Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Usi
Usi (və yaxud Vuşi, çin. 无锡), Çin Xalq Respublikasıın Jianqsu vilayətinin cənubunda şəhər və eyniadlı bələdiyədir. Tai gölünün şimal-şərqinin yaxınlığında, Büyük kanalın Xichenq kanalıyla birləştiyi nöqtədə yerləşmişdir. Jianqsu vilayətinin cənubunda əsas nəqliyyat sistemini teşkil edən suyolları və kanalların qovuşduğu əsas mərkəzdir. Yanszı çayının deltasında tikilən ilk yaşayış mərkəzlərindən biridir. Əvvəllər bir qalay rezerv mərkəzi kimi bilinirdi, sonra Şərqi Xan sülaləsi dövründə (b.e.ə. 206-b.e. 25) qalay rezervlərinin qutarması ilə əlaqəli adı "qalayı olmayan" mənasını verən Usi adlandırılmışdır. III əsrin sonlarından başlayaraq Bilinq (Changzhou) kapitanlığına verildi. Yuan sülaləsi dövründə (1206-1368) müstəqil bir vilayət oldu və illərcə müstəqil olaraq qaldı.
Uşi Karnat
Karnat Uşi (alm. Uschi Karnat‎, 3 mart 1952-ci il) – alman pornoaktrisasıdır. Əvvəlcə kosmetoloq, sonradan isə pornoulduz olmuşdur. 1971 St. Pauli Report. 1975 Schulmädchen-Report 9: Reifeprüfung vor dem Abitur. 1982 Heiße Höschen. 1982 Josefine Mutzenbacher… wie sie wirklich war. Teil III. 1982 Josefine Mutzenbacher… wie sie wirklich war. Teil IV. 1983 Katharina und ihre wilden Hengste.
Uşi müqaviləsi
Uşi müqaviləsi, (italyanca: Trattato di Losanna) (18 oktyabr, 1912), İtaliya krallığı ilə Osmanlı imperiyası arasında Trablis müharibəsinin sonunda imzalanan müqavilədir. Bu müqavilə İtalyan tarixində Trattato di Losanna- Lozanna müqaviləsi olaraq keçir. "Ouchy" Lozannanın bir bölgəsidir. Türkiyə tarixində 23 iyul, 1923-cü il Lozanna müqaviləsi ilə qarışmasının qarşısını almaq üçün Uşi (Ouchy) müqaviləsi olaraq qeyd edilir.Trablis müharibəsi gedərkən Balkan müharibəsinin çıxmasından sonra, Osmanlı imperiyası İtaliya krallığından sülh istəməyə məcbur qaldı. Sülh müqaviləsi İsveçrənin Lozanna şəhərinin Leman gölü sahilində olan Uşi bölgəsində imzalandı. Bu müqaviləyə görə Trablis və Benqaziyə tam muxtariyyət verildi. Osmanlı imperiyası buradakı hərbiçilərini geri çağırdı. Bu İtaliyaya Trablis və Benqazini sərbəst işğal etməsinə şərait yaradırdı. Buna qarşılıq olaraq İtaliya əlində olan Rodos və ətrafındakı 12 adanı bir müddət sonra Osmanlı imperiyasına geri verməli idi. Ancaq adaların Osmanlı imperiyasına təslimi heç bir zaman reallaşmadı.
Yeni Usı (Bakalı)
Yeni Usı (başq. Яңы Уҫы, rus. Новые Усы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 40 km, kənd sovetliyindən (Yeni Ursay): 20 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 82 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (100 %) üstünlük təşkil edir.
Asi
Asi (عاصی - üsyançı):
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
OSI
OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir. OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. Fiziki səviyyə (Physical layer) Kanal səviyyəsi (Data Link) Şəbəkə səviyyəsi (Network layer) Nəqliyyat səviyyəsi (Transport layer) Seans səviyyəsi (Session layer) Təqdimetmə səviyyəsi (Prezentation layer) Tətbiqi səviyyə (Application Layer) Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş cüt kabel, fiberoptik kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir. Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır.
Sui
Sui — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əhalisi təxm 120 min nəfərdir.İndus çayından 25 km uzaqlıqdadır
Suşi
Suşi (yap. 寿司, 鮨, 鮓) — balıqdan hazırlanmış yemək növü. İlk suşi adlı yemək Cənubi Asiyada meydana gəlmişdir. Təmizlənmiş və müxtəlif hissələrə bölünmüş balıqlar nazik təbəqələr formasında düzülür. İçərisinə duz da əlavə edildikdən sonra qabın ağız hissəsi daş preslərlə örtülürdü. Bir neçə həftədən sonra daşı götürürdülər və əvəzində adi qapaqlarla bağlayırdılar. Bir neçə ay ötdükdən sonra balıq acıyı, mayalanırdı və məhz bundan sonra işlənilməsi üçün hazır sayılırdı. Hələ də Tokionun bir neçə restoranında bu orijinal suşini gələn qonaqlara təklif edirlər. Bu suşinin adı narezushi adlandırılır və sualtı heyvan olan karp balığından hazırlanır. Hazırlanan bu qidanın olduqca sərt qoxusu olur və nəticədə balığın qoxusunu udmağı bacarır.
URI
URI (ing. Uniform Resource Identifier) — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı. URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir. URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir.
USA
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
USB
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.
USD
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Uti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Uzi
Uzi (ivr. ‏עוזי‏‎) — İsrail Hərbi Sənayesi (İHS) tərəfindən istehsal edilən avtomatik silah nəsilidir. Uzi adı silahın yaradıcısı Uziel Qaldan götürülüb.
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Üşr
Üşr (ərəb. ondabir) – orta əsrlərdə müsəlman dövlətlərində mövcud olmuş natural vergi. Şəriətə əsasən kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq, neft məhsulları, duz və i.a. istehsalı məhsullarının 1/10-i həcmində toplanılırdı. Azərbaycanda dəhyek, salariyə, ondabir və i.a. adlarla da məlum olmuşdur. U. XIX yüzilliyin ikinci yarısında aradan çıxmışdır. Ü. Əlcəzairdə 1918-ci, Türkiyədə 1925-ci, Tunisdə 1935-ci ildə ləğv edilmişdir. O, Səudiyyə Ərəbistanı və bir sıra başqa müsəlman ölkələrində indi də mövcuddur.
İsi
İsi (keçmiş adları İsibəy və Bəykəndi) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, Lənkəran ovalığındadır. Keçmiş adı İsibəy olmuşdur. Yaşayış məntəqəsi İsibəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali tərəfindən Bəykəndi də adlanırdı. Sovet hakimiyyəti illərində oykonimin tərkibindəki "bəy" sözü atılmışdır. Mir Kazım Aslanlı (d. 1912, İsi, Masallı rayonu – ö. 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
Ugi
Sun Yuytsi (çin. 宋雨琦, kor. 송우기; 23 sentyabr 1999, Pekin) və ya tanınan səhnə adı ilə Uqi (kor. 우기) – Çin müğənnisi, mahnı yazarı və rəqqası. "(G)I-dle" qrupunun üzvüdür. 2021-ci ildə "A Page" sinql albomu ilə solo debüt etmişdir. == İlk illəri == Sun Yuytsi 23 sentyabr 1999-cu ildə Çinin paytaxtı Pekində doğulmuşdur. Pekində yerləşən 101 Orta Məktəbində təhsil almışdır. "Cube Entertainment" tərəfindən Pekində keçirilmiş seçimlərə qatılmış, "CLC" qrupunun "High Heels" və "G. E. M." qrupunun "Bubble" mahnısını ifa etmişdir. O, seçimlərə keçirək "Cube Entertainment"ə qatılmışdır.
Uqi
Sun Yuytsi (çin. 宋雨琦, kor. 송우기; 23 sentyabr 1999, Pekin) və ya tanınan səhnə adı ilə Uqi (kor. 우기) – Çin müğənnisi, mahnı yazarı və rəqqası. "(G)I-dle" qrupunun üzvüdür. 2021-ci ildə "A Page" sinql albomu ilə solo debüt etmişdir. == İlk illəri == Sun Yuytsi 23 sentyabr 1999-cu ildə Çinin paytaxtı Pekində doğulmuşdur. Pekində yerləşən 101 Orta Məktəbində təhsil almışdır. "Cube Entertainment" tərəfindən Pekində keçirilmiş seçimlərə qatılmış, "CLC" qrupunun "High Heels" və "G. E. M." qrupunun "Bubble" mahnısını ifa etmişdir. O, seçimlərə keçirək "Cube Entertainment"ə qatılmışdır.
Uva-ursi uva-ursi
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Şi Şi şi şi şi
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir. Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. 對聯:30.
Şi Şi
Şi Şi dördüncü Hu Çao şanyüsüdür, cəmi 33 gün imperator olmuşdur. Yerinə onu devirən qardaşı Şi Çun keçmişdir.
Hüseyn Muşi
Hüseyn Muşi və ya Dengbêj Huseyno (1936) - kürd müğənni. == Həyatı == Hüseyn Muşi 1936-cı ildə Muşun Orginos kəndində anadan olmuş kürd müğənnisidir. Onların mənşəyi Sasondandır, lakin sonralar Mauba kəndində məskunlaşıblar. Atasının adı Şakir Nimət, anasının adı Hüsniyədir. Məktəbdə oxuyub. O Mauba kəndindən Orginos kəndinə köçüb və orada muxtar şəxs olub. Ona görə də ona Hüseyn Orqinosi deyirdilər. O, evli idi. Doqquz övladı var. 2001-ci il aprelin 8-də vəfat edib.