NƏŞƏLİ

sif.
1. Şən, şad, fərəhli.
Ceyran çox nəşəli görünürdü, danışır, gülür, əylənirdi. S.Hüseyn.
Bu gün nəşəlidir söylədiyim qız; Bir qızartı çöküb yanaqlarına. S.Vurğun.
Könüllər nəşəli, ürəklər sərin; Bülbül kimi ötür şirin dillərin. R.Rza.

2. Ürək açan, ləzzət verən, zövq verən; xoş, gözəl. Nəşəli yer.
– Gedirəm, yolum dağdı; Gör nə nəşəli bağdı; Çəkərəm yar qəhrini; Nə qədər canım sağdı. Sarı Aşıq.
Ancaq birdən gözlənilməz bir hadisə bizim bu qızğın, nəşəli ovumuzu yarımçıq qoydu. M.Rzaquluzadə.

3. Yüngülcə kefli, məst.
// Zərf mənasında. Nəşə ilə, ləzzətlə.
[Yaşlı kişi] nəşəli bir qullab vurub tüstüsünü başından yuxarı sovuraraq, hekayəsini davam etdirməyə başladı. S.Hüseyn.

Синонимы

  • NƏŞƏLİ NƏŞƏLİ (müxtəlif mənalarda) Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü (A.Şaiq); NƏŞƏDAR [Səba:] Çünki mənim musiqidən nəşədar
  • NƏŞƏLİ şad — şən — fərəhli — sevincli

Антонимы

  • NƏŞƏLİ NƏŞƏLİ – CƏFALI Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı ömrü puç edən bir şeydir (S.S
NƏŞƏLƏNMƏK
NƏŞƏSİZ

Значение слова в других словарях