Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nikelin
Nikelin — mineral, NiAs. == Haqqında == Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Niklot
Niklot — Obodritlərin tayfa başçısı. Meklenburq sülaləsinin banisi.
Nikolay
Nikolay — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Nikolay Kurnakov — rus fizika-kimyaçısı (1893), əməkdar professor (1907), kimya elmləri doktoru (1909) Nikolay Luzin — SSRİ və Rusiya riyaziyyatçısı Nikolay Morozov — Rus inqilabçı, alim və ictimai xadimi. Nikolay Olyalin — sovet aktyoru, Ukrayna xalq artisti Nikolay Petruxin — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). Nikolay Popov — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Statsyuk — Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945) Nikolay Suxov — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944) Nikolay Zinin — Rus kimyaçısı, Peterburq Elmlər Akademiyasınin akademiki (1865) Nikolay Çernışevski — Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.
Nikpey
Nikpey — İranın Zəncan ostanının Zəncan şəhristanının Zəncanrud bəxşində şəhər, Zəncanrud bəxşinin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 427 nəfər və 119 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Nikpey şəhər statusunu 2011-ci ildə alıb. Şəhər öz qədim karvansarayı ilə tanınır.
Nikşiç
Nikşiç (mont. Никшић/Nikšić) - Monteneqroda şəhər. Nikşiç vadisində, Trebyesa dağının ətəyində yerləşir. Nikşiç paytaxt Podqoritsadan sonra Monteneqronun ikinci ən böyük şəhəri və vacib sənaye mərkəzidir. Sahəsi 2.065 km² olan Nikşiç bələdiyyəsinin mərkəzidir.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 126 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.
Draqan Nikoliç
Draqan Nikoliç (serb. Драгослав (Драган) Николић; 20 iyul 1943 və ya 20 avqust 1943, Belqrad, Serbiyada Almaniya Hərbi İdarəsi[d], Üçüncü Reyx – 11 mart 2016, Belqrad) — Serbiya teatr və kino aktyoru. == Həyatı == Belqarad İncəsənət Universitetinin Drama Sənəti fakültəsini bitirmişdir. Filmlərdə çəkilməyi 1964-cü ildən başlamışdır. Jivoin Pavloviçin "Ölü və ağ olduğum zaman" (1967) adlı kinosunda rolu ona şöhrət gətirmişdir. 1969-cu ildə Atelye 212 teatr truppasına üzv oldu. Master və Margarita, Dib və digər tamaşalarda baş rollarda oynamışdır. Rejissor və ssenarist Jivko Nikoliç onun böyük qardaşıdır. Aktrisa Milena Draviç həyat yoldaşı idi.
II Nikolay
II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], RSFSR[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. == Həyatı == Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar. Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib.
I Nikolay
I Nikolay
Milan Nikoliç
Milan Nikoliç (2 iyul 1979, Yaqodina[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Serbiya müğənnisi. == Həyatı == Milan Nikoliç 2 iyul 1979-cu ildə anadan olub. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Marko Kon ilə birlikdə təmsil edib.
Milliy stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. == Haqqında == Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Müqəddəs Nikolay
Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır. O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı. Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Niklas Laustsen
Niklas Laustsen (30 avqust 1992) — Danimarkalı peşəkar kişi BMX velosipedçisi. Niklas Laustsen Danimarkanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Niklas Laustsen 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.404 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu.
Niklas Stierlin
Niklas Stierlin (22 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Stierlin Kayserlautern akademiyası vasitəsilə inkişaf etmişdir. Stierlin öz peşəkar karyerasında debütünü 26 iyul 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Brumanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 26 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Niklas Süle
Niklas Süle (3 sentyabr 1995, Frankfurt-Mayn, Hessen) — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Almaniya futbolçusu. == Klub karyerası == Süle futbolçu karyerasına Rot-Veyb Valldorf klubunda start vermişdir. 2006-cı ildə Süle Ayntraxt Frankfurt klubuna transfer olmuşdur. 2008–09 mövsümünün sonunda Süle klubu tərk etmişdir. O, Darmştadt klubu ilə müqavilə imzalamış, yarım il sonra isə 1899 Hoffenhaym klubuna keçmişdir. 2017-ci ilin yanvar ayında Süle Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. Süle Hoffenhaym klubu ilə Bundesliqada debütünü 11 may 2013-cü ildə Hamburq klubuna qarşı oyunda etmişdir. O, görüşə ilk on birlikdə start vermiş və 81-ci dəqiqədə Andreas Lüdviq ilə əvəz olunmuşdur. Hoffenhaym həmin görüşdə 4–1 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Süle Almaniya U-17 millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Nikolay Abaza
Nikolay Savviç Abaza (rus. Никола́й Са́ввич Абаза́; 7 (19) avqust 1837, Moskva – 21 sentyabr (4 oktyabr) 1901, Moskva) — Rusiya dövlət xadimi. == Həyatı == Nikolay Savviç Abaza 1837-ci ildə Moskvada anadan olmuşdur. O, Aleksandr Abazanın əmisioğludur. Abaza 1880–1881-ci illərdə Mətbuat İşləri üzrə Baş İdarəsinin rəisi, Ali İnzibati Komissiyanın üzvü olmuşdur. O, 1880-ci ildən senator, 1890-cı ildən Dövlət Şurasının üzvü kimi xidmət etmişdir. Abaza 1891-ci ildən torpaq mülkiyyətinin zadəganlığını qorumaq tədbirləri məsələsini müzakirə etmək üçün komissiyanın sədri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Альманах современных русских государственных деятелей. — СПб.: Тип. Исидора Гольдберга, 1897.
Nikolay Abramoviç
Nikolay Yakovleviç Abramoviç (rus. Никола́й Я́ковлевич Абрамо́вич; 29 oktyabr (10 noyabr) 1881, Taqanroq, Don Voysko vilayəti[d] – mart 1922, Moskva) — Rusiya ədəbiyyatşünası, nasiri, şairi və publisisti. Təxəllüsləri "Nikolay Muravyov" və "N. Kadmin" olmuşdur. Qısa hekayələrin, "Tozlu yol" novellasının (1911), "Yolda olan qadın" romanının (1917) və qardaşı ilə birgə yazdığı bir neçə "dekadent" romanın müəllifidir. == Əsərləri == Литературно-критические очерки, кн. I. — СПб., 1909. Жизнь и творчество. — СПб., 1909. В осенних садах. — 1909.
Nikolay Voronov
Nikolay Nikolayeviç Voronov (rus. Никола́й Никола́евич Во́ронов; d. 5 may 1899, Sankt Peterburq, Rusiya imperiyası — ö. 28 fevral 1968, Moskva, SSRİ) — Sovet hərbi xadimi, baş artilleriya marşalı (21 fevral 1944-cü ildən etibarən), Sovet İttifaqı Qəhrəmanı (7 may 1965-ci ildən etibarən). SSRİ Ali Sovetinin deputatı (1946–1950). 1941-ci ildən 1950-ci ilə qədər Qızıl Ordunun artilleriya qüvvələrinin komandanı olmuşdur. Böyük Vətən müharibəsi ərzində Stalinqrad döyüşü, Leninqradın blokadası və Kursk döyüşündə Sovet artilleriya qoşunlarına rəhbərlik etmişdir. == Həmçinin bax == İkinci dünya müharibəsi Stalinqrad döyüşü Kursk döyüşü == İstinadlar == == Xarici keçidlər == Ф. Самсонов. "Биография Н. Воронова, составленная генерал-полковником артиллерии в отставке Ф. Самсоновым". сборник «Полководцы и военачальники ВОВ» (rus).
Nikolay Xanıkov
Nikolay Vladimiroviç Xanıkov (1819[…] və ya 24 oktyabr 1819, Kaluqa quberniyası[d] – 15 noyabr 1878, Rambuye[d]) — səfir, şərqşünas. == Həyatı == Nikolay Vladimiroviç Xanıkov 12 oktyabr 1822-ci ildə Rusiya imperiyasının Kaluqa quberniyasında anadan olmuşdu. Nikolay Xanıkov 1853-cü ildə Təbriz şəhərində baş konsul vəzifəsində xidmət etməyə başlamışdı. Nikolay Xanıkov 1878-ci ildə vəfat edib.
Nikolay Xatunsev
Xatunsev Nikolay Borisoviç (rus. Николай Борисович Хатунцев) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Nikolay Xatunsev 1932-ci il iyunun 9-da Bakı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Burada 6 saylı şəhər məktəbini qızıl medalla bitirmişdir (1940-1950). ADU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur (1955). Əmək fəaliyyətinə Azərbaycan Respublikası prokurorluğunda müstəntiq kimi başlamışdır. Sonra Azərbaycanın bir sıra rayonlarında müstəntiq, prokuror müavini işləmişdir (1955-1960). Azərbaycan SSR Səhiyyə Nazirliyinin Tibb Parazitologiya Elmi-Tədqiqat İnstitutu Xəbərlər şöbəsində elmi işçi, eyni zamanda "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında ştatdankənar müxbir olmuşdur (1960-1965). Azərbaycan Elmlər Akademiyasının "Elm" nəşriyyatında redaktor, baş redaktor (1965-1983), redaksiya müdiri (1983-?) işləmişdir. Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır.
Rona Nişliu
Rona Nişliu — Albaniya müğənnisi. == Həyatı == Kosovoda anadan olmuşdur. Avroviziya 2012 Mahnı Müsabiqəsində Albaniyanı birinci yarımfinalda, 22 may 2012-də "Suus" adlı mahnı ilə təmsil etmişdir. == Mahnıları == Suus (2012) Eja Zonja Vdoke Shenja Veriu Flakaresha A ka arsy (Ft.