Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nizovaya
Niyazoba (əvvəlki adı: Nizovaya) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı qərarı ilə Xaçmaz rayonunun Nizovaya kəndi Niyazoba kəndi adlandırılmışdır. Niyazoba kəndi, Xaçmaz rayonunda, Xəzər dənizinin qərb sahilində yerləşir. Tarixi məlumatlara əsasən, kəndin salınması məsələsi ilə bağlı çeşidli fikirlər mövcuddur. Bir sənəddə Niyazoba kəndinin Sasani dövlətinin şahı I Yəzdəgird tərəfindən (399-421-ci illər) salındığına dair ehtimallar irəli sürülmüşdür. Kəndin adı "Niyaz" (şəxs adı) və "oba" komponentlərindən ibarətdir, "Niyaza məxsus oba" mənasını ifadə edir. Lakin tarix boyu adında dəyişikliklər olmuşdur. Əvvəllər "Nizobat" və "Nizovye" kimi adlandırılan kəndin adı daha sonra "Nizovaya" şəklində işlənmişdir ki, bu da "aşağı" mənasını verir. 1830-1840-cı illərdə Rusiyadan buraya köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaşayış məntəqəsinin adı "Nizovaya" olmuşdur. Lakin 1992-ci ildə kəndin adı "Niyazoba" adlandırılmağa başlamışdır.