Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Natrolit
Natrolit – Na2 [Al2Si3O10] · 2 H2O — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanlı natrolit, litiumlu natrolit. == Xassələri == Rəng – qar kimi ağ, rəngsiz, sarımtıl, sarı, qırmızımtıl, kərpici-qırmızı, bəzən qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəf; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,26; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; pilləli, tikanlı; Başqa xassələr– piroelektrik və pyezoelektrik xassələri; yüksək sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: nazik prizmatik, sap şəkilli, sütunvari; İkiləşmə: {110} və {011} üzrə; Mineral aqreqatları: çubuq formalı, radial-şüalı, lifli, torpaqvari, sıx, bəzən bütöv kütlələr, irikristallik bloklar, sferolitlər, kollomorf əmələgəlmələr, kristallik qabıqlar. == Mənşəyi və yayılması == Effuziv süxurların–bazalt və andezitlərin tipik mineralı olub, badamvari boşluqlarda müşahidə edilir. Nefelin və sodalitin hidrotermal dəyişilmə məhsulu kimi qələvi intruziv və effuziv süxurlarda – nefelinli siyenitlərində və bazaltlarda rast gəlir. Qələvi peqmatitlərdə en kəsiyi bəzən 1 m2-ə çatan irikristallik monomineral bloklar təşkil edir. Hidrotermal damarlarda, qneyslərdə, habelə sement kimi nefelinit palaqonit tuflarında müəyyən edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kalsit, geylandit, skoletsit, stilbit, şabazit, mezolit, analsim. Mineralın tapıldığı yerlər: Usti, Çeşska Lipa (Çexiya); Rodope (Bolqarıstan); Vişnyovıye və İlmen dağları, Kola yarımadası (Rusiya); Havay adaları və b.
Qastrit
Qastrit - mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər . ===== Kəskin qastrit ===== Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır : Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır . Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır . Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır. Fleqmonoz ( irinli ) qastrit - ağır gedişli Xora xəstəliyindən, xərçəng xəstəliyindən , bəzi infeksion xəstəliklərdən və travmalardan sonra yaranır. ===== Xroniki qastrit ===== daha çox rast gəlinir və əsas olaraq 3 tipə ayrılır ( Hyuston klassifikasiyasına görə ) A - autoimmun qastrit B - bakterial qastrit ( 90 % hallarda Helikobakter Pilori mənşəli ) C - reflüks qastrit ( adətən öd turşularının mədəyə əks axımı, yəni duodenoqastral reflüks nəticəsində yaranır ) Bundan başqa daha az rast gəlinən xronik qastrit tiplərinə - eozinofil , limfositar, qranulematoz və radiason qastritlər aiddir. Bundan başqa qastritləri mədə turşusunun səviyyəsinə görə - hiperasid, hipoasid, anasid tip qastritə, zədələnmə nahiyələrinə görə - panqastrit, antral qastrit , fundal qastrit , selikli qişadakı morfoloji dəyişiklərlə görə isə şərti olaraq - hipertrofik, hipotrofik, atrofik qastritlərə bölürlər.
Mikania castroi
Mikania castroi (lat. Mikania castroi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.