Hətta "Vitess" rəhbərliyi Maxlasın komandadan getməsinin əleyhinə idi. Amma yekun qərar qəbul edən futbolçu 1999-cu ildə "Ayaks"la razılığa gəlib. Transferin məbləğini isə 7,5 milyon dollar təşkil edib. Ki, "Ayaks"ın indiyə qədər transferə sərf etdiyi ən böyük məbləğdir. Amsterdam klubu hələ heç vaxt futbolçu gətirilməsinə bu qədər pul xərcləməyib.
Nikos Pulanzas
Nikos Pulanzas (yun. Νίκος Πουλαντζάς, ing. Nicos Poulantzas, 21 sentyabr 1936, Afina – 3 oktyabr 1979, XIII arondisman (Paris)) — yunan-fransız marksist sosioloq və politoloq. O, Lui Altüsserlə yanaşı, öz baxış sistemində ortodoksal leninizmi qramşizm və avrokommunizmi birləşdirən strukturalist marksizmin əsas nümayəndələrindən biridir. Məqalələrini fransız dilində yazmışdır. İspaniya, Portuqaliya və Yunanıstanda dövlət, sosial siniflər, faşizm və diktatura rejimlərinin süqutu ilə bağlı araşdırmaları ilə məşhurdur. O, qaradərili polkovniklərin yunan xuntasına qarşı mübarizədə iştirak edib (1967-1974), Yunanıstan Kommunist Partiyasının Stalin əleyhinə qanadının üzvü olub, onun ideyaları onun davamçılarına — Sinaspizmos və Siriza partiyalarına təsir edib. Pulanzas varlı bir ailədə anadan olub. O, Afina Universitetində hüquq təhsili alıb, sonra Fransaya köçüb və burada hüquq fəlsəfəsi üzrə doktorluq dissertasiyasını müdafiə edib. Pulanzas hələ Yunanıstanda olarkən Kommunist Partiyasının siyasi cəbhəsi olan və vətəndaş müharibəsindən sonra fəaliyyəti qadağan edilmiş Birləşmiş Demokratik Sol Partiyasına qoşuldu.
Nikos Sampson
Nikos Sampson (yun. Νίκος Σαμψών; 16 dekabr 1935, Famaqusta – 9 may 2001) — Kipr dövlət və siyasət adamı, EOKA-nın üzvü, soyqırım törədən, qatil, Kipr Respublikasının prezidentinin səlahiyyətlərini icra edən.
Nikos Xristodulidis
Nikos Xristodulidis (yun. Νίκος Χριστοδουλίδης; 6 dekabr 1973, Yeroskipu[d], Kipr Respublikası) — Kipr yunan siyasətçisi, 2023-cü ildən Kipr Respublikası Prezidenti. O, əvvəllər 2018–2022-ci illərdə xarici işlər naziri və 2014–2018-ci illərdə hökumət sözçüsü vəzifələrində çalışmışdır. O, siyasətə gəlməmişdən əvvəl akademik və karyera diplomatı olmuşdur. O, prezident seçkilərinin birinci turunda 32,04% səslə qalib gəlmiş, bundan sonra onu hazırkı prezident Nikos Anastasiadis dəstəkləmişdir. Sonradan 48,08% Andreas Mavroyannisə qarşı 51,92% səslə ikinci turda qalib gəlmişdir.
Nakos Panuryas
Nakos Panuryas (yun. Νάκος Πανουργιάς; 1795, Amfisa – 1863, Amfisa) — Yunanıstan hərbi xadimi və siyasətçisi. O, Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı general-mayor rütbəsinə qədər yüksəlmiş və müstəqil Yunanıstan krallığında millət vəkili seçilmişdir. == Həyatı == Nakos Panurgias 1795-ci ildə Salona şəhərində armatol başçısı Dimitrios Panuryasın oğlu olaraq anadan olmuşdur. O, atası kimi döyüşçü olmuş və Panuryas zamanı həm atasının, həm də başqa başçıların rəhbərliyi altında döyüşmüşdür. Qubernator İoannis Kapodistrias 1827-ci ildə ona xiliarx adını vermişdir. Müstəqillik əldə etdikdən sonra Yunanıstan kralı Otto onu general-mayor rütbəsinə yüksəltmiş və o, 1844-cü ildən Amfisa üçün Yunanıstan parlamentinin üzvü seçilmişdir.
Narkos (teleserial, 2015)