Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cardano
Cardano — açıq mənbəli kriptovalyuta şəbəkəsi. Daxili valyutası ADA adlanır. Layihə mərkəzi İsveçrədə yerləşən Cardano fondu tərəfindən idarə olunur. == Tarixi == Platforma 2017-ci ildə Ethereum qurucularından biri Çarlz Hoskinson tərəfindən qurulmuşdur. Platformanın adı Cerolamo Kardanodan, kriptovalyutanın adı isə Ada Lavleysdən götürülmüşdür.
Qaradon
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Nakano
Nakano — Tokionun xüsusi rayonlarından biri.
Naqano
Naqano (yap. 長野市 Nagano-shi) — Yaponiyada şəhər.
Narino
Narino (isp. Nariño) — Kolumbiyanın departamentlərindən biri, ölkənin qərbində yerləşir. Sakit okenanın giriş-çıxış imkanlarına sahibdir. İnzibati mərkəzi Pasto şəhəridir. == İnzibati bölgüsü == Narino departamenti 5 region və 64 bələdiyyəyə bölünür.
Cerolamo Kardano
Cerolamo Kardano (lat. Hieronimus Cardanus; 24 sentyabr 1501[…], Paviya – 21 sentyabr 1576[…], Roma[…]) — italyan həkimi, filosofu və riyaziyyatçısıdır. Kub tənliyin həll düsturu onun adı ilə bağlıdır. == Həyatı == Cerolamo Kardano 1501-ci ildə İtaliyanın Pavia şəhərində anadan olmuşdur. 1521-ci ildə o, Pavia universitetində riyaziyyat, fəlsəfə və tibb üzrə doktor elmi dərəcəsini alır. 1531-ci ildə Milan şəhərində riyaziyyat üzrə professor vəzifəsində çalışmağa başlayır. Kardano eyni zamanda öz həmkarlarına tibb üzrə məsləhətlər verir və həkim kimi də fəaliyyət göstərirdi. Şotlandiyaya uzun müddətli səyahət etdikdən sonra 1559-cu ildə Kardano Milana geri dönür. O, həmin ildə Paviada və iki il sonra Boloniyada tibb üzrə professor kimi universitetdə dərs deyir [1,2]. Kardano böyük təfəkkürə və biliyə malik insan idi.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Laura Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də davam edən Disney Channel serialı Ostin və Ellidir. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. == Həyatı == Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Manami Nakano
Manami Nakano (d. 30 avqust 1986) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Manzo Naqano
Manzo Naqano (永野万蔵, Naqano Manzo, 26 noyabr 1853, Kuçinotsu[d], Naqasaki prefekturası – may 1924, Kuçinotsu[d], Naqasaki prefekturası) – rəsmi olaraq Kanadaya immiqrasiya etmiş ilk yapon şəxs. O, 1877-ci ilin martında Yaponiyanı tərk etmiş və may ayında Britaniya Kolumbiyasına çatmışdır. Naqano Viktoriyada məskunlaşaraq bizneslə məşğul olmağa başlamışdır. Səhhətindəki problemlərə görə 1923-cü ildə Yaponiyaya qayıtmış və növbəti il ölmüşdür. == Həyatı == Manzo Naqano 1853-cü ildə müasir Naqasaki prefekturasının ərazisində yerləşən Kuçinotsu balıqçı kəndində anadan olmuşdur. O, atası Kihey Naqanonun yeddi övladından dördüncüsü idi. Yaponiyada izolyasiya dövrünün başa çatması səbəbilə canlanan beynəlxalq dəniz ticarəti Naqanonun diqqətini cəlb etmiş, Britaniyaya məxsus ticarət gəmisi ilə Şanxaya və Kanadaya səyahət etmişdir. 1877-ci ildə daimi olaraq Kanadada məskunlaşmağa qərar vermişdir. O, əvvəlcə yerli xalqların arasında yaşamış, balıqçılıq və odunçuluq kimi işlərlə məşğul olmuşdur. O, Viktoriyadakı çinli immiqrat icmasına qarışmış, dəmiryol tikintisində də iştirak etmişdir.
Naqano prefekturası
Naqano prefekturası (yap. 長野県 Nagano ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura.
Ryuen Nakano
Şizuki Tadao (志筑 忠雄, 1760, Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir. == İlk illəri və karyerası == Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur. Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir. Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi. Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır. Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır. Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir. Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.
Lora Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də davam edən Disney Channel serialı Ostin və Ellidir. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. == Həyatı == Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Fransisko Arado
Fransisko Arado (30 dekabr 1971) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fransisko Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
Ruben Arado
Ruben Arado (11 oktyabr 1970) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ruben Arado Kubanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Ruben Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Marano di Napoli
Marano di Napoli — İtaliyanın Kampaniya regionunda şəhər.