Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açalo
Açalo (çeç. Ачал)— Çeçenistan Respublikasının Şatoy rayonundakı müdafiə qalası. Kelo çayı vadisinin sağında, qaya kənarında, tərk edilmiş Açaloy kəndindən 100 metr cənubda yerləşir. Təxmini tikilmə tarixi XII-XIII əsrlərə aid edilir. == Tarixi == Çeçenistanın bu hissəsindəki qalalar XIX əsrin sonlarında coğrafiyaşünas A.E.Rossikova tərəfindən tədqiq edilmişdir. 1893-cü ildə yüksək dağlıq ərazi olan Şatoy bölgəsini coğrafiyaçı səyyah Q.İ.Radde E.Q.Kyoniq ilə birlikdə araşdırıb. 1965-ci ildə Şimali Qafqaz Arxeoloji Ekspedisiyası Şatoy rayonundakı müdafiə qalalarını öyrənməyə başlayır. Qala Açalo kəndindən 100 metr cənubda yerləşirdi. == Təsviri == Qala kənarları ilə işıq istiqamətinə yönəlmişdir. Onun şərq küncü tamamilə dağılıb.
Nakano
Nakano — Tokionun xüsusi rayonlarından biri.
Naqano
Naqano (yap. 長野市 Nagano-shi) — Yaponiyada şəhər.
Ngialo
Ngialo (vyet. Nghĩa Lộ) — Vyetnamın şimal-qərbində, Yenbay vilayətində şəhər (birinci dərəcəli inzibati vahid). Bilayətin cənub hissəsində, inzibati mərkəzi Yenbay şəhərindən cənub-qərbdə, dəniz səviyyəsindən 264 metr yüksəklikdə yerləşir. Txia çayı (Xonqxa çayının qolu) şəhərdən axır. Ngialonun sahəsi 29,67 km2-dir.2009-cu ilin məlumatlarına görə əhalinin sayı 27,336 nəfərdir.
Cacao
Teobrom (lat. Theobroma) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Teobrom:The Plant List saytında takson barədə məlumat.
Nacax
Nacax (Nacax(nacağ,najax) -Azərbaycan; Nacak-Türkiyə;)- kiçik balta, döyüş baltası, balta, başında kəskin metal başlığı olan ağacla saplanmış kəsici-əzici əmək aləti. Quba rayonunun kəndlərində, Culfa, Kürdəmir, Mingəçevir, Ordubad, Şahbuz rayonlarında geniş istifadə olunan original termin.
Abbas Acalov
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). == Həyatı == Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Ancelo Kavallaro
Angelo Cavallaro (it. Angelo Cavallaro; 11 aprel 1967, Kataniya, Siciliya) — İtalyan müğənni və musiqiçi. == Həyatı == 1981-ci ildə musiqiyə qədəm qoyan müğənninin 1998-ci ildə çıxardığı "Love Me" albomu 250.000-dən çox satışa imza ataraq beynəlxalq şöhrət qazanıb. Özünəməxsus təfsiri ilə italyan dilində xüsusilə latın melodiyalarını ifa edən müğənninin "Danzando Lambada" mahnısı səs-küyə səbəb olub.
Aqil Acalov
Baba Çakalo
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Babbo Natale
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Haçalı islimilər
Haçalı İslimilər sınıq ağac şaxəsinə və yaxud açılmış heyvan ağzına bənzər islimilərə deyilir. Haçalı islimilərın forması qanadlı islimilərlə uyğunluq təşkil edir. Haçalı islimilər qanadlı islimilər kimi yalnız hiçəklərin sonunda deyil, müxtəlif formalı şaxələrin üzərində yerləşir.
Karlos Maçado
Karlos Maçado (18 iyun 1980) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karlos Maçado İspaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Kedjau Nabali
Kedjau Nabali (8 iyul 1990) — Ukraynalı cüdoçu. Kedjau Nabali Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kedjau Nabali birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:101 hesabı ilə uduzdu.
Manami Nakano
Manami Nakano (d. 30 avqust 1986) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Manzo Naqano
Manzo Naqano (永野万蔵, Naqano Manzo, 26 noyabr 1853, Kuçinotsu[d], Naqasaki prefekturası – may 1924, Kuçinotsu[d], Naqasaki prefekturası) – rəsmi olaraq Kanadaya immiqrasiya etmiş ilk yapon şəxs. O, 1877-ci ilin martında Yaponiyanı tərk etmiş və may ayında Britaniya Kolumbiyasına çatmışdır.Naqano Viktoriyada məskunlaşaraq bizneslə məşğul olmağa başlamışdır. Səhhətindəki problemlərə görə 1923-cü ildə Yaponiyaya qayıtmış və növbəti il ölmüşdür. == Həyatı == Manzo Naqano 1853-cü ildə müasir Naqasaki prefekturasının ərazisində yerləşən Kuçinotsu balıqçı kəndində anadan olmuşdur. O, atası Kihey Naqanonun yeddi övladından dördüncüsü idi.Yaponiyada izolyasiya dövrünün başa çatması səbəbilə canlanan beynəlxalq dəniz ticarəti Naqanonun diqqətini cəlb etmiş, Britaniyaya məxsus ticarət gəmisi ilə Şanxaya və Kanadaya səyahət etmişdir. 1877-ci ildə daimi olaraq Kanadada məskunlaşmağa qərar vermişdir. O, əvvəlcə yerli xalqların arasında yaşamış, balıqçılıq və odunçuluq kimi işlərlə məşğul olmuşdur. O, Viktoriyadakı çinli immiqrat icmasına qarışmış, dəmiryol tikintisində də iştirak etmişdir.1886-cı ildə evlənmək məqsədilə Yaponiyaya getsə də, həyat yoldaşının ölümündən sonra 1896-cı ildə Naqano oğlu və yeni həyat yoldaşı Tayoko ilə Kanadaya qayıtmışdır. O, 1897-ci ildə Klondayk qızıl hərisliyində iştirak edən şəxslər üçün ləvazimatlar satan mağaza açmışdır. Bundan əlavə, hotelçilik və Yaponiyaya salmon balığı ixracatı ilə də məşğul olmuşdur.
Napalm Bombası
Napalm bombası, müəyyən ədəddə yanıcı mayenin jeleləşdirilmiş benzin ilə qarışığı. II. Dünya müharibəsində, Harvard Universitetinden Louis Fieserin başçılıq etdiyi bir kimya qrupu tərəfindən inkişaf etdirildi. İlk olaraq Sakit Okeanda Tinian müharibəsində istifadə edildi. Vyetnam müharibəsi fotoqrafı olan Kim Phuc, demişdir ki, "Napalm təsəvvür edə biləcəyiniz ən qorxunc silahdır. Su 100 dərəcədə qaynayır, napalm isə 800-1200 dərəcə istilik yaradır." Bəzi vəziyyətlərdə, sürətli öldürdüyündən, qurbanlar çox ağrı çəkmir. Lakin sağ qalanlarda 3. və 2. dərəcəli yanıqlar yaranır. ABŞ, Vyetnam müharibəsinin sonlarına doğru daha güclü bir Napalma ehtiyacı olduğunu, əsas napalm inhisarçısı DOW Chemicala bildirdi. Bundan sonra daha qorxunc Napalm-B silahı yaradıldı.
Naqano prefekturası
Naqano prefekturası (yap. 長野県 Nagano ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura.
Natali Harrovell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Natali Harrowell
Natali Harrovell (9 fevral 1990 – 10 dekabr 2019) — 2017-ci ildə ilk dəfə Qadınlar Super Liqasının Grand Finalında oynamış İngilis regbi liqasının oyunçusu idi. Harrovell Featherstone Rovers-də oynamış və "qadın klub komandasının əsas üzvü" olaraq qəbul edilmişdir", İngiltərə Reqbi Liqası üçün də 3 qapaq keçirdi. O, virusla xəstəxanaya yerləşdirilib və 2019-cu ilin dekabrında dünyasını dəyişib. == İstinadlar == == Xarici keçidlər == Rugby league star killed by virus had already wrapped her kids' Christmas gifts Arxivləşdirilib 2019-12-14 at the Wayback Machine (Mirror Co.uk Gazetesi) Rodger, James. "England rugby league star dies aged 29". birminghammail. Dec 11, 2019. İstifadə tarixi: Dec 16, 2019.
Navaxo Bakboord
Navaxo Bakboord (29 yanvar 1999, Amsterdam) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Həyatı == 29 yanvar 1999-cu ildə anadan olub. == Klub karyerası == === Yonq Ayaks === Bakboord Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. İlk müqaviləsini Bakboord 26 iyun 2015-ci ildə imzalamışdır. 25 aprel 2018-ci ildə Bakboord Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Bakboord öz peşəkar karyerasında debütünü 1 dekabr 2017-ci ildə MVV Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2016-cı ildə Bakboord Niderlandın gənclərdən ibarət milli komandası ilə Azərbaycanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bakboord İtaliya, Serbiya, İsveç və Portuqaliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Navayo çimərliyi
Navayo çimərliyi (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bu günki, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər.