Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikelin
Nikelin — mineral, NiAs. Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Niklot
Niklot — Obodritlərin tayfa başçısı. Meklenburq sülaləsinin banisi.
Nikolay
Nikolay — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Nikolay Kurnakov — rus fizika-kimyaçısı (1893), əməkdar professor (1907), kimya elmləri doktoru (1909) Nikolay Luzin — SSRİ və Rusiya riyaziyyatçısı Nikolay Morozov — Rus inqilabçı, alim və ictimai xadimi. Nikolay Olyalin — sovet aktyoru, Ukrayna xalq artisti Nikolay Petruxin — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). Nikolay Popov — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945). Nikolay Statsyuk — Sovet İttifaqı Qəhrəmanı (24 mart 1945) Nikolay Suxov — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944) Nikolay Zinin — Rus kimyaçısı, Peterburq Elmlər Akademiyasınin akademiki (1865) Nikolay Çernışevski — Rus inqilabçı və mütəfəkkiri, yazıçı, iqtisadçı, filosof.
Nikpey
Nikpey — İranın Zəncan ostanının Zəncan şəhristanının Zəncanrud bəxşində şəhər, Zəncanrud bəxşinin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 427 nəfər və 119 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Nikpey şəhər statusunu 2011-ci ildə alıb. Şəhər öz qədim karvansarası ilə tanınır.
Nikşiç
Nikşiç (mont. Никшић/Nikšić) - Monteneqroda şəhər. Nikşiç vadisində, Trebyesa dağının ətəyində yerləşir. Nikşiç paytaxt Podqoritsadan sonra Monteneqronun ikinci ən böyük şəhəri və vacib sənaye mərkəzidir. Sahəsi 2.065 km² olan Nikşiç bələdiyyəsinin mərkəzidir.
Niktey
Niktey ( q.yun. Νυκτεύς) — qədim yunan mifologiyasında personaj, Xtoniyanın oğlu. Likin qardaşı kimi xatırlanır. Nikteidanın atası olmuşdur.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 126 nəfərdir. Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.
II Nikolay
II Nikolay Romanov (18 may 1868, Puşkin[d], Rusiya imperiyası – 17 iyul 1918, Yekaterinburq, Perm quberniyası[d], Sovet Rusiyası[d]) — Rusiya imperiyasının sonuncu imperatoru, III Aleksandrın oğlu, Romanovlar sülaləsinin sonuncu varisi. Çar II Nikolay ölümündən sonra Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib. Vəfat edərkən 2012-ci il kursu ilə 300 milyard dollar məbləğində var-dövləti vardı. == Həyatı == Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Anası ilə çox yaxın olmuş, daim məktublaşmışlar. Nikolay ilk təhsilini 1885–1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N. N. Beketov, N. N. Obruçev, T. A. Küyi, M. İ. Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A. R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib.
I Nikolay
I Nikolay
Milan Nikoliç
Milan Nikoliç (2 iyul 1979, Yaqodina[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Serbiya müğənnisi. Milan Nikoliç 2 iyul 1979-cu ildə anadan olub. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Marko Kon ilə birlikdə təmsil edib.
Milliy stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Müqəddəs Nikolay
Müqəddəs Nikolay Möcüzəyaradan (rus. Николай Чудотворец; yun. Άγιος Νικόλαος; III əsr – IV əsr, Mira, Likiya, Qədim Roma) — tarixi kilsələrdə müqəddəs şəxs, Likiyada (Bizans) arxiyepiskop. Xristianlıqda o, möcüzəyaradan kimi hörmətlə qarşılanır, Şərqdə səyahətçilərin, məhbusların və yetimlərin himayədarı, Qərbdə - cəmiyyətin demək olar ki, bütün təbəqələrinin, lakin əsasən uşaqların himayədarı kimi tanınır. O, həm başındakı yepiskopluğunun simvolu olan mitra ilə, həm də onsuz təsvir edilmişdir. Santa-Klaus personajı məhz Müqəddəs Nikolaydan götürülmüşdür. Müqəddəs Nikolayın müflis bir zənginin üç qızına cehiz hədiyyə etməsindən bəhs edən həyatının əsasında Milad hədiyyələri yarandı. Mirlikiyalı Nikolayın qədim tərcümeyi-hallarında müqəddəslərin tərcümeyi-hallarının oxşar təfərrüatlarına görə onları adətən Nikolay Pinar (Sion) ilə qarışdırırdılar: hər ikisi Likiyadan, arxiyepiskoplardan, hörmətli müqəddəslər və möcüzəyaradanlardır. Bu təsadüflər əsrlər boyu mövcud olan yanlış təsəvvürə səbəb oldu ki, kilsənin tarixində yalnız bir Müqəddəs Nikolay Möcüzəyaradan olmuşdur.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Niklas Laustsen
Niklas Laustsen (30 avqust 1992) — Danimarkalı peşəkar kişi BMX velosipedçisi. Niklas Laustsen Danimarkanı beynəlxalq yarışlarda təmsil edir. Niklas Laustsen 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.404 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu.
Niklas Stierlin
Niklas Stierlin (22 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Stierlin Kayserlautern akademiyası vasitəsilə inkişaf etmişdir. Stierlin öz peşəkar karyerasında debütünü 26 iyul 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Brumanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. 26 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Niklas Süle
Niklas Süle (3 sentyabr 1995, Frankfurt-Mayn, Hessen) — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Almaniya futbolçusu. Süle futbolçu karyerasına Rot-Veyb Valldorf klubunda start vermişdir. 2006-cı ildə Süle Ayntraxt Frankfurt klubuna transfer olmuşdur. 2008–09 mövsümünün sonunda Süle klubu tərk etmişdir. O, Darmştadt klubu ilə müqavilə imzalamış, yarım il sonra isə 1899 Hoffenhaym klubuna keçmişdir. 2017-ci ilin yanvar ayında Süle Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. Süle Hoffenhaym klubu ilə Bundesliqada debütünü 11 may 2013-cü ildə Hamburq klubuna qarşı oyunda etmişdir. O, görüşə ilk on birlikdə start vermiş və 81-ci dəqiqədə Andreas Lüdviq ilə əvəz olunmuşdur. Hoffenhaym həmin görüşdə 4–1 hesabı ilə məğlub olmuşdur. Süle Almaniya U-17 millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Nikolay Abaza
Nikolay Savviç Abaza (rus. Никола́й Са́ввич Абаза́; 7 (19) avqust 1837, Moskva – 21 sentyabr (4 oktyabr) 1901, Moskva) — Rusiya dövlət xadimi. Nikolay Savviç Abaza 1837-ci ildə Moskvada anadan olmuşdur. O, Aleksandr Abazanın əmisioğludur. Abaza 1880–1881-ci illərdə Mətbuat İşləri üzrə Baş İdarəsinin rəisi, Ali İnzibati Komissiyanın üzvü olmuşdur. O, 1880-ci ildən senator, 1890-cı ildən Dövlət Şurasının üzvü kimi xidmət etmişdir. Abaza 1891-ci ildən torpaq mülkiyyətinin zadəganlığını qorumaq tədbirləri məsələsini müzakirə etmək üçün komissiyanın sədri olmuşdur. Альманах современных русских государственных деятелей. — СПб.: Тип. Исидора Гольдберга, 1897.
Nikolay Abramoviç
Nikolay Yakovleviç Abramoviç (rus. Никола́й Я́ковлевич Абрамо́вич; 29 oktyabr (10 noyabr) 1881, Taqanroq, Don Voysko vilayəti[d] – mart 1922, Moskva) — Rusiya ədəbiyyatşünası, nasiri, şairi və publisisti. Təxəllüsləri "Nikolay Muravyov" və "N. Kadmin" olmuşdur. Qısa hekayələrin, "Tozlu yol" novellasının (1911), "Yolda olan qadın" romanının (1917) və qardaşı ilə birgə yazdığı bir neçə "dekadent" romanın müəllifidir. Литературно-критические очерки, кн. I. — СПб., 1909. Жизнь и творчество. — СПб., 1909. В осенних садах. — 1909.
Nikolay Adonts
Nikolay Georgiyeviç Adonts (rus. Никола́й Гео́ргиевич Адо́нц, erm. Նիկողայոս Գեորգիի Ադոնց; əsl adı Nikolayos Ter-Avetikyan; rus. Николайос Тер-Аветикян, rus. Նիկողայոս Տէր-Աւետիքեան; 10 (22) yanvar 1871, Brnakot, Zəngəzur qəzası – 27 yanvar 1942[…], Brüssel) — erməni əsilli Rusiya Bizansşünası və ermənişünası, ictimai xadimi və tarixçisi. 1920-ci ildən xaricdə, 1930-cu ildən Brüssel Universitetinin professoru olmuşdur. Ermənistan tarixi, erməni–Bizans münasibətləri üzərində ixtisaslaşmışdır. 2000-ci ildə Ermənistanda Adontsa həsr olunmuş poçt markası buraxılmışdır. Filologiya elmləri doktoru (1916). Sankt-Peterburq Universitetinin professoru (1916).
Nikolay Amosov
Nikolay Amosov (6 (19) dekabr 1913 – 12 dekabr 2002, Kiyev) — Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü (1961). Nikolay Amosov 1913-cü il dekabrın 6-sı Rusiya Federasiyasının indiki Voloqda vilayətinin Olxov kəndində anadan olmuşdur. O, 1939-cu ildə Arxangelsk Tibb İnstitutunu, 1940-cı ildə isə Ümumittifaq Qiyabi Sənaye İnstitutunu bitirmişdir. Nikolay Amosov 1947–52-ci illərdə Bryansk vilayət xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, 1952–54-cü illərdə Ukrayna Elmi-Tədqiqat Vərəm və Döş Cərrahiyyəsi İnstitutunun döş cərrahiyyəsi klinikasının rəhbəri, 1955–70-ci illərdə Kiyev Həkimləri Təkmilləşdirlmə İnstitutunda döş cərrahiyyəsi və anesteziologiya kafedrasının müdiri, 1983–88-ci illərdə Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyəsi İnstitutunun rəhbəri vəzifəsində çalışmışdır. 1960-cı ildən eyni zamanda Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun biokibernetika şöbəsinin rəhbəri idi. Amosovun elmi əsərləri ürəyin, ağciyərin cərrahiyyəsinə, damar və qarın cərrahiyyəsinə, habelə bioloji və tibbi kibernetika məsələlərinə həsr edilmişdir. 1958-ci il — Ukrayna SSR əməkdar elm xadimi. 1973-cü il — Sosialist Əməyi Qəhrəmanı. 1961-ci il — Lenin mükafatı. 1968-ci il — Ukrayna SSR Dövlət mükafatı laureatı.
Nikolay Andreyev
Nikolay Andreyev (dilçi) — Sovet və Rusiya dilçisi. Nikolay Andreyev (fizik) — rus fiziki, Rusiyada akustikanın banisi.
Nikolay Andrusov
Andrusov Nikolay İvanoviç (rus. Андрусов, Николай Иванович) – rus geoloqu, paleontoloq. Peterburq EA-nın 1914-cü ildən akademiki. Əsas tədqiqatları Pont-Xəzər hövzəsinin Neogen çöküntülərinin stratiqrafiyası və paleon tologiyasına, Avrasiyanın Alp zonasının tektonikasına və paleo coğrafiyasına, həmçinin qazıntı riflərinə və orqanogen əhəng daşılarına həsr olunmuşdur. Andrusov paleoekologiyanın banilərindən biridir. Andrusov 1895-ci ildə Şimali Qafqazda və Azərbaycanda Neogen və Paleogen sistemlərinin çöküntülərini tədqiq etmişdir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.