Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Napuka
Napuka (fr. Napuka) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). == Coğrafiya == Üçbucaq formasına malikdir. Uzunluğu 7 km, eni isə 3,5 km təşkil edir. Atollun sahəsi 8 km²-dir. Daxilində laqun vardır. Laqunun daxilində isə 32 elədə iri olmayan ada vardır. Laqunun eni 3 km, uzunluğu isə 9 km-dir. == Tarixi == Napuka ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. XX əsrin əvvəllərindən adada kokos palması plantasiyası yetişdirilirdi.