Çanakya (sanskrit चाणक्य Cāṇakya; e.ə. 375 – e.ə. 283, Patna, Mauriya İmperiyası) başqa adları Kautilia, Vişnugupta, Vatsiayana — Hindistan tarixində məşhur brahman.
Çanakya | |
---|---|
Doğum tarixi | e.ə. 375 |
Vəfat tarixi | e.ə. 283 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 317-ci ildə Maqadxa padşahlığında Nanda sülaləsinin devrilməsində və taxta Çandraqutanın gəlməsində (E.ə. 321-ci il) böyük rol oynamışdır.
Hindistan tarixçılərı Çanakyanı dərin biliklərinə görə, məharətli siyasətçiliyinə görə Makiavelli ilə bərabər tutullar.
Çanakya siyasət və əxlaq mövzularında traktatlar yazmışdır.
"Fayda haqqında elm" (Artxaşastra) siyasi traktatın müəllıfidir. Bu kitab dünya tarixində xüsusi xidmət orqanlarınin iş üslublarına həsr olunan ilk dərslik hesab olunur.
Çanakya iqtisadiyata aid bir-çox əsərlərin müəllifidir.
Taksila adlanan iqtisadi təhsil mərkəzində dərs demişdir.
Çanakyanın əsərləri VI əsrdə itirilmiş və yalnız 1915-ci ildə tapılmışdır.