Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nashik
Naşatır
Nişadır — mineral, - NH4Cl. Nişadır - Kubik. Habitus tetraqon-trioktaedrik. Ayrılması qeyri-mükəmməl. Aqreqat: dendritlər, qabıqcıqlar, stalaktitlər, lifli, torpaqvari, ovuntu. Rəngi rəngsiz, ağ, qonur. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 1,53. Olduğca plastik. Suda həll olur.
Nаşiçе
Nаşiçе (xorv. Našice) — Xorvatiyanın Оsiеçkо-Bаrаnskаya vilayətində yerləşən şəhər. Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.
Yastıq
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Yastıca
Yastıca (lat. Dactylopius) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinə aid heyvan cinsi.
Fnatic
Fnatic – Birləşmiş Krallıq kiberidman klubu. 23 iyul 2004-cü ildə yaradılmış klub London şəhərində məskunlaşmışdır. Klubun "League of Legends" komandası Avropanın ən uğurlu komandalarından biri hesab olunur və League of Legends EMEA Çempionatında (LEC) çıxış edir. Komanda 2011-ci ildə keçirilmiş ilk League of Legends üzrə dünya çempionatının qalibi olmaqla yanaşı, 7 dəfə LEC-də çempion olmuşdur. "League of Legends" komandası ilə yanaşı klubun "Counter-Strike 2", "Dota 2", "Fortnite Battle Royale", "Rainbow Six Siege", "Valorant", "FIFA", komandaları fəaliyyət göstərir. Keçmiş illərdə "Clash Royale", "Heroes of the Storm", "Smite", "PUBG Mobile" komandaları mövcud olmuşdur. == Tarixi == "Fnatic" 23 iyul 2004-cü ildə Sem Metyus və Anna Metyus tərəfindən yaradılmışdır. 2008–2009-cu illərdə sponsorluq razılaşmasına əsasən "FnaticMSI" adını daşımışdır. 2020-ci ildə Çində fəaliyyət göstərən elektrotexnika şirkəti "Hisense" ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. Həmin il "BMW" ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdır.
Naşiçe
Naşiçe (xorv. Našice) — Xorvatiyanın Osieçko-Baranskaya vilayətində yerləşən şəhər. == Tarixi == Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər. == Əhalinin məskunlaşması == 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir.
BASIC
BASIC dili – 1960-cı illərin ortalarında John Kemeney və Thomas Kurtz tərəfindən inkişaf etdirilmişdir. Hər nə qədər BASIC adının "Beginner's All_purpose Symbolic Instruction Code" sözlərinin baş hərflərindən yaradıldığı deyilsə də, bu sözlərin daha sonradan uydurulduğu fərz edilir. Yüksək səviyyəli dillərin ən köhnə və ən sadə olanlarından biridir. Bütün sadəliyinə qarşı, bir çox biznes sahələrində istifadə edilmişdir. BASIC dili də ANSI tərəfindən standartlaşdırılmışdır. Ancaq BASIC dilinin əlavə xüsusiyyətləri mövcuddur. Məsələn Microsoft firmasının yaratdığı Visual Basic dilinə Obyekt Yönümlü Proqramlaşdırmaya bağlı bir çox xüsusiyyət əlavə olunmuşdur. Ayrıca BASIC dilinin bəzi versiyaları tətbiqi proqramlarda (Məsələn Microsoft Excel və Microsoft Wordda) istifadəçinin xüsusiləşdirmə və avtomatlaşd;rma məqsədiylə yazacağı makroların yazılmasında istifadə edilən proqramlaşdırma dili olaraq da ümumi qəbul edilmişdir. 1964-cü ildə Con Kemeni (John Kemeney) və Tomas Kurts (Thomas Kurtz) tərəfindən BASIC proqramlaşdırma dili yaradılmışdır. BASIC yüksək səviyyəli dillərin ən ilkin və sadə olanlarından biridir, sadəliyinə görə bir çox biznes sahələrində istifadə edilmişdir.
Bastı
Nafiç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Nanıc
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov Natiq Əhmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Əhmədov (çavuş) — Vətən müharibəsi şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Rəsulzadə — Natiq Fərzəliyev — Aktyor Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Atakişiyev — Natiq Cavadov — Natiq Paşa — Natiq Qasımov Natiq Qasımov (iqtisadçı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan vergilər nazirinin müavini (2002–2010). Natiq Qasımov (əsgər) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Martin Naydiç
Martin Naydiç (17 dekabr 1990) — Argentinalı üzgüçü. Martin Naydiç Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Martin Naydiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:39.93 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Plastic Memories
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.
Qrant Qastin
Tomas Qrant Qastin (ing. Thomas Grant Gustin; 14 yanvar 1990, Norfolk, Virciniya) — ABŞ aktyoru, musiqiçisi və rəqqası. Berri Ellen rolu ilə The CW kanalının hit serialı olan olan Fləş serialında, həmin rol ilə Ox serialında (hər ikisi DC Comics-dəki eyni adlı obrazlara əsaslanır), eləcədə Sebastian Simayt rolu ilə Fox-da yayımlanmış olan Qli ilə tanınır. Qrant, Virciniya ştatının Norfolk şəhərində dünyaya gəlib. O, tibb bacısı olan Tina Haney və kollecdə professor kimi fəaliyyət göstərən Tomas Qustinin oğludur. Orta məktəb illərində öz şəhərindəki İncəsənət üzrə qubernatorlar məktəbi proqramına musiqili teatr üçün qatılır. O həmçinin Hurrah Players Incorporated adlı digər teatr məktəbinə də getmişdir. 2008-ci ildə Qranbi Orta Məktəbindən məzun olduqdan sonra 2 il ərzində Şimali Karolinada yerləşən Elon Universitetinə BFA Musiqi Teatrna fakultəsinə daxil oldu. Qərb Tərəfinin Hekayəsi adlı dirçəliş turu çərçivəsində burada Babi Con rolu üçün məktəbi tərk etdi və 30 sentyabr 2010-cu ildən 23 sentyabr 2011-ci ilə qədər layihədə iştirak etdi. 8 noyabr 2011-ci ildə Qli serialında Dalton Varblers Akademiyası adlı qey klubunun üzvü olan Sebastian Simayt rolunu ifa etməyə başladı.
Dorde Krstic
Dorde Krstic (serb. Ђорђе Крстић; 19 aprel 1851[…] – 30 oktyabr 1907, Belqrad) — Serb realist rəssamı, müəllimi və akademiki. == Bioqrafiya == Dorde Krstic Münhen Rəssamlıq Akademiyasını bitirib (1873-1883). 1883-cü ilə qədər ilk əsərlərini alman realizminin təsiri altında yaratmışdır. Serbiyaya qayıdan Krstic realist rəsm janrını daha dolğun janrla dəyişir. Dorde Krstic Serbiyanın ətrafında gəzərək memarlıq abidələrinin, xalq həyatının səhnələrinin, serb təbiətinin tipik guşələrinin eskizlərini çəkir. Dorde Krsticin əsərləri təbiətin diqqətlə öyrənilməsi (“Anatomist”, 1880, “Balıqçı daxmasının qapıları” – hər ikisi Milli Muzeydə, Belqrad), romantik həyəcan xüsusiyyətləri ilə səciyyələnir. Rəssamın sonrakı əsərlərində (“Baba-Kai qəsəbəsi”, 1907, Milli Muzey, Belqrad) canlı dinamika və miqyas təzəliyi onun plener rəssamlığı prinsiplərinə yanaşmasından xəbər verir. O, tarixi janrda portretlər, rəsmlər çəkib. Portret və janr kompozisiyalarında romantizm və realizm xüsusiyyətlərini birləşdirib.
Nastya Kamenskix
Nastya Kamenskix, əsl adı Anastasiya Alekseyevna Kamenskix (ukr. Анастасія Олексіївна Каменських; 4 may 1987, Kiyev vilayəti) — Ukrayna pop və R&B müğənnisi, aktrisa, televiziya şəxsiyyəti və iş qadını. O, Ukraynanın "X-Factor" vokal şousu və "Ölkənin səsi" şousunda çıxış edərək populyarlıq əldə etmişdir. Kamenskix 2017-ci ildən NK təxəllüsü ilə çıxış edir. Anastasiya Alekseyevna Kamenskix 4 may 1987-ci ildə SSRİ respublikalarından olan Ukrayna SSR-nin Kiyev şəhərində anadan olmuşdur. Onun anası Lidiya Petrovna Kamenskix 6 noyabr 1955-ci ildə anadan olmuş, Q. Q. Veryovka adına Milli Akademik Xalq Xorunun müğənnisi kimi çıxış etmişdir. Atası Aleksey İosifoviç Jmur (16 may 1939 – 25 yanvar 2021) gəncliyində "Dinamo" voleybol komandasının kapitanı olmuş, daha sonra Q. Q. Veryovka xorunun konsert direktoru kimi çalışmışdır. Kamenskixin xaç anası Qriqori Veryovka adına xorun müğənnisi, Ukraynanın xalq artisti Alla Kudlay idi. Anastasiya Kamenskix Beş yaşında mübadilə proqramı ilə Fransaya getmiş və orada iki ay qalmışdır. O, altı yaşında eyni proqram əsasında İtaliyaya getmiş, orada dil öyrənmiş və yeddi il İtaliyada yaşadıqdan sonra lokal məktəbə getmişdir.
Zeyneb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Zeynep Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Castin Lonq
Castin Cekob Lonq (ing. Justin Jacob Long; 2 iyun 1978, Ferfild[d], Konnektikut) — amerikalı aktyor. Qorxu və komediya filmlərindəki rolları ilə məşhurlaşıb. O, "Jeepers Creepers", "Accepted", "İdiokratiya", "Məni cəhənnəmə sürüklə", "Kometa", "Barbar" daxil olmaqla müxtəlif filmlərdə rol almışdır. 2007-ci ildə çəkilmiş "Elvin və burunduklar" filmində Elvin Sevili səsləndirib. O, həmçinin "Ed" və "F is for Family" teleseriallarında oynayıb. == Həyatı == Castin Lonq 2 iyun 1978-ci ildə Konnektikutun Feyrfild şəhərində anadan olub. Üç qardaşdan ortancılıdır. Atası Ceyms Lonq Feyrfild Universitetində Latın dili professoru olub, anası Wendy Lesniak isə keçmiş aktrisadır. O, italyan kökənlidir.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Plastic Beach
Plastic Beach — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın üçüncü studiya albomu. 3 mart 2010-cu ildə Parlophone və Virgin Records tərəfindən buraxılıb.
Viburnum nashii
Viburnum obovatum (lat. Viburnum obovatum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Viburnum lanceolatum Hill Viburnum nashii Small Viburnum obovatum var. punicifolium (Desf.) Pursh Viburnum punicifolium Desf.