Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nasuda qar uçqunu (2017)
Nasuda qar uçqunu (那須雪崩事故) – 2017-ci ildə Yaponiyanın Toçiqi prefekturasının Nasu qəsəbəsində baş vermiş qar uçqunu hadisəsi. Hadisə nəticəsində 8 nəfər ölmüşdür. == Hadisə == 25 mart 2017-ci ildə 7 liseydən olan 52 şagird və 11 müəllim üç günlük alpinizm ekspedisiyası üçün Toçiqi prefekturasında yerləşən Nasu xizək kurortuna səfər etmişdir. Hadisədən bir gün əvvəl güclü qar yağışı səbəbilə qar uçqunu təhlükəsi barədə xəbərdarlıq yayımlanmışdı. Ekskursiyasının sonuncu günündə – 27 martda Çausudake dağının yaxınlığında keçirilmiş yürüyüş təlimi zamanı baş verən qar uçqunu nəticəsinə 7 şagird və bir müəllim ölmüş, 40 nəfər yaralanmışdır. Ölənlərin çoxu Otavara liseyinin alpinizm klubunun üzvləri idi. Xilasetmə işlərinə 100-dən çox xilasedici cəlb olunmuşdur. Hadisədən sonra xizək kurortu mövsümün sonuna qədər bağlanmışdır. == İstintaq == 2023-cü ildə Toçiqi prefekturası hadisə nəticəsində ölən 5 nəfərin ailələrinə 290 milyon yen təzminat ödəmişdir. 2024-cü ilin mayında keçirilmiş məhkəmə prosesi nəticəsində ekskursiyaya rəhbərlik etmiş Şuiçi İnose, Hisao Suqamata və Hironori Vatanabe təhlükəsizlik məsələlərindəki məsuliyyətsizliyə və qar uçqunu riskini nəzərə almamalarına görə ölümlərdən məsul hesab edilmiş və 2 il müddətinə həbs olunmuşdurlar.
Parsua
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Narda
Strixnos (lat. Strychnos) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin loqaniyakimilər fəsiləsinə aid bitki cinsi.
Miçiko Matsuda
Miçiko Matsuda (d. 26 oktyabr 1966) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 45 oyun keçirib, 10 qol vurub.
Naoki Matsuda
Naoki Matsuda (14 mart 1977 - 4 avqust 2011) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 40 oyun keçirib, 1 qol vurub.
Narbuta biy
Narbuta biy (1749-1798)—1764 -1798-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. == Həyatı == 1764-cü ildən 1798-ci ilə qədər Kokand xanlığını Əbdülkərim biyin nəvəsi Narbuta biy minq idarə edirdi. Məlumatlara görə Narbuta biy uzun müddət hakimiyyətdən imtina etmişdi. Deyilənlərə görə, onun Fərqanədə hakimiyyəti təhlükəli idi. Kokandın tanınmış əyanları təntənəli surətdə Narbuta biyin qarşısında sədaqət andı içdilər. Ancaq bundan sonra Narbuta biy Fərqanənin hakimi olmağa razılıq verdi.. Narbuta biyin xanlığı dövründə Cust və Namanqan separatist hakimlərinin qüvvələri tərəfindən əzildi. Sonra o, üsyançı Xocənd hakimi üzərində qələbə çaldı, eyni zamanda Ura-tube formal olaraq Buxaradan asılı qaldı. Narbuta biyin xanlığı dövründə Kokand xanlığının ərazisi xeyli genişləndi. XVIII əsrdə Daşkənd iri ticarət mərkəzi idi, Qazaхıstan, Rusiya, Orta Asiya xanlıqları ilə karvan ticarəti yüksək səviyyəyə çatmışdı.
Qansuda zəlzələ
Qansu zəlzələsi — Qansu əyalətində baş vermiş təbii fəlakət. Çinin Qansu əyalətində 16 dekabr 1920-ci ildə baş vermiş dəhşətli zəlzələ ölkə üçün böyük fəlakətə çevrildi. İnsan tələfatının miqyasları onunla izah edilir ki, bu yerlər "lyoss ölkəsi" adlanan ərazinin tən ortasında yerləşirdi. Xatırladaq ki, lyoss açıq sarı rəngli, kövrək, narın torpaqdır və buralara küləklər vasitəsilə Qobi səhrasından hələ dördüncü dövrdən gətirilmişdir. Güclü yeraltı təkan lyossdan ibarət təpəcikləri hərəkətə gətirərək, burada məskən salan və mağara evlər düzəldən insanları bir an içərisində elə evlərindəcə məhv etdi. Zəlzələyə məruz qalan rayonların biri sonralar Ölüm vadisi adını aldı, çünki zəlzələ nəticəsində ətraf dağlardan sürüşən torpaq qatları aşağıya doğru hərəkət edərək, yaşayış məntəqələrini və kənd təsərrüfatı sahələrini bir göz qırpımında yox etdi. Baş vermiş zəlzələ bir çox sürüşmələrə yol açdı. Lyoss süxurlarının sürüşməsi və çökməsi nəticəsində böyük ərazilər qalın qum qatı altinda qalaraq,böyük faciəyə yol açdı. 1920-ci ildə Çinin Qansu vilayətində baş vermiş bu qorxunc zəlzələ nəticəsində 200000-dən artıq insan həlak oldu, ölkəyə iri miqyasda maddi ziyan dəydi.
Yoşihiro Natsuka
Yoşihiro Natsuka (d. 7 oktyabr 1969) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Qitanas Nauseda
Qitanas Nauseda (lit. Gitanas Nausėda; 19 may 1964, Klaypeda) — Litva siyasətçisi, iqtisadçısı və bankiri. O, 2019-cu ildən Litvanın 9-cu prezidentidir. Nauseda 12 may 2024-cü ildə keçirilən Litva prezident seçkilərində 1-ci tur üçün lazım olan 50% səsi toplaya bilməmiş, nəticədə seçkilər 2-ci tura qalmışdır. O, 26 mayda keçirilən ikinci turda ümumi səslərin 75.58%-ini alaraq yenidən növbəti 5 il üçün Litva prezidenti seçilmişdir. Bir ay vəzifədə qaldığı müddətdə Litva Milli Radio və Televiziyasının keçirdiyi sorğulara görə, o, Litvanın ən etibarlı siyasətçisi hesab edilirdi.
Arruda stadionu
Arruda stadionu (port. Estádio José do Rego Maciel) — Braziliyanın ən böyük dördüncü stadionudur. Resife şəhərində yerləşir. Tamaşaçı tutumu 60,044 nəfərdir. "Santa Kruz" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 4 iyun 1972-ci ildə olmuşdur.
II Arşuşa
II Arşuşa — Quqark knyazlığının beşinci knyazı. Avarayr döyüşündə iştirak edə bilməmiş, əvəzində döyüşdən sonra Vasak Sünidən əsir saxladığı qaynı Vardan Mamikonyanın qardaşı oğullarını geri almışdır.
I Arşuşa
I Arşuşa — I Perozun nəvəsi Quqark knyazlığının üçüncü knyazı, II Aspakurun qaynı.
Kento Masuda
Kento Masuda (yap. 増田顕人 (Katori İyun 29, 1973 doğulan, Chiba, Yaponiya) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. St. Sylvester ordeni Knights olan "Maestro". Masuda də Qeydiyyatın Arts & Milli Elmlər Akademiyasının (Recording Academy) üzvüdür və Kawai beynəlxalq bir aparıcı pianist.
Mitihiro Yasuda
Mitihiro Yasuda (d. 20 dekabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Miçio Yasuda
Miçio Yasuda (d. 10 noyabr 1949) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Pablo Neruda
Pablo Neruda (isp. Pablo Neruda — əsas adı yerinə qəbul edilən ləqəbi; doğum adı: Rikardo Elieser Neftali Reyes Basoalto, isp. Ricardo Eliécer Neftalí Reyes Basoalto; 12 iyul 1904[…] – 23 sentyabr 1973[…], Santyaqo, Çili) — Çili şairi, diplomat, siyasi xadim, Çili Respublikası Senatının senatoru (1941-1949), Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1958-1973), Çilinin Fransadakı səfiri (1970-1972), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971). == Həyatı == Əsl adı Rikardo Elieser Neftali Reyes Basoalto olan Çili şairi və diplomatı Pablo Neruda ölkənin mərkəzi hissəsində, Parral adlı kiçik şəhərdə doğulmuşdu. Şeir yazmağa on yaşında başlamışdı. Atası daha ciddi işlə məşğul olmasını istədiyindən Neftali Rikardo sirrinin açılmaması üçün şeirlərini Pablo Neruda təxəllüsü ilə çap etdirmişdi. Deyilənə görə, Pablo adı məşhur fransız şairi Pol (ispanca Pablo) Valerinin, Neruda soyadı isə çex şairi Yan Nerudanın soyadından götürülmüşdü. Sonralar bu ədəbi təxəllüs şairin həqiqi adına çevrilmişdi. Məşhur Çili şairəsi, ölkənin ilk Nobel laureatı Qabriela Mistralla tanışlıq gənc poeziya həvəskarının gələcək ədəbi bioqrafiyasında mühüm rol oynamışdı. 1921-ci ildə Pablo Santyaqo pedaqoji institutunun fransız dili bölümünə daxil olsa da, paytaxtın mədəni həyatı onu institut məşğələlərindən daha çox cəlb edirdi.
Tadatoşi Masuda
Tadatoşi Masuda (d. 25 dekabr 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi. == Həyatı == Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.
Çikaşi Masuda
Çikaşi Masuda (d. 19 iyun 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Akiyo Masuda
Aki Yaşiro (八代亜紀, Yaşiro Aki, 29 avqust 1950, Yatsuşiro[d], Kumamoto – 30 dekabr 2023) və ya doğum adı ilə Akiyo Masuda (増田明代, Masuda Akiyo) – Yaponiya enka müğənnisi və rəssamı. "Enkanın kraliçası" kimi tanınır. == Karyerası == Yaşironun ilk peşəsi avtobus bələdçisi olmuşdur. Daha sonra Tokioya köçmüş, Tokionun Qinza rayonunda yerləşən gecə klublarının birində oxumağa başlamışdır. 1971-ci ildə "Ai wa Shindemo" mahnısı ilə debüt etmişdir. Səhnə adını doğulduğu Yatsuşiro şəhərindən götürmüşdür. Romantika mövzusundakı melanxolik mahnılarına görə tanınan Yaşironun ən böyük hitləri "Namida Koi" (1973), "Ai no Shuchakueki" (1975) "Funauta" (1979) və "Ame no Bojo" (1980) mahnıları olmuşdur. "Ame no Bojo" mahnısına görə 1980-ci ildə Yaponiya Səsyazma Mükafatını qazanmışdır. NHK kanalının "Kohaku Uta Gassen" canlı musiqi verilişinin Yeni il buraxılışlarında 1973-cü ildən etibarən 23 dəfə çıxış etmişdir. Yaşiro enka janrı ilə yanaşı, caz və blüz janrlarında ifa etmişdir.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Antiqua və Barbuda bayrağı
Antiqua və Barbuda bayrağı — Antiqua və Barbudanın Dövlət bayrağı.
Picea excelsa f. nasuta
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Antiqua və Barbuda–Azərbaycan münasibətləri
Antiqua və Barbuda–Azərbaycan münasibətləri — Antiqua və Barbuda ilə Azərbaycan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin aprel ayının 5-də qurulmuşdur.
Sergio de Souza Fontes Arruda
Sergio de Souza Fontes Arruda (port. Sérgio de Souza Fontes Arruda; d.