Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ancelo
Ancelo — ad. Ancelo Buono — amerikalı seriyalı qatil, oğru, təcavüzkar. Ancelo Kavallaro — İtalyan müğənni və musiqiçi.
Ansel
Ansel (fr. Ancelle, oks. Ancela) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05004. 2008-ci ildə əhalinin sayı 831 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (əsasən qoyunlara) əsaslanır. 1950-ci ildən bəri ailə turizmi inkişaf edir.
Nosel
Nosel (Averon)
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə "Hillside Stranglers" kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci il Buono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Ancelo Kavallaro
Angelo Cavallaro (it. Angelo Cavallaro; 11 aprel 1967, Kataniya, Siciliya) — İtalyan müğənni və musiqiçi. 1981-ci ildə musiqiyə qədəm qoyan müğənninin 1998-ci ildə çıxardığı "Love Me" albomu 250.000-dən çox satışa imza ataraq beynəlxalq şöhrət qazanıb. Özünəməxsus təfsiri ilə italyan dilində xüsusilə latın melodiyalarını ifa edən müğənninin "Danzando Lambada" mahnısı səs-küyə səbəb olub.
Anjelo Skyavio
Angelo Schiavio (it. Angelo Schiavio; 15 oktyabr 1905, Boloniya – 17 sentyabr 1990, Boloniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Karyrerasında ancaq bir klubun, "Bolonya" klubunun şərəfini qoruyub. 1934-cü il Dünya Çempionatının qalibi olub . Anjelo Skyavio 1922–23 mövsümündə "Bolonya"nın əsas heyətində debüt edir. Mövsüm ərzində 6 oyun keçirib 6 qol vurur. O dövrdə İtalyan liqası bir neçə fərqli regional qrupa ayrılırdı. 1925-ci ildə "Bolonya" tarixində ilk Liqa çempionluğunu qazanır. Anjelo Skyavio o mövsumdə 27 oyunda 16 qol vurur.
Anselm Kenterberili
Anselm Kenterberili (təq. 1033, Aosta – 21 aprel 1109 və ya 28 aprel 1109, Kenterberi, Kent qraflığı) — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi. A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır. A. Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir ("inanıram, başa düşmək üçün"); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır.
Anselmo Kardoso
Anselmo Qonsalves Kardoso (port. Anselmo Gonçalves Cardoso; 6 yanvar 1984, Freyriya[d]) — portuqal futbol hücumçusu. Vilela 2012-ci ilin may ayından Təbrizin "Traktorsazi" klubunun heyətində çıxış edir. Buna qədər o, Portuqaliyanın "Freyriya", "Torrense", "Estrela Amadora", "Nasyonal", "Riyo Ave" klublarında çıxış etmişdir. Anselmo Qonsalves Kardoso 6 yanvar 1984-cü ildə Freyriyada anadan olub.
Boytumelo Masilo
Boytumelo Masilo (5 avqust 1995) — Botsvananı 800 m məsafəyə qaçış yarışlarında təmsil edən və orta məsafələrə qaçan yüngül atlet. Boytumelo Masilo Botsvananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etmişdir. O, 800 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur. Onun karyerası boyunca ən yaxşı nəticəsi 2016-cı ildə Kortriykdə əldə etdiyi 1:45.87 saniyəlik nəticəsidir.
Inga cabelo
Inga cabelo (lat. Inga cabelo) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kenterberili Anselm
Anselm Kenterberili (təq. 1033, Aosta – 21 aprel 1109 və ya 28 aprel 1109, Kenterberi, Kent qraflığı) — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi. A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır. A. Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir ("inanıram, başa düşmək üçün"); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır.
Marselo (futbolçu)
Marsello Virera Da Silva Cuniyor (12 may 1988[…], Rio-de-Janeyro) — Braziliya milisinin və "Fluminense" komandasının müdafiəçisi. Marsello peşəkar karyerasına "Fluminense" klubunda başlayıb. Burada 30 oyuna 6 qol vurub. Marsello 2007-ci ildə "Real Madrid"ə "Fluminense" komandasından transfer olub. İndiyə qədər "Real Madrid"də 386 oyuna çıxaraq rəqib qapılarına 26 qol vurub. Madrid təmsilçisi ilə 4 dəfə Çempionlar liqasının qalibi və 2 dəfə "Laliqa" çempionu olub.
Marselo Aquire
Marselo Aquire (21 yanvar 1993) — Paraqvayı təmsil edən stolüstü tennisçi. Marselo Aquire Paraqvayı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Marselo Aquire Paraqvayı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Marselo Aquire Paraqvayı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Marselo Qrohe
Marselo Qrohe (13 yanvar 1987-ci ildə anadan olub) — Qapıçı kimi Qremio FK və Braziliya milli futbol komandasının şərəfini qoruyan Braziliya futbolçusudur. Qrohe Kampo Bomda, Rio Qrande do Solda anadan olmuşdur. Öz karyerasına Qremio FK klubunun 13 yaşlılardan ibarət komandasında başlamışdır. 18 yaşından əsas komandada oynamağa başlamışdır. 5 il ərzində Kampeonato Brasileyro Serie B liqasında üçüncü qapıçı kimi iştirak etmişdir və heç bir oyunda meydana çıxmamışdır. 18 yanvar 2006-cı ildə o, öz peşəkar debütünü reallaşdırmışdır. Kampeonato Qauço liqasında oynanılan Sao Luiz klubuna qarşı oyunda 90 dəqiqə oyunda olmuşdur. Həmin oyunda Qremio səfərdə 2-1 hesabı ilə qalib gəldi. Qrohe Çilidə təşkil edilən Amerika Kuboku 2015 turnirində Braziliya heyətinə daxil edilmişdir və heç bir oyunda meydana çıxmamışdır. O, milli komandada debütünü 5 sentyabr 2015-ci ildə Nyu-Cersidə yerləşən Red Bull Arenada Kosta-Rika ilə keçirilən oyunda etmişdir.
Marselo Salas
Marselo Salas (isp. José Marcelo Salas Melinao; 24 dekabr 1974[…], Temuko) — keçmiş Çili futbolçusu.
Miconia nasella
Miconia nasella (lat. Miconia nasella) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Sami Naseri
Sami Naseri (fr. Samy Naceri ərəb. سعيد ناصري‎; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru. O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
Tobias Anselm
Tobias Anselm (24 fevral 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. Anselm Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Anselm 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, klub ilə turnirin qalibi adını əldə etmişdir. Anselm öz peşəkar karyerasında debütünü 22 sentyabr 2017-ci ildə Blau-Vayb Linz klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Nikolas Meysteri əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. O, klub ilə ilk qolunu 25 may 2018-ci ildə Viener Neuştadt klubuna qarşı oyunda vurmuşdur. Anselm 94-cü dəqiqədə qolla yadda qalmış və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 24 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Marselo Brozoviç
Marselo Brozoviç (16 noyabr 1992, Zaqreb) — İtaliya A Seriyasında çıxış edən İnterin xorvatiyalı futbolçusu.
Joeao Kanselo
Joeao Kanselo (port. João Pedro Cavaco Cancelo ; (27 may 1994, Barreyru) — Portuqaliyalı peşəkar futbolçu. Premyer Liqada çıxış edən Mançester Siti klubundan icarə əsasında Bundesliqa klubu Bayern Münhendə müdafiəçi və ya cinah müdafiəçisi kimi çıxış edən portuqaliyalı peşəkar futbolçudur. Həmçinin Portuqaliya millisində çıxış edir.Yaradıcı, bacarıqlı, güclü və çox yönlü oyunçu, dünyanın ən yaxşı müdafiəçilərindən biri hesab olunur.
Yaramaz Ancelo
Yaramaz Ancelo (fr. Angelo la Débrouille) — Chloé Miller və Franz Kirchner-in rejissorluğu ilə çəkilmiş, "Teletoon", "TeamTO" və "Cake Entertainment" tərəfindən hazırlanmış Fransa istehsalı animasiya serialı. Serial Sylvie De Mathuisieulx və Sebastien Diologent-in yazdığı "Comment Faire Enrager..." kitabı əsasında çəkilib. Serialın beşinci mövsümü 2022-ci ildə işıq üzü görmüşdür. Ancelo sürətli düşüncəsi və ağıllı fikirləri ilə həmişə bir addım öndədir. O, ev işlərindən qaçmağın yollarını tapmağı və məktəb tapşırıqları üçün yaradıcı həllər tapmağı sevir. Bəzən valideynləri və müəllimləri ilə arasında problem yaranır, amma o, hər şeyi öz xeyrinə çevirməyi bacarır. Dostu Şervud ona hər bir detalı planlaşdırmağa kömək edir. Lola onların qrupuna həvəs və yaradıcılıq gətirir. Onlar cinayət ortaqları kimi birlikdə işləyirlər və qarşılarına çıxan hər hansı bir problemin öhdəsindən gəlirlər.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Laslo Bito
Laslo Bito (tam adı: Laslo Bito, mac. László Z. Bitó; 7 sentyabr 1934, Budapeşt – 14 noyabr 2021) — Macarıstan fizioloqu və yazıçısı. Tədqiqatçı kimi qlaukoma üçün dərman hazırlamışdır. Yazıçı kimi roman və esselər müəllifidir. Laslo Bito Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Onun ailəsi kommunist dövründə Budapeştdən ayrılmaq məcburiyyətində qalmışdır. O, Komlodakı bir mədəndə xidmət etmiş və 1956-cı ildə inqilabın yerli lideri olmuşdur. İnqilab Rus qüvvələri tərəfindən yatırılandan sonra Bito ABŞ-yə qaçdı, burada təqaüd qazandı və fizioloq oldu. ABŞ-də ona sığınacaq verildi və 1956–57-ci ilin qış rübündə Bard Kollecində təhsil aldı. O, 1960-cı ildə Bard Kollecinin pre-med biologiya fakültəsindən məzun oldu.
Laslo Bölöni
László Bölöni (rumın: Ladislau Bölöni; 11 mart 1953, Tırqu-Mureş[d], Mureş) — Rumıniyalı keçmiş futbolçu və hazırkı menecerdir. O, sonuncu dəfə Superliqa Yunanıstanın " Panatinaikos" klubunu çalışdırıb.
Laşlo Sinko
Laşlo Sinko (18 Mart 1970 – 31 İyul 2015) — Macarıstanlı film aktyoru. O, 1959-cu il ilə 2009-cu il arasında 90-dan çox film və televiziya şousunda rol oynamışdır.