Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanaylar
Nanaylar — Amur çayının aşağı (Rusiya Federasiyası, Xabarovsk ölkəsi) və Ussuri çayının sağ qolları sahillərində yaşayan xalq. Rusiyada təqribən 10,5 min nəfərdir (1979). Bir hissəsi Çində, Sunqari və Ussuri çayları arasında yaşayır. Nanaylar Nanay dilində danışırlar. Dinləri xristianlıqdır. Şamanizmin də qalıqları var.
Nantyua
Nantüa (fr. Nantua) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Yamayka
Yamayka (ing. Jamaica [dʒəˈmeɪkə]) — Karib hövzəsində, Millətlər Birliyinin tərkibində olan ada dövləti. Mərkəzi Amerikada, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022 km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavidağdır (2256 m.). Xristofor Kolumb Yamaykanı 1494-cü ilin mayın 5-də kəşf etmişdir. Yamayka dünyada boksit ehtiyatlarına görə 4-cü, hasilatına görə 2-ci yeri tutur. Ölkə üçün turizm əsas gəlir mənbələrindən biridir.
Çanakya
Çanakya (sanskrit चाणक्य Cāṇakya; e.ə. 375 – e.ə. 283, Patna, Mauriya İmperiyası) başqa adları Kautilia, Vişnugupta, Vatsiayana — Hindistan tarixində məşhur brahman. E.ə. 317-ci ildə Maqadxa padşahlığında Nanda sülaləsinin devrilməsində və taxta Çandraqutanın gəlməsində (E.ə. 321-ci il) böyük rol oynamışdır. Hindistan tarixçılərı Çanakyanı dərin biliklərinə görə, məharətli siyasətçiliyinə görə Makiavelli ilə bərabər tutullar. Çanakya siyasət və əxlaq mövzularında traktatlar yazmışdır. "Fayda haqqında elm" (Artxaşastra) siyasi traktatın müəllıfidir. Bu kitab dünya tarixində xüsusi xidmət orqanlarınin iş üslublarına həsr olunan ilk dərslik hesab olunur.
Danaya
Danaya bu mənaları ifadə edə bilər:
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Kenita Mahayka
Kinqston (Yamayka)
Kinqston (Kingston) — Yamaykanın paytaxtı və əsas portu. Karib dənizində yerləşir, əhalisi 580 min nəfərdir. Kinqston Karib regionunda ən böyük ingilisdilli şəhərdir. 1693-ci ildə Böyük Britaniya tərəfindən salınıb, 1872-ci ildən Yamaykanın inzibati mərkəzi idi.
Mayko Nakaoka
Mayko Nakaoka (d. 15 fevral 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib.
Yamayka bayrağı
Yamayka bayrağı — Yamaykanın Dövlət bayrağı.
Yamayka boğazı
Yamayka boğazı — Karib dənizində Yamayka və Haiti adaları arasında yerləşir. Külək üstü boğazının cənub-qərb davamını təşkil edir. Eni 190 km, dərinliyi 1200 m təşkil edir. Haitidən 55 km qərbdə Novassa adası vardır ki, məskunlaşmamış ada olaraq sahəsi 5,2 km² təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolunun üzərində yerləşir.
Yamayka dolları
Yamayka dolları (beynəlxalq işarə — JMD, ölkənin daxilində — JD və ya J$) — Yamaykanın pul vahididir. 1 dollar 100 sentə bərabərdir. Mübadilədə 1, 2, 5, 10, 20, 50, 100, 500, 1000 və 5000 dollarlıq əsginaslardan, 5, 10, 20, 25, 50 sentlik və 1, 5, 10 və 20 dollarlıq sikkələrdən istifadə olunur. Eyni zamanda mübadilədə köhnə buraxılışların sikkələri və böyük miqdarda yubiley sikkələr mövcuddur. Tez-tez yubiley sikkələrin buraxılışı həyata keçirilir. 1840-cı ilə qədər Britaniya funtu, yerli buraxılışların sikkələri və İspaniya sikkələri mübadilədədə bərabər səviyyədə istifadə olunurdu. 1840-cı ildən 1969-cu ilə qədər Yamayka funtu əsas pul vahidi oldu. Bundan başqa, 1955-ci ildən 1964-cü ilə qədər Vest-hind dollarından da istifadə edilmişdir. Yamayka dolları ölkədə daxil edilənə qədər Kayman adalarında rəsmi valyuta kimi, Kayman adaları dolları adı altında 1972-ci ilə istifadə olunmuşdur.
Yamayka maronları
Yamayka maronları — Yamaykada yaşayan xalq. Onlar Yamayka koloniyasında köləlikdən qurtulmuş və adanın dağlıq daxilində, ilk növbədə şərq kilsələrində azad qara insanlardan ibarət icmalar quran afrikalılardan törəmişdilər. İspanların Yamayka üzərində hökmranlığı zamanı (1493–1655) əsarət altına alınan afrikalılar belə qaçqın icmalarını ilk yaradanlar ola bilər. Onlar həmçinin, Syerra-Leonedə kreol etnik kimliyini formalaşdırmışdılar.
Hayuma Tanaka
Hayuma Tanaka (d. 31 iyul 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hisasige Tanaka
Tanaka Hisaşiqe (ing. Hisashige Tanaka; 16 oktyabr 1799, Kurume[d], Fukuoka prefekturası – 7 noyabr 1882) — Yaponiya alimi, mühəndis və ixtiraçı. == Həyatı == Tanaka Hisaşiqe 16 oktyabr 1799-cu ildə Yaponiyanın Çikuqo vilayətinin Kurume şəhərində (indiki Fukuokada) anadan olmuşdur. Sano Tsunetaminin dəvəti ilə Saqa hanına köçmüşdür. Tanaka Hisaşiqe məşhur "Toshiba Corporation" şirkətinin banilərindən biri, yapon tədqiqatçısı və ixtiraçısıdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Koci Tanaka
Koci Tanaka (d. 2 noyabr 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 3 qol vurub.
Koiçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Koyçi Tanaka
Koyçi Tanaka (3 avqust 1959[…], Toyama) — Kimya üzrə Nobel mükafatçısı (2002). == Həyatı == == Fəaliyyəti == Fenn və Tanaka "Bioloji makromolekulların identifikasiyası və struktur analizi üsullarını işləyib hazırladıqlarına görə, xüsusi halda bioloji makromolekulların kütlə spektroskopiya analizi üsullarını işləyib hazırladıqlarına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vütrix "Məhlulda bioloji makromolekulların üç ölçülü strukturlarını müəyyən etmək üçün NMR spektroskopiyanın istifadəsi üsulunu işləyib hazırladığına görə" 2002-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Fenn və Tanaka yüz ilə yaxın bir müddətdə məlum olan kütlə-spektroskopiyası analiz üsulunu təkmilləşdirərək onu böyük molekullara istifadə etməyə imkan yaratmışlar. Kütlə-spektrometri atom və ya molekulları qaz halına keçirərək, ionlara çevirərək və elektrik maqnit sahəsində qovaraq onların kütlələrini ölçür. İonun uçuş sürətini ölçərək onun kütləsini hesablamaq olar. Yaxın vaxtlara qədər belə ölçmələri ölçüləri hidrogen atomunun ölçülərindən min dəfədən çox olmayan ayrı-ayrı atomlar və ya kiçik və ya orta ölçülü molekullar üçün aparmaq olurdu. Aydın deyildi ki, iri molekulları, məsələn, zülalları onların quruluşunu köklü dəyişmədən qaz halına keçirmək və ionlaşdırmaq necə olar. Tipik zülal molekullarının kütləsi hidrogen atomunun kütləsindən on və yüz minlərlə dəfə, bəzən də milyon dəfələrlə böyükdür. Con Fenn təklif etdi ki, tədqiq olunan zülal məhlulu elektrik yükləri sahəsində tozlandırılsın.
Makoto Tanaka
Makoto Tanaka (d. 8 avqust 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
General Tanaka
Hidetoşi Tanaka
Hidetoşi Tanaka (田中英壽, Tanaka Hidetoşi, 6 dekabr 1946, Aomori – 13 yanvar 2024) – Nihon Universitetinin şura sədri və həvəskar sumoçu. 2013–2017-ci illərdə Yaponiya Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur. == Həyatı == Hidetoşi Tanaka 1946-cı ildə Yaponiyanın Aomori prefekturasında doğulmuşdur. 1965-ci ildə Nihon Universitetində təhsil almağa başlamış və 1969-cu ildə iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra universitetdə işləməyə başlamışdır. 1999-cu ildə Nihon Universitetinin şura üzvü, 2008-ci ildə isə şuranın sədri olmuşdur. Tanaka həyatının son dövrlərində vergidən yayınma skandalına görə gündəmə gəlmiş, 2021-ci ildə bu səbəbdən saxlanılmışdır. Skandaldan sonra sədr vəzifəsindən istefa etmişdir. Tokio Rayon Məhkəməsi ona bir illik şərti məhkumluq cəzası vermiş və 52 milyon yenlik gəlir vergisindən yayındığına görə 13 milyon cərimə cəzası təyin etmişdir. O, 118,2 milyon yenlik gəliri gizlətməklə ittiham olunmuşdu. == Sumo == Tanaka 1983-cü ildə Nihon Universitetin sumo klubunun direktoru olmuş və bir çox sumoçu yetişdirmişdir.
Kimiyo Tanaka
Fuciko Fucima (藤間 藤子, Fucima Fuciko, 31 oktyabr 1907, Tokio – 14 oktyabr 1998, Tokio) – Yaponiya rəqqasəsi və xoreoqrafı. O, yaşayan milli xəzinə elan olunmuş ilk rəqqasədir. == Həyatı == Fuciko Fucima 31 oktyabr 1907-ci ildə Tokioda Kimiyo Tanaka adı ilə doğulmuşdur. 8 yaşında olan ənənəvi yapon məktəbinin Fucima məktəbinin İemoto qolunun rəhbəri olan II Kanemon Fucimanın şagirdi olmuşdur. Bu dövrdən etibarən məktəbin aparıcı üzvlərindən biri olmuş, hətta məktəbin növbəti iki rəhbərinin müəllimi olmuşdur. 1926-cı ildə səhnə adını qəbul etmişdir. Fucimanın ən məşhur rəqsləri gənclik bulağından bəhs edən bir Çin əfsanəsinə əsaslanan "Kikucido" və Kiotadakı sevgilisini ziyarət edən döyüşçüdən bəhs edən "Kakeqiyo" rəqsləri olmuşdur. "Kakeqiyo" onun ən məşhur rəqslərindən biri olmuş, bu rəqsə görə 1955-ci ildə Təhsil Nazirliyinin Teatr Festivalı Mükafatına layiq görülmüşdür. Fucima kabuki tamaşaları üçün tokivazu rəqslərinin xoreoqrafiyası ilə məşğul olmuşdur (məsələn, "Masakado" və "Seki no To" tamaşaları üçün). O, 1985-ci ildə Yaponiya hökuməti tərəfindən yaşayan milli xəzinə elan olunmuşdur.
Koşiro Tanaka
Koşiro Tanaka (田中小四郎, Tanaka Koşiro, 1940, Taqava[d], Fukuoka prefekturası) – Yaponiya döyüş sənətləri ustası. 1985-ci ildə könüllü şəkildə Yaponiyanı tərk edərək Əfqanıstan müharibəsində sovet əsgərlərinə qarşı döyüşməyə yollanmışdır. Bu səbəbdən "Əfqan samuray" ləqəbini qazanmışdır. == İlk illəri == Koşiro Tanaka 1940-cı ildə Fukuoka prefekturasının Taqava şəhərində doğulmuşdur. Kiçik yaşlardan etibarən döyüş sənətlərini öyrənməyə başlamış və kyokuşin karatedə qara kəmər qazanmışdır. Eyni zamanda döyüş sənətləri üzrə müəllim kimi işləmişdir. Cüdo, cukendo, kendo, kunqfu kimi döyüş sənətlərini öyrənmiş, hiko ryu adlı döyüş üslubunu yaratmışdır. Kanaqava Universitetinin hüquq və iqtisadiyyat fakültəsindən məzun olmuşdur. === Əfqanıstan müharibəsi === İkinci Dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə daxil olmuş, Yaponiya ilə SSRİ arasında mübahisəli əraziyə çevrilmişdir. Bu səbəbdən Tanaka SSRİ-ni düşmən ölkə kimi görürdü və Yaponiyanın torpaqları uğrunda döyüşməli olduğu fikrini müdafiə edirdi.