Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nyolsoy adası
Nyolsoy adası (far. Nólsoy), Nolsyo (dan. Nolsø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 222 nəfər yaşayır. Onlar eyni adlı qəsəbədə yaşayırlar. Sahəsi 10,3 km²-dır. Adada böyük bir dəniz quşu koloniyası vardır. Dünyanın Kaçurkalara aid ən böyük koloniyası burada yerləşir. Torshavn şəhəri ilə ada arasında əlaqə 20—25 dəqiqəyə təmin edilir.
Bolşoy Baran
Bolşoy Baran — Kolıma çayının mənsəbi yaxınlığında qayalıq burundur. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Bilibinski rayonu ərazisində yerləşir. İlk dəfə F. Х. Plenisner tərəfindən 1763-cü ildə xəritəyə salınmışdır. Ferdinand Vrangelin fikrinə görə burun öz adını çoxlu sayda vəhşi qoyunun görünməsi ilə əlaqədar adlandırılmışdır. Çukot dilində işlənən "Ralyaven" sözü "yol üzərində yaşayış yeri" mənasını verir. == Həmçinin bax == Baranix burnu == İstinadlar == == Mənbə == Баранов камень // Энциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890–1907.
Bolşoy Mediak
Bolşoy Mediak — Çelyabinsk vilayəti, Arqayaş rayonunun Kuluyevo kənd yaşayış məntəqəsində kənd. == Coğrafi mövqeyi == Kən rayonun cənub-şərq hissəsində, Mediaak gölünün sahilində yerləşir. Kuluyevin mərkəzinə gedən yol boyunca məsafə 12 km-dir. == Tarixi == Kənd 19-cu əsrin 2-ci yarısında Muxametqulu volostunda (Orenburq quberniyasının Çelyabinsk qəzası) qurulmuşdur. Vətəndaş müharibəsi illərində burada qırmızıların iyirmi yeddinci atıcılıq diviziyası və ağların on üçüncü Sibir atıcılıq diviziyası arasında şiddətli döyüşlər baş vermişdi. == Əhalisi == == Küçələri == 8 Mart döngəsi 8 Mart küçəsi Daçnaya küçəsi == İnfrastrukturu == Kitabxana Məktəb "Kuluyevo" QSC == İstinadlar == == Xarici keçidlər == Кулуевское сельское поселение. Официальный сайт Аргаяшского муниципального района.
Bolşoy Teatr
Böyük Teatr — Rusiya Federasiyasında Dövlət Akademik Böyük Teatr. Əsası 1775-ci ildə Moskvada qoyulmuşdur. Burada xarici və ilk rus operaları və baletləri tamaşaya qoyulur. XX əsrin əvvəllərindən teatrda çalışan vokalistlər və balet ustaları dünya şöhrəti qazanmışlar.
Bolşoy İzvestnyakovıy
Bolşoy İzvestyakovıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == İzvestnyakovıy adaları qrupuna daxildir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Komsomoles adasından 500 m, Oktyabr İnqilabı adasından 3 km aralıda yerləşir. == Təsviri == Əslikdə iki adadan ibarətdir. Aralarında 300 metrlik boğaz vardır. Qərbdə yerləşən ada 6,9 km uzunluğa və 4,1 km enə malikdir. Şərqdə yerləşən ada isə 4,7 km uzunluğa və 2,75 km enə malikdir. Adada hündürlüyü 52 metr olan təpə vardır.
Bolşoy Nesvetay çayı
Bolşoy Nesvetay çayı (rus. Большой Несветай) — Rusiyanın Rostov vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 48 kilometr, hövzəsinin sahəsi 966 km²-dir. Çayın ən böyük qolu Malıy Nesvetay çayıdır. Çay sistemi: Bolşoy Nesvetay → Tuzlov → Aksay → Don. == Axını == Çay öz başlanğıcı Dones vilayətindən başlayır. Petrovski xutorunun şimalından Rostov vilayətinin Krasnosulinskaya rayonuna keçir. Mənbəyi 220 metr yüksəkliyində yerləşir. Tuzlov çayının mənsəbinə 44 km qalmış ona tökülür.
Bolşoy Roq çayı
Bolşoy Roq, Bolşoy Roq axarı — Rostov vilayəti ərazisindən axan çay. Aksay çayının sağ qolunu təşkil edir (Don çayı) Çayın uzunluği 18 kilometrdir. Ümumi mayilliliyi 101,8 metrdir. Sahilində ən böyük yaşayış məntəqəsi Aksay şəhəridir (36 134, 2010). Çsy üzərində 4 avtomobil və 1 dəmiryol körpüsü vardır. Çay sistemi: Bolşoy Roq → Aksay → Don. == Axını == Çay öz başlanğıcını Don avtomagistralı yaxınlığından, Krasnı Kolos qəsəbəsindən 700 m cənubdan götürür. İlk 1,2 km məsafəni qərb-cənub-qərb istiqamətində axır. Sonrakı axar isə cənub istiqamətindədir. Çayın mənsəbi Aksay şəhərinin mərkəzindən 2,7 km, Rostov-na-Donu şəhər mərkəzindən isə 14,4 km aralıda yerləşir.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Bolşoy adası (Krasnoflotskie adaları)
Bolşoy adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 15 km cənubda yerləşir. Daxil olduğu qrupun ən şimal nöqtəsini təşkil edir. Adada 2,5 km cənubda Sredniy adası yerləşir. == Təsviri == Krasnoflotskie adaları qrupunun ən böyük adasıdır. Öz adınıda böyük olmasına görə almışdır. Şimaldan cənuba 5,1 km, şərqdən qərbə isə 1,4 km təşkil edir. Şərqində 5 metr hündürlüyü olan sahil xətti vardır. Adada üç yüksəklik vardır: 12 m (cənub), 23 m (şimal), 31 m (mərkəz).
Bolşoy adası (Laptevlər dənizi)
Bolşoy adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşən ada. Şimal Torpağı arxipelaqının bir hissəsi olan Sahil adaları qrupuna daxildir. == Yerləşməsi == Bolşevik adasının sahilinə yaxın ərazidə, Amba buxtası daxilində yerləşir. Sahil adalarına daxil olan Malıy adası ondan şimal-qərbdə yerləşir. == Təsviri == Ovalvari formaya malik cənub-qərbdən şimal-şərqə uzanır. Sahilləri alçaq və düzəndir. Adada gözlə görünən zirvə yoxdur.