Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bankomat
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.
Sarkoma
Sarkoma (ing. sarcoma) – BT-nın bədxassəli şişi.
Narkodam adası
Narkodam adası (hind. नर्कोन्दम द्वीप) — Andaman dənizində yerləşən ada. Sahəsi 9 km²-dir. Adanın diametri 3 km X 4 km. Maksimal hündürlüyü 710 metrdir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. 1986-cı ilə qədər adaya Birma iddia edirdi. Narkodam adası Şimali Andamandan 120 km şərqdə yerləşir. Narkodam adası öz növbəsində bir sönmüş vulkandır. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra 2005-ci ildə kiçik aktivlik müşahidə edilmişdir.
Markoman müharibələri
Markoman müharibələri (lat. bellum Germanicum et Sarmaticum "German və Sarmat müharibəsi") — Roma imperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ilindən 180-ci ilinə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır. Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır. Germanlara və sarmatlara qarşı mübarizə Roma imperatoru Mark Avreli hakimiyyətinin əsas mübarizələrindən biri idi, o, məhz onlara qarşı yürüşləri zamanı “Özümə”(yun. Τὰ εἰς ἑαυτόν) adlı fəlsəfi əsərini yazmağa başlayıb. == Arxa plan == Hakimiyyətə yüksəldikdən uzun illər sonra belə Roma imperatoru Antonin Piy İtaliyanı heç vaxt tərk etmədi; o, əhəmiyyətli fəthlərə başlamasa belə, əyalət legatlarına öz legionlarına tam komandanlıq etməyə icazə verdi. Tarixçi Adrian Goldsvors, Piyin hakimiyyəti dövründə təcavüzkar hərbi əməliyyatlar etməməsini, Parfiya ərazinə olan iddiaları ilə bağlayır. Parfiya ilə Roma arasında nəticələnən müharibə eramızın 161-ci ildən 166-cı ilə qədər davam etdi (Mark Avreli və Lusi Ver birgə hakimiyyəti altında.
Markoman müharibəsi

Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.