Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxodka
Naxodka — Rusiyanın Primorsk diyarında şəhər.
Miconia nasella
Miconia nasella (lat. Miconia nasella) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Qitanas Nauseda
Qitanas Nauseda (lit. Gitanas Nausėda; 19 may 1964, Klaypeda) — Litva siyasətçisi, iqtisadçısı və bankiri. O, 2019-cu ildən Litvanın 9-cu prezidentidir. Nauseda 12 may 2024-cü ildə keçirilən Litva prezident seçkilərində 1-ci tur üçün lazım olan 50% səsi toplaya bilməmiş, nəticədə seçkilər 2-ci tura qalmışdır. O, 26 mayda keçirilən ikinci turda ümumi səslərin 75.58%-ini alaraq yenidən növbəti 5 il üçün Litva prezidenti seçilmişdir. Bir ay vəzifədə qaldığı müddətdə Litva Milli Radio və Televiziyasının(en) keçirdiyi sorğulara görə, o, Litvanın ən etibarlı siyasətçisi hesab edilirdi.
Mariya Paseka
Mariya Valeriyevna Paseka (19 iyul 1995; Moskva, Rusiya) — Rusiyanı təmsil edən idman gimnastı. Mariya Paseka 2012 və 2016-cı ildə Rusiyanı Yay Olimpiya Oyunlarında təmsil edib və üç gümüş, bir bürünc medal qazanıb. == Karyerası == Mariya Paseka birinci dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın London şəhərində XXX Yay Olimpiya Oyunlarında qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Viktoriya Komova, Kseniya Afanasyeva və Anastasiya Qrişina ilə birgə finalda 178.530 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, bürünc medala layiq görülüb. Mariya Paseka 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Seda Tutxalyan, Angelina Melnikova və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, gümüş medala layiq görülüb.
Vaseda Universiteti
Vaseda Universiteti (yap. 早稲田大学) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1882-cı ildə qoyulmuşdur. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Li Ben Çxol — "Samsung" şirkətin yaradıcısı; Yoshinori Sakai — Tokioda təşkil olunmuş 1964 Yay Olimpiya Oyunlarında Olimpiya məşəlini yandırmış idmançı; Haruki Murakami — məşhur yazıçı; Yoko Kanno — məşhur bəstəkar. Ryoko Hirosue — aktrisa. Təhsilini bitirməmişdir. 2018-ci Dünya şöhrətli yapon yazıçı Haruki Murakami şəxsi arxivini Vaseda Universitetinə bağışlayıb. Həmin şəxsi arxivinə əl yazmaları, qeyd dəftərçələri, məktubları və 10 min ədəd musiqi diskləri daxildir. Universitetdə Murakami pərəstişkarlarının və tədqiqatçılarının istifadə edəcəyi xüsusi kitabxana yaradılacaq.
Luz Noseda
Luz Noseda (ing. Luz Noceda) — Dana Terrasın yaratdığı "Bayquş evi" cizgi serialının baş qəhrəmanı. Sarah-Nicole Robies tərəfindən səsləndirilmişdir. == Yaranması == Serialın yaradıcısı Dana Terrasın dediyinə görə, Luz personajı onun otaq yoldaşı, dominikan əsilli hekayə rəssamı və serialın hazırlamasında iştirak edən Luz Batistanın adını daşıyır. == Xarakteri == Luz Noseda Konnektikutdakı uydurma qəsəbə olan Qreyvsfilddə (ing. Gravesfield) yaşayan Afro-Dominikan əsilli amerikalı 14 yaşlı qızdır. Terras Luzun Disney cizgi serialındakı ilk biseksual baş qəhrəman olduğunu bildirib. Serialın yaradıcısı həmçinin, 2021-ci ilin aprelində Luzun neurodivergent olduğunu da açıqlamışdır. Serialın ilk epizodunda anası Luzu yay düşərgəsinə göndərməyə qərar verir. Luz yola düşməyə hazırlaşarkən evlərin birindəki portal vasitəsilə Qaynamış adalara gedib çıxır.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Naska mədəniyyəti
Naska mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. Perunun cənub sahillərində, Naska platosunda, Moçika mədəniyyətindən cənubda yerləşmişdir. E.ə. II əsrdən b.e. VI əsrə kimi mövcud olmuşdur. Paytaxtı - Kauaçi şəhəri idi. Şəhərdə arxeoloji qazıntılar nəticəsində 6 piramida aşkar edilmişdir. Ehtimala görə, Parakas mədəniyyətindən yaranmışdır. Naska mədəniyyətinin keramik məhsulları əsasən polixrom və dördrəngli idi. Ağ və qırmızı fonda qara və narıncı şəkillər.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Naska xətləri
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Naska xətti
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Naxodka buxtası (Kara dənizi)
Naxodka — Ob estuarisinin qərb hissəsində, Yamal yarımadasının sahilində yerləşir. Materikin daxilinə 9 km məsafədə uzanır. Dayazlığı ilə seçilir. Qabarma zamanı suyunun səviyyəsi 2-3 metr qalxır. Buxta kapitan Serqeevin rəhbərliyi altında 1897-cu ildə tətqiq edilmişdir. Bundan sonra isə Sibir ilə İngiltərə arasında dəniz naviqasiyası təşkil edilmişdir. Hazırda sahilində Buxta-Naxodka qəsəbəsi yerləşir.
Nasuda qar uçqunu (2017)
Nasuda qar uçqunu (那須雪崩事故) – 2017-ci ildə Yaponiyanın Toçiqi prefekturasının Nasu qəsəbəsində baş vermiş qar uçqunu hadisəsi. Hadisə nəticəsində 8 nəfər ölmüşdür. 25 mart 2017-ci ildə 7 liseydən olan 52 şagird və 11 müəllim üç günlük alpinizm ekspedisiyası üçün Toçiqi prefekturasında yerləşən Nasu xizək kurortuna səfər etmişdir. Hadisədən bir gün əvvəl güclü qar yağışı səbəbilə qar uçqunu təhlükəsi barədə xəbərdarlıq yayımlanmışdı. Ekskursiyasının sonuncu günündə – 27 martda Çausudake dağının yaxınlığında keçirilmiş yürüyüş təlimi zamanı baş verən qar uçqunu nəticəsinə 7 şagird və bir müəllim ölmüş, 40 nəfər yaralanmışdır. Ölənlərin çoxu Otavara liseyinin alpinizm klubunun üzvləri idi. Xilasetmə işlərinə 100-dən çox xilasedici cəlb olunmuşdur. Hadisədən sonra xizək kurortu mövsümün sonuna qədər bağlanmışdır. 2023-cü ildə Toçiqi prefekturası hadisə nəticəsində ölən 5 nəfərin ailələrinə 290 milyon yen təzminat ödəmişdir. 2024-cü ilin mayında keçirilmiş məhkəmə prosesi nəticəsində ekskursiyaya rəhbərlik etmiş Şuiçi İnose, Hisao Suqamata və Hironori Vatanabe təhlükəsizlik məsələlərindəki məsuliyyətsizliyə və qar uçqunu riskini nəzərə almamalarına görə ölümlərdən məsul hesab edilmiş və 2 il müddətinə həbs olunmuşdurlar.