Niyazoba (əvvəlki adı: Nizovaya) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Nizovaya kəndi Niyazoba kəndi adlandırılmışdır.[1]
Niyazoba | |
---|---|
41°31′07″ şm. e. 48°54′51″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2726 |
Niyazabad bir zamanlar Xəzər dənizinin qərb sahilindəki ən mühüm limanlardan biri idi. Azərbaycanın cənubundan başlayan ticarət yolu bu liman şəhərindən keçərək Dərbəndə çatırdı.
Xacmaz rayon mərkəzinden 14 km şərqdə, Xəzər dənizi sahilində yerləşir.
Kənddə 1 orta məktəb, xəstəxana, Mədəniyyət evi, poçt şöbəsi fəaliyyət göstərir.
Kənd əhalisi əsasən əkinçilik və maldarlıq, həmçinin bağçılıq, bostançılıq ilə məşğul olur.
On iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinden avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmisdi.
Xaçmaz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |