Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Nаşiçе
Nаşiçе (xorv. Našice) — Xorvatiyanın Оsiеçkо-Bаrаnskаya vilayətində yerləşən şəhər. Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.
Naşiçe
Naşiçe (xorv. Našice) — Xorvatiyanın Osieçko-Baranskaya vilayətində yerləşən şəhər. == Tarixi == Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. == Əhalinin məskunlaşması == 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.
Drosera aliciae
Drosera aliciae (lat. Drosera aliciae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Phytoseius salicis
Phytoseius salicis (lat. Phytoseius salicis) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius salicis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Alıçın (Sayınqala)
Alıçın (fars. الي چين‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 389 nəfər yaşayır (88 ailə).
Yonida Maliçi
Yonida Maliçi (alb. Jonida Maliqi; d. 26 mart 1982, Tirana, Albaniya) — Albaniya müğənnisi və televiziya aparıcısı. O, ifa etdiyi "Ktheju tokës" (azərb. Vətənə qayıdış‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında qələbə qazanmışdır. Həmin mahnı ilə Yonida Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Yonida Maliçi 26 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Yonida 13 yaşında ikən "Planeti i fëmijëve" mahnısı ilə Albaniyanın məşhur Festivali i Këngës mahnı yarışmasında iştirak etmiş və musiqi karyerasına başlamışdır. İki il sonra 1997-ci ildə ifaçı yenidən həmin festivala qatılmışdır. 1999-cu ildə isə Yonida festivalda çıxış etdiyi "Do jetoj pa ty" mahnısı ilə ikinci yeri qazanmışdır.
Alice Faye
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Alice Munro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…] – 13 may 2024) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır. Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki, bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır. Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Pyotr Naliç
Pyotr Andreyeviç Naliç (Rusca: Пётр Андре́евич На́лич; 30 Aprel 1981, Moskva, Rusiya) – rus müğənni və bəstəkar. 2010 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "Lost and Forgotten" mahnısı ilə təmsil etmişdir.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Nalçik Cümə Məscidi
Nalçik Cümə Məscidi (kab.-çərk. Налшык и курыт мэжджытqaraç.-balk. Налчыкъ орта межгит) — Kabarda-Balkar Respublikasının Nalçik şəhərinin əsas mərkəzi cümə məscidi. Nalçik Cümə Məscidi şəhər meydanlarından birində, Şogentsukov prospekti ilə Osetinskaya küçəsinin kəsişməsində yerləşir. Məscidin rəsmi ünvanı Şoqençukov prospekti, 41-dir. Məscidin dizayn layihəsi memar Andrey Asanovdur. Məscid layihəsi Nalçik şəhəri rəhbərliyi tərəfindən Rusiya Memarlar İttifaqının Kabardino-Balkar təşkilatı ilə birlikdə keçirilən müsabiqədə seçilib. Nalçik şəhərində yeni bir məscidin inşasına 2000-ci ilin əvvəllərində keçmiş Yunost kinoteatrının yerində başlanmışdır. Daxili və xarici bəzək işlərində əsasən yerli daş və daşı təqlid edən süni materiallardan istifadə edilmişdir. Nalçik Cümə Məscidi rəsmi olaraq 20 May 2004-cü ildə ibadətçilərin üzünə açılmışdır.
Nalçik şəhər dairəsi
Nalçik şəhər dairəsi (kab.-çərk. Налшык къалэ округ, qaraç.-balk. Нальчик шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Nalçik şəhəridir. Nalçik şəhər dairəsi respublikanın şimal hissəsində, Nalçik çayının hər iki sahilində yerləşir. Şəhər dairəsinin iqlim rütubətli, mülayimdir. Yayı isti və sərin, qışı isə az qarlıdır. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhər dairəsinin iqliminə nəzərə çarpacaq dərəcədə təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır. Havanın orta temperaturu iyulda + 25 ° ...
Oğuz Kaan Salıcı
Oğuz Kaan Salıcı (1972, Qaziantep) — Türkiyə siyasətçisi və politoloqu. CHP üzvüdür. Əslən Adıyamana bağlı Besnidəndir. Atası dövlət qulluqçusu, anası isə evdar qadın olmuşdur. O, həyatının çox hissəsini Türkiyənin müxtəlif şəhərlərində keçirmişdir. Təhsil həyatına 1978-ci ildə Adıyaman Cümhuriyyət İbtidai məktəbində başlamışdır. Orta məktəbə 1983-cü ildə Elazığ Anadolu Liseyində başlamış, lakin atasının təyinatı səbəbilə orta təhsilini və liseyi Əskişəhər Anadolu Liseyində bitirmişdir. Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir. O, Sosial Demokrat Universiteti Tələbə Platformasının və Demokratiya Uğrunda Gənclər Platformasının yaradılmasında iştirak etmiş, Sosial Demokratiya Vəqfi və Türkiyə Sosial İqtisadi və Siyasi Araşdırmalar Vəqfinin üzvüdür. 2011-ci ilin sentyabrında CHP İstanbul İl sədri vəzifəsinə təyin olunmuş, 2012-ci ilin mayında İstanbul İl Konqresində İl Başçısı seçilmiş və 2014-cü ilin dekabr ayına qədər bu vəzifədə qalmışdır.
Alice: Madness Returns
Alice: Madness Returns (azərb. Alisa: Geri dönür‎) - "Spicy Horse" oyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xətti ilə 2000-ci ildə istehsal olunmuş American McGee’s Alice videooyunun məzmununu davam etdirir.
Nalçik-Orconikidze əməliyyatı (1942)
Nalçik-Orconikidze əməliyyatı — faşistlərin Nalçik və Orconikidze vasitəsi ilə, Qroznı, Tiflis və Bakıya soxulmasının qarşısını almaq üçün 25 oktyabr - 12 noyabr 1942-ci ildə Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupunun keçirdiyi əməliyyat. Alman komandandanlığı, Qroznı neft rayonuna Malqobek platsdarmından və Elxot qapıları vasitəsilə uğursuz soxulmaq cəhdlərindən sonra bu məqsədə Nalçik və Orconikidzedən keçməklə nail olmaq qərarına gəldi. Orconikidze rayonuna çıxmaqla Qroznıya Sunja çayı vadisi, Tiflisə isə Hərbi-Gürcüstan yolu vasitəsilə çıxmaq qərara alınır. Almanların "A" ordular qrupunun 1-ci tank ordusu gizli yenidən qruplaşdırılaraq 25 oktyabrın sonuna qədər əsas qüvvələrini Nalçik istiqamətində cəmləşdirə bildi. Bu zaman Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupu(komandan general-leytenant İ.İ. Maslennikov), rəqibin yenidən qruplaşmasını aşkar etməyərək, onun qoşunlarını məhv etmək məqsədi ilə, Terekin sağ tərəfinə Malqobek, Elxotovo, Mayskiy rayonlarına hucumla daxil olmağı və Terek böyu müdafiəni bərpa etməyi hazırlaşırdı. Sovet qoşunları Malqobek rayonunda rəqibi piyada və artilleriyada üstələyirdilər, amma tank və aviasiyada üstünlük almanların tərəfində idi. 37 -ci ordunun müdafiə etdiyi Nalçik istiqamətində, almanlar iki tank və bir mühhərikli(200 tank) diviziya cəmləşdirdilər. Yarılma sahəsində almanlar piyada qüvvələrdə üç, artilleriyada isə on qat üstünlüyə malik idilər. 25 oktyabrda səhərdən güclü artilleriya və aviasiya hazırlığından sonra hucuma keçdilər. 37-ci ordunun müdafiəsini yararaq, oktyabrın 28-də Nalçiki tutdular.
American McGee’s Alice
American McGee’s Alice (azərb. Alisa: Amerikan Makgi‎) - "Rogue Entertainmente" oyun şirkəti tərəfindən 2000-ci ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xəttinin ardını 2009-cu ildə istehsal olunan Alice: Madness Returns videooyunu davam etdirir.
Şəxsi alıcı (film, 2016)
Şəxsi alıcı (ing. - Personal shopper) - 2016-cı il istehsalı olan psixoloji gerilim-dram filmi. Parisdə bir məşhur üçün alış-veriş edən və ölən əkiz qardaşı ilə əlaqə qurmaq istəyən amerikan bir qadının başına glənlərdən bəhs edən film.
Alice (Avril Lavin mahnısı)
"Alice" (azərb. Alis‎) — Kanadalı söz yazarı-bəstəkar Avril Ramona Lavinə məxsus, gitara və piano müşayiətində, G major miqyaslı rok balladası. Mahnı 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin əsas saundtreki olaraq musiqi tənqidçiləri tərəfindən müsbət rəğbətlə qarşılanmışdır. == Mahnı == "Alice" mahnısının sözləri və bəstəsi, ifaçısı Avril Lavinə məxsusdur. Buç Valker əsərin musiqi prodüseri vəzifəsinə üstlənmişdir. Mahnının musiqi videosu, 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin süjet xətti ətrafında qurulmuşdur. İfaçı adi bir gündə, bəyaz dovşanın iziylə meşəyə tərəf yollanır və qəfil diqqətsizlik səbəbilə böyük çuxura yıxılır. Bu çuxur "Möcüzələr ölkəsinin qapısı"dır. O, çuxurdan xilas olmağa çalışarkən özünü möcüzələr diyarında tapır və onu ilk olaraq Papaqçı(Conni Deppin canlandırdığı) çay süfrəsində qarşılayır. Ona verilən mühüm vəzifə, təhlükədə olan "Möcüzələr ölkəsini" eybəcərlər ordusundan xilas etmək və düşmənlərə qalib gəlməkdir.