Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. == Tarixi == Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Molodoy kommunist (jurnal, Azərbaycan)
Molodoy kommunist (azərb-kiril. Молодој коммунист, rus. Молодой коммунист; mənası – gənc kommunist) — Azərbaycanda aylıq komsomol jurnalı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı. == Tarixi == "Molodoy kommunist" Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi və BK-nın orqanı kimi 1920–1921-ci illərdə nəşr olunmuşdur. İlk nömrəsi 21 oktyabr 1920-ci il tarixində, 3–4-cü nömrələri isə 1 fevral 1921-ci ildə çıxmışdır. Cəmi neçə nömrəsi çıxması haqqında dəqiq məlumat yoxdur. "Molodoy kommunist"də 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq gənclərinin I qurultayı, Kommunist Gənclər İnternasionalı, Azərbaycan komsomol təşkilatlarının fəaliyyəti haqqında materiallar dərc olunmuşdur.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. == Tarixi == 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.