Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Nequs
Nequs (tam: Çarların çarı — Nquse Negest; amh. nigūs) — 1975-ci ildə monarxiyanın ləğv olunmasınadək Efiopiya (Həbəşistan) imperatorunun titulu. Nequs hakimiyyətin və dövlətin rəhbəri olurdu. İcra və qanunverici hakimiyyəti özündə birləşdirirdi. Əfsanəyə görə İsrail Krallığının üçüncü kralı Süleyman (Solomon) və Səba Məlikəsi Bilqeysin övladları Eritreya dövlətində yaşayan tiqrelərdir. 1890-cı ilə kimi müasir Eritreyanın bir hissəsində yerləşən Medri Bahri və 1974-cü ilə kimi Efiopiya hökmdarı kimi tanınan Bahri Negusun titulu idi. Sonralar Bibliya və ya digər ədəbiyyatda qarşılandıqda, bu titul "Padşah" və "İmperator" sözlərinin tərcüməsi kimi istifadə edilməyə başlandı. "Nequs" sözü qədim Ge'ez Negus Ge'ez ነጉሥ dilindən gələn bir isimdir və tərcümədə "şahlıq" anlamı verir. Son vaxtlar, ən vacib və mühüm: Qojjam, Veleqa və dənizə doğru (Buradan müasir Eritreyanın bir hissəsində yerləşən Bahr Neqasi "Dənizin şahı" adı əmələ gəlir) əyalətlərinin başçılarının vəzifəsi kimi Nequs titulu istifadə olunurdu.
Sequn Toriola
Sequn Toriola (18 sentyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Sequn Toriola Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Anggun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Anqqun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Irgun
İrqun (ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, mənası "İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat") 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (İbranicə: ההגנה הלאומית) ya da Hama'amad (המעמד) olaraq tanınmağa başlandı İrgun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edildi. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (אצ"ל) olaraq da bilinir. İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi.
Keqon
Keqon (華厳宗) – buddizmin Yaponiyadakı sektalarından biri. Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır. Nara buddizminin altı sektasından biri idi. == Tarix == Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır. VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir. Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir. Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir. Kamakura dövründə Today məbədindən Qyonen və Kozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar. Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir. Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus) — 7. Abbasi xəlifəsi. Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı. Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Negev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Neqev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Nəbgan
Nəbgan (fars. نبگان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 28 nəfəri kişilər və 32 nəfəri qadınlar olmaqla cəmi 60 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi. Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Çətgün
Çətgün — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Çətgün oyk, sadə. Qusar r-nunun Zindanmuruq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Quba qəzasının Qrız icmasına məxsus oba kimi yaranmış, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. Çetkün avar dilində "birəli" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır.
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.