PƏRAKƏNDƏLİK
PƏRÇİMLƏMƏ
OBASTAN VİKİ
Pərçimləmə
Pərçimləmə metaldan və süni materialdan hazırlanmış tikinti və maşın hissələrinin söküləbilməyən birləşməsi üçün tətbiq olunan üsuldur. Əgər pərçim birləşməsi bir hissədən başqasına güc ötürərsə onda buna güc birləşməsi deyilir. Çənlərin kipləşdirilməsində güc birləşməsi o qədər də rol oynamır, burada kipləşdirici birləşmədən söhbət gedir. Hər iki məsələnin birlikdə həlli pərçimlərn daha yaxın vurulmasını tələb edir. Bunlar yüksək təzyiq altında işləyən çənlərin hazırlanmasında geniş tətbiq olunurlar. Pərçimin qaynaq ilə müqayisədə üstün cəhəti ondan ibarətdir ki, bu birləşmə ucuz başa gəlir, birləşmə zamanı hissələrin mexaniki xassələri qızdırma ilə əlavə olaraq zəiflədilmir və nəzarətsiz daxili gərginlik halı yaranmır. Bu cəhətlər pərçimləmənin yüngül hissələrin hazırlanmasında geniş tətbiq olunmasına gətirib çıxarmışdır. Birləşdirmə üçün istifadə edilən element pərçim çubuğu adlanır. Çubuqlar adətən bir ucu yarımkürə formasında olan çivi şəklində hazırlanırlar. Birləşdirmə zamanı isə onlar isti və ya soyuq halda, hissələrdə açılmış deşiklərdən keçirilərək çəkiclərin köməyi ilə döyəcəklənir və beləliklə hissələrin bir-birinə nisbətən hərəkətini bu istiqamətdə məhdudlaşdırır.

Значение слова в других словарях