Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natrolit
Natrolit – Na2 [Al2Si3O10] · 2 H2O — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanlı natrolit, litiumlu natrolit. == Xassələri == Rəng – qar kimi ağ, rəngsiz, sarımtıl, sarı, qırmızımtıl, kərpici-qırmızı, bəzən qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəf; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,26; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; pilləli, tikanlı; Başqa xassələr– piroelektrik və pyezoelektrik xassələri; yüksək sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: nazik prizmatik, sap şəkilli, sütunvari; İkiləşmə: {110} və {011} üzrə; Mineral aqreqatları: çubuq formalı, radial-şüalı, lifli, torpaqvari, sıx, bəzən bütöv kütlələr, irikristallik bloklar, sferolitlər, kollomorf əmələgəlmələr, kristallik qabıqlar. == Mənşəyi və yayılması == Effuziv süxurların–bazalt və andezitlərin tipik mineralı olub, badamvari boşluqlarda müşahidə edilir. Nefelin və sodalitin hidrotermal dəyişilmə məhsulu kimi qələvi intruziv və effuziv süxurlarda – nefelinli siyenitlərində və bazaltlarda rast gəlir. Qələvi peqmatitlərdə en kəsiyi bəzən 1 m2-ə çatan irikristallik monomineral bloklar təşkil edir. Hidrotermal damarlarda, qneyslərdə, habelə sement kimi nefelinit palaqonit tuflarında müəyyən edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kalsit, geylandit, skoletsit, stilbit, şabazit, mezolit, analsim. Mineralın tapıldığı yerlər: Usti, Çeşska Lipa (Çexiya); Rodope (Bolqarıstan); Vişnyovıye və İlmen dağları, Kola yarımadası (Rusiya); Havay adaları və b.
Yarozit
Yarozit – K Fe33+ [(OH)6 | (SO4)]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Növ müxtəliflikləri == Kalsiumlu, stronsiumlu (3,35% Sr), selenli (0,2 % SeO4) yarozit. == Xassələri == Rəng – oxra kimi sarı, sarımtıl-qonur, qonur, tünd-qəhvəyi; Mineralın cizgisinin rəngi – sarı; Parıltı – demək olar ki, almaz parıltısından şüşə parıltısınadək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,15-3,26; Sərtlik – 3-4; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – güclü piroelektrik xassələri ilə səciyyələnir, əllə toxunduqda yağlıdır; Morfologiya – kristallar: nadir rast gəlir; kiçik romboedrik və lövhəvarı; Mineral aqreqatları: xırdadənəli, sıx, torpaqvari, lifli kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, pirit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Sulfid yataqlarının oksidləşmə zonası üçün səciyyəvidir – dəmirin ilkin kükürd birləşmələrinin aşınması zamanı əmələ gəlir. Mineralın termal bulaq çöküntülərində də tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit, kvars, alunit və b. Mineralın tapıldığı yerlər: Barranko-Yaroso (İspaniya); Lavrion (Yunanıstan); Artyomov (Ukrayna); Blyava (Rusiya); Maykain (Qazaxıstan); Bukantau (Özbəkistan); Yava ad. Azərbaycanda yarozit bir sıra yataq və təzahürlərin (Katsdağ, Daşkəsən, Gədəbəy, Çıraqdərə, İtqırılan, Qızılarxaç və b.) oksidləşmə zonalarında, onun stronsiumlu növ müxtəlifliyi isə Duqlun-Vənənd (Ordubad rayonu) alunit yatağında aşkar edilmişdir. == Tətbiqi == Əhəmiyyətli yığınları pardaxlama tozu və boya istehsalı üçün xammal kimi istifadə edilə bilər.
Parodi
Lorenso Raymundo Parodi (isp. Lorenzo Raimundo Parodi; 23 yanvar 1895 – 21 aprel 1966, Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Lorenso Raymundo Parodi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lorenzo R. Parodi. La Agricultura Aborigen Argentina. Hardcover, Universidad de Buenos Aires, ISBN 950-23-0733-X (950-23-0733-X) Lorenzo R. Parodi (director). Enciclopedia Argentina de Agricultura y Jardinería, en dos tomos totalizando 3 volúmenes. 1959-1964. La obra sería ampliada y corregida en sucesivas ediciones luego de la muerte del director. == Şərəfinə adlandırılmış taksonlar == Lorenzochloa Reeder & C.Reeder, 1969, nom.
Senecio parodii
Senecio parodii (lat. Senecio parodii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Xarofit yosunlar
Charophyceae (lat. Charophyceae) — bitki sinfi. Vegetativ və ya cinsi yolla çoxalırlar. Bir çox formaların karbonat hopmuş dişi cinsi hüceyrələri fossil halında mühafizə olunub qalır və "xara tufları" və ya "xarasit" süxurları əmələ gətirir. Xarofit yosunlar şirin su hövzələrində, dayaz laqunlarda geniş pöhrəliklər əmələ gətirir. Gec silur — müasir.
Ulysse Nardin
Ulysse Nardin — İsveçrə lüks saat istehsalçısı. == Tarixi == 1846-cı ildə İsveçrənin Le Locle şəhərində qurulmuş İsveçrə lüks saat şirkətidir. 1983-cü ildə şirkət Rolf W. Schneider tərəfindən alındı ​​və onu gəlirli biznesə çevirdi. 2014-cü ildən bəri Fransanın lüks mallar qrupunun Kering törəmə şirkətidir.
Lorenso Raymundo Parodi
Lorenso Raymundo Parodi (isp. Lorenzo Raimundo Parodi; 23 yanvar 1895 – 21 aprel 1966, Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Lorenso Raymundo Parodi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lorenzo R. Parodi. La Agricultura Aborigen Argentina. Hardcover, Universidad de Buenos Aires, ISBN 950-23-0733-X (950-23-0733-X) Lorenzo R. Parodi (director). Enciclopedia Argentina de Agricultura y Jardinería, en dos tomos totalizando 3 volúmenes. 1959-1964. La obra sería ampliada y corregida en sucesivas ediciones luego de la muerte del director. == Şərəfinə adlandırılmış taksonlar == Lorenzochloa Reeder & C.Reeder, 1969, nom.
Nadiya De Nardin
Nadiya De Nardin (d. 14 noyabr 1975; Aqordo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Nadiya De Nardin İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.