Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nimfomaniya
Nimfomaniya (yun. νύμφη (nymphe) — gəlin, μανία (mania) — ehtiras, dəlilik; lat. nymphomania) — qadınlarda həddindən artıq cinsi əlaqə hərisliyi, hipersekssuallıqla özünü büruzə verən patoloji hal ya xəstəlik. Bu haldan əziyyət çəkən qadınlar nimfomanlar adlanılırlar. Bəzən bu termindən cəmiyyət arasında bu və ya digər qadının normadan kənar seksual davranışlarına işarə olaraq işlədilir. Nimfomaniya halı bəzən Histeriya (yun. ὑστέρα (hystera) — "quduz uşaqlıq") ilə eyniləşdirilir. Nimfomanlarda hədsiz, idarəolunmaz dərəcədə müxtəlif partnyorlarla cinsi əlaqəyə girmək hərisliyi mövcud olur. Bu oyanıqlıq həqiqi nimfomaniyalarda cinsiyyət orqanı tərəfindən adekvat reaksiyasız olub, subyektiv xarakter daşıyır. Bu zaman daimi seksual narazılıq (qeyri kafilik, kifayətlənməmək), bu məqsədlə yeni-yeni onu kifayətləndirəcək partnyorların sorağında olmaq nimfomanlar üçün xarakterikdir.
Nimfoman (film)
Nimfoman (ing. Nymphomaniac, stilizə edilmiş forma NİMF()MAN ing. NYMPH()MANIAC) 2013-cü ildə Lars fon Trierin rejissorluğu ilə çəkilmiş iki hissəli Danimarka filmidir. Filmdə Şarlotta Gensbur, Stellan Skarsqard, Steysi Martin, Şaya LaBaf, Kristian Sleyter, Konni Nilsen, Ceymi Bell, Uma Turman və Uilyam Defo çəkilmişlər. Filmin beş saat yarımlıq birinci hissəsinin kəsilməmiş versiyasının dünya premyerası 16 fevral 2014-cü ildə 64-cü Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. Kəsilməmiş ikinci hissə isə 2014-cü ildə Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir. Nimfoman, fon Tierin qeyri-rəsmi “Depressiya trilogiyası”nın sonuncu və üçüncü hissəsi olmaqla, “Antixrist” və “Melanxoliya” filmlərini tamamlayır. Soyuq qış axşamında cazibədar, subay Selqman (Stellan Skarsqard) özünə diaqnoz qomuş nimfoman Conu (Şarlotta Gensbur) küçənin ortasında döyülmüş vəziyyətdə tapır. O, Conu özünün yaşadığı mənzilə gətirir, yaralarını təmizləyir və həyatı haqqında suallar verir. O diqqətlə Conu dinləyir və aşağıdakı səkkiz fəsildə onun uşaqlıqdan əlli yaşına kimi yüksək erotik aktivliklə keçən həyatı haqqında öyrənir.
Nimfoman (film, 2013)