Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına rəğmən hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Neslihan Atagül
Neslihan Atagül (20 avqust 1992, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Neslihan Atagül 20 avqust 1992-ci il tarixində İstanbulda doğulmuşdur. Anası rus, atası çərkəz mənşəlidir.13 yaşında Sevinc Erberkin sahibi olduğu Erberk Ajansın nömrəsini tapıb ünvanını almış və anasıyla gedib qeydini etdirmişdir. Bir ay sonra da bir reklam çarxında oynamışdır. Yeditepe Universitetində teatr bölümündə oxuyur. 2006-cı ildə "Yarpaq tökümü" serialında canlandırdığı Deniz xarakteri ilə aktyorluq dünyasına addım atdı. 2006-cı ildə ilk uzun metrajlı filmi "İlk eşk"-da Vahide Gördüm, Çetin Tekindor ilə birlikdə oynadı. Bu filmdəki rolu ilə Qızıl Koza Film Festivalında "Ümüd verən gənc aktrisa" mükafatını aldı. 18 noyabr 2011-ci ildə Atv-də yayımlanan, Mahsun Kırmızıgülün senaristliyini və rejissorluğunu etdiyi ilk serial çalışması olan "Həyat davam edir" adı serialda Neslihan Atagül, Fikret Kuşkan, Menderes Samancılar, Arif Erkin Güzelbeyoğlu kimi ustalarla oynamışdır. 2012-ci ildə Yeşim Ustaoğlunun yazıb idarə etdiyi, baş rollarında Neslihan Atagül, Özcan Deniz, Nihal Yalçın və Barış Hacıhanın iştirak etdiyi və avtobusların uğradığı bir fasilə yerində çalışan iki gəncin əhvalatını izah edən "Əraf" filmində, gənc aktrisa Neslihan Atagül də öz qabiliyyətini gözəl bir şəkildə göstərdi.
Nəslişah Sultan
Nəslişah Sultan (25 dekabr 1925, Budapeşt – 30 may 2014) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Onunla eyni illərdə yaşayan və Ömər Fərrux Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Kiçik Nəslişah Sultan olaraq anılır. == Həyatı == Nəslişah Sultan 25 dekabr 1925-ci ildə - Osmanlı səltənətinin ləğvindən 3 il sonra Budapeştdə dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin oğlu Əbdülqadir Əfəndi, anası isə onun dördüncü xanımı Fatma Məziyət xanımdır. Gənclik illəri ailəsiylə birlikdə sürgündə keçən Nəslişah Sultan və ailəsi İkinci Dünya müharibəsinin başlamasının ardından 1940-cı ildə Sofiyaya köçdü. Daha sonra Nitsada və Parisdə yaşayan Nəslişah Sultan burada bibisi Ayşə Sultanla yaşadı. Ardından Qahirəyə köçən Nəslişah Sultan burada 1953-cü ildə Avni Reda ilə evləndi. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Nəslişah Sultan burada 1969-cu ildə boşandı və uzaq qohumu olan Şükriyə Sultanın ölümüylə dul qalan əri Mehmed Şəfiq Ziya bəylə (d. 1894 - ö. 1980) evləndi.
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Aslıhan Güner
Aslıhan Güner (17 dekabr 1987, İstanbul) — Aktyor. == Həyatı == 17 dekabr 1987-ci ildə İstanbulda anadan olub. Barış Manço Mədəniyyət Mərkəzində aktyorluq təhsili alan Aslıhan Güner 2002-ci ildə yayımlanan Sirlər Dünyası serialı ilə ilk dəfə kameralar qarşısına keçib. 9 iyun 2013-cü ildə Şefkat Tepe serialında tanış olduğu Mert Kılıç ilə evləndi.
Alişan dağları
Alişan (çin. 阿里山) — Tayvanda, Yuşan dağından bir qədər aralıda yerləşən dağ sistemi. Dağ sistemi ərazisində Alişan Milli Təbiət Parkı, (çin. 阿里山國家風景區), istirahət zonası və təbiət qoruğu yerləşir. Park ümumilikdə 415 km² ərazini əhatə edir (45 ha). Parka qoruq dağları, dörd qəsəbə, şəlalələr və yüksək dağlıq ərazidə çay plantasiyalarıdaxildir. Szyai şəhəri ilə Alişan meşə dəmiryolu xətti, avtomobil yolu vastəsi ilə əlaqələnir. Park gəzinti yolları və çığırların kəsişdiyi ərazidədir Alişan dağlıq vilayətini çoxlu sayda turist və alpinist ziyarət edir. Bu dağ Tayvanın ən görməli yerlərindən biri hesab edilir və ölkənin milli rəmzlərindən biridir. Burada yerli çay və vassabi xüsusi məşhurluğa sahibdir.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Ensizyarpaq alışan
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Gevond Alişan
Gevond Alişan (erm. Հայր Ղեւոնդ Ալիշան; 6 (18) iyul 1820, Konstantinopol, Osmanlı imperiyası – 9 noyabr 1901, San-Ladzaro-deli-Armeni[d], İtaliya krallığı), həmçinin Leonsio Alişan (it. Leonzio Alishan) və ya Leons Alişan (fr. Léonce Alichan) — erməni əsilli katolik keşişi, tarixçi və şairi. 1885-ci ildə Parisdəki Erməni Tələbələr Fondu Gevond Alişandan Ermənistanı təmsil edəcək bayraq hazırlamağı xahiş etmişdir. Onun tərtib etdiyi ilk bayraq formaca müasir Ermənistan bayrağına bənzəsə də, üzərindəki rənglər fərqli idi. O, daha sonra hazırladığı başqa bir bayraqğı Fransa bayrağından ilhamlanaraq tərtib etmişdir. Bu bayraqdakı rənglər qırmızı, yaşıl və mavi idi. Bunların Nuhun yerə enərkən ardıcıl olaraq gördüyü üç rəng olduğuna inanılır. İngilis yazıçısı Con Raskin "ona həmişə bir növ müqəddəs kimi baxdı"ğını qeyd etmiş, "uzun illər dostu" olduğunu əlavə etmişdir.
Tükcüklümeyvə alışan
Tükcüklümeyvə alışan (lat. Dictamnus dasycarpus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü.
İlayda Alişan
İlayda Alişan (26 fevral 1996, İstanbul) — türkiyəli aktrisa. == Həyatı == İlayda Alişan 26 fevral 1996-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Bilgi Universiteti məzunudur.
Fatma Nəslişah Sultan
Fatma Nəslişah Sultan (4 fevral 1921, Konstantinopol – 2 aprel 2012, İstanbul) — son Osmanlı padşahı VI Mehmed Vahidəddin və son xəlifə II Əbdülməcidin nəvəsi. Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Misir kral naibi Məhəmməd Əbdül Moneimin xanımıdır. Onunla eyni illərdə yaşayan və Əbdülqadir Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Böyük Nəslişah Sultan olaraq anılır. == Həyatı == 4 fevral 1921-ci ildə anası Sabiha Sultanın Nişandaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Dünyaya gəlişi 121 top atəşi və sultanın onun adına kəsdirdiyi sikkələrlə qeyd edildi. Daha sonra Xanzadə və Nəcla adlı iki bacısı dünyaya gəldi. Osmanlı ailəsinin sürgünə gedişinə qədər Dolmabağça sarayında yaşadılar. 3 yaşında ikən 3 mart 1924 tarixli qanunla sürgünə göndərilənlər arasında yer aldı.
Çalışan adam (film, 1996)
== Məzmun == Baş qəhrəman-filmin direktoru (Nəriman Axundov) özü-özünü oynayır. == Festivallar və mükafatlar == 1) 1998-ci ildə Moskvada MDB və Baltikyanı ölkələrin I teleforumu Filmə bütün nominasiyalar üzrə Qran-pri Mükafatı verilmişdir. 2) 1999-cu ildə Film "Vətənə Xidmətə görə" III dərəcəli Mükafat almışdır. 3) 2000-ci ildə Fransada Filmə Komandor ədəbiyyat və incəsənət Mükafatı verilmişdir.