Nimfoman (film)
Nimfoman (ing. Nymphomaniac, stilizə edilmiş forma NİMF()MAN ing. NYMPH()MANIAC) 2013-cü ildə Lars fon Trierin rejissorluğu ilə çəkilmiş iki hissəli Danimarka filmidir. Filmdə Şarlotta Gensbur, Stellan Skarsqard, Steysi Martin, Şaya LaBaf, Kristian Sleyter, Konni Nilsen, Ceymi Bell, Uma Turman və Uilyam Defo çəkilmişlər.
Filmin beş saat yarımlıq birinci hissəsinin kəsilməmiş versiyasının dünya premyerası 16 fevral 2014-cü ildə 64-cü Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. Kəsilməmiş ikinci hissə isə 2014-cü ildə Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir.
Nimfoman, fon Tierin qeyri-rəsmi “Depressiya trilogiyası”nın sonuncu və üçüncü hissəsi olmaqla, “Antixrist” və “Melanxoliya” filmlərini tamamlayır.
Soyuq qış axşamında cazibədar, subay Selqman (Stellan Skarsqard) özünə diaqnoz qomuş nimfoman Conu (Şarlotta Gensbur) küçənin ortasında döyülmüş vəziyyətdə tapır. O, Conu özünün yaşadığı mənzilə gətirir, yaralarını təmizləyir və həyatı haqqında suallar verir. O diqqətlə Conu dinləyir və aşağıdakı səkkiz fəsildə onun uşaqlıqdan əlli yaşına kimi yüksək erotik aktivliklə keçən həyatı haqqında öyrənir.