Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xırdameyvə makleya
Xırdameyvə makleya (lat. Macleaya microcarpa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin macleaya cinsinə aid bitki növü.
Ürəkvari makleya
Ürəkvari makleya (lat. Macleaya cordata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin macleaya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Gövdəsi budaqlanmayan, hündürlüyü 250 sm-ə bərabərdir. Bitkinin bütün hissələri tünd-göydür. Bütün kütləsi çəhrayı şirədən ibarətdir. Yarpaqları ürəkşəkilli formalı olub, 5-7 bölümlü, növbəli, saplaqlı, aşağı hissəsi iri (uzunluğu 25sm), yuxarı hissəsi isə kiçikdir. Çiçəkqrupu uzunsov, süpürgə, uzunluğu 40 sm olub, sonu budaqlanandır. Çiçəkləri yalnız kasayarpağından ibarət, tez tökülən, 4-30 erkəkcikli olmaqla, çiçək tacı yoxdur. Meyvələri qutucuqmeyvədir.