Cozef Qrimaldi
Cozef Qrimaldi (ing. Joseph Grimaldi; 18 dekabr 1778[…] və ya 1779[…], London – 31 may 1837[…], London) — ingilis aktyoru, təlxəklik sənətinin atası.
== Həyatı ==
Qrimaldi hələ 3 yaşı olanda teatr tamaşalarında iştirak etməyə başlamışdır. Pantomim, akrobatika və sehirbazlıq sahəsində olan bacarıqları sayəsində Qrimaldi bütün İngiltərədə məşhurluq qazanmışdır. Yozef Qrimaldi artıq gənc yaşlarında Kral Teatrında çıxış edirdi. Böyük Təlxək adı ilə tanınan, Qrimaldi, ilk dəfə olaraq, pantomim sənətində, ağ rənqli üz boyasından, uzun ayaqqabılardan və təlxək başlıqından istifadə etmişdir. Həyatının sonuna qədər sənəti ilə məşğul olan Qrimaldi 1837-ci ildə 31 may tarixində vəfat etmişdir. Cozef Qrimaldinin xatirəsi üçün hər il fevral ayının ilk həftəsində London şəhərində yüzlərlə pantomim aktyorunun iştirakı ilə karnaval təşkil edilir.