Nəslişah Sultan
Nəslişah Sultan (25 dekabr 1925, Budapeşt – 30 may 2014) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Onunla eyni illərdə yaşayan və Ömər Fərrux Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Kiçik Nəslişah Sultan olaraq anılır.
== Həyatı ==
Nəslişah Sultan 25 dekabr 1925-ci ildə - Osmanlı səltənətinin ləğvindən 3 il sonra Budapeştdə dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin oğlu Əbdülqadir Əfəndi, anası isə onun dördüncü xanımı Fatma Məziyət xanımdır. Gənclik illəri ailəsiylə birlikdə sürgündə keçən Nəslişah Sultan və ailəsi İkinci Dünya müharibəsinin başlamasının ardından 1940-cı ildə Sofiyaya köçdü. Daha sonra Nitsada və Parisdə yaşayan Nəslişah Sultan burada bibisi Ayşə Sultanla yaşadı.
Ardından Qahirəyə köçən Nəslişah Sultan burada 1953-cü ildə Avni Reda ilə evləndi. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Nəslişah Sultan burada 1969-cu ildə boşandı və uzaq qohumu olan Şükriyə Sultanın ölümüylə dul qalan əri Mehmed Şəfiq Ziya bəylə (d. 1894 - ö. 1980) evləndi.