Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. == Zəmin == İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Nurəli Xəlifə
Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 155-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur. == Həyatı == Nurəli Xəlifə Səfəvi dövlətinin erkən yaranış mərhələsində mühüm rol oynamışdır. Onun 1512-ci ildə Anadoluya etdiyi böyük həcmli yürüş Sultan Səlimin taxta çıxmasından sonra həyata keçirilmiş və 1514-cü ildə baş tutmuş Çaldıran döyüşünə aparan yolda həlledici amillərdən biri olmuşdur. Onun bu yürüşündə Anadoludakı qızılbaşlar mühüm rol oynamışdır. Nurəli Xəlifə qızılbaşlarla birlikdə Anadolunun içklərinə doğru irəliləmiş, Tokatı ələ keçirib, yağmaladıqdan sonra orada Şah İsmayılın adına xütbə oxutdurmuşdur. Bundan sonra bölgəyə gəlmiş və Sinan Paşa komandanlığındakı Osmanlı ordusu da darmadağın edilmişdir. Nurəli Xəlifəni bu yürüşündə Osmanlı taxt-tacı uğrunda mübarizədə Sultan Səlimə məğlub olmuş Osmanlı şahzadəsi Şahzadə Murad da iştirak edirdi.Həlledici Çaldıran döyüşü zamanı Nurəli Xəlifə və Məhəmməd xan Ustaclı Şah İsmayılın Osmanlı döyüş taktikaları ilə meydanda tanış olmuş sərkərdələri idilər. Bu iki sərkərdə Osmanlı ordusunun müdafiə mövqelərini düzəldə bilməmiş, qəfildən topyekun hücuma keçməyi təklif etdilər.
Nurəli Yusifbəyli
Nurəli Adil oğlu Yusifbəyli — Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru. == Həyatı == 28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycanlıdır. 1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir. 1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Baş Məsləhətçisi, Nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyi Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Tofiq Nurəli
Tofiq Nurəli (Hacıyev Tofiq Niyətulla oğlu; 4 iyul 1953, Yerfi, Quba rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988) == Həyatı == Tofiq Nurəli 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində oxuyub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu fərqlənmə diplomu ilə bitirmişdir (1972–1978). Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışmışdır. İlk kütləvi səhiyyə qəzetini "Şəfqət"- indiki "Tibb qəzeti"ni yaratmış və 1991–1995-ci illərdə qəzetin baş redaktoru işləmişdir. == Fəaliyyəti == Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin şeirləri o dövrün gəncləri arasında ən çox oxunan, sevilən poeziya nümunələrindən idi. Təsadüfi deyil ki, ədəbi orqanlardakı çıxışları kimi onun 1983-cü ildə çap olunan ilk "Şehli kəpənəklər" adlı kitabı da böyük rəğbətlə qarşılanmışdı. 1984-cü ildə gənc yazıçıların VIII Ümumittifaq müşavirəsindəki uğurlu iştirakı, şeirlərinin "Literaturnaya qazeta" da dərc olunması həmin müvəffəqiyyətin davamı idi. "Şehli kəpənəklər" (1983), "Yağışdan sonra" (1989), "Tənha bir qüssə" (1998), "Tənha payız yarpağı" (2003), "Yarpaqlarım "ağrıyır" (2014) adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çap olunub.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.
Müqəddəs Nedeli kafedralı
Müqəddəs Nedeli kafedralı (bolq. Църква Света Неделя) — Bolqar Pravoslav Kilsəsinin Sofiya Metropoliyasının kafedralı. Kilsə Balkanlarda Müqəddəs Nedeli olaraq tanınan Nikomedialı müqəddəs şəhid Kiriakinin adını daşıyır. Müqəddəs Nedeli məbədi X əsrdə inşa edilib. XVIII əsrdən isə şəhərin əsas kilsəsi olub. Müqəddəs bina əsrlər boyu dağıdılıb və dəfələrlə yenidən qurulub. Məbədin indiki binası Sofiyanın görməli yerləri arasındadır. O, məşhur Bolqarıstan memarlıq cütlüyü Vasilyov-Tsolov tərəfindən layihələndirilib. Serb kralı Stefan Uros II Milutinin qalıqları kilsədə saxlanılır. == Tarixi == Kafedralin ilk illərinin tarixi az məlumdur.
Şəbib ibn Abdullah ən-Nəhşəli
Şəbib ibn Abdullah ən-Nəhşəli (ərəb. شَبیب بن عَبدِ الله النَّهشَلی‎) — Kərbəla döyüşündə şəhid. == Nəsil == Şəbib ibn Abdullah əl-Nəhşəli əl-Bəsri Bəni-Teymin bir qolu olan Bəni-Nəhşal qəbiləsindən olan bir ailədə anadan olmuşdur. Bəzi fars mənbələrində o, Seyf ibn əl-Haris əl-Həmdani və Malik ibn Abdullah ibn Sari ilə birlikdə Kərbəlaya gedən Haris ibn Sari əl-Həmədaninin qulu kimi qeyd edilmişdir. Lakin bu, onun Mədinədən Hüseyn ibn Əli ilə birlikdə olduğunu göstərən məlumatlarla uyğun gəlmir. Lakin Mamaqani onun Şəbib ibn Abdullah Haris ibn Sari əl-Kufidən başqa biri olduğuna inanırdı.Məhəmməd Mehdi Şəmsəddin Həbib ibn Abdullahın Kərbəla şəhidlərindən biri olduğunu qeyd etmişdir. Həmçinin Həbib ibn Əbd olaraq da xatırlanan Şəbib ibn Abdullah ən-Nəhşəli, Həbib ibn Abdullah və ya Əbu Əmr ən-Nəhşəli kimi olması ehtimalını da qeyd etmişdir. == Tərcümeyi-hal == Şəbib Peyğəmbərin ardıcıllarından və Əli ibn Əbu Talibin səhabələrindən idi və Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdi. Əlinin şəhadətindən sonra Həsənin səhabələrindən olmuş və onunla birlikdə qalmışdır. Hüseynin zamanında isə onun səhabələri arasında idi.