Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Nuevo-Leon
Nuevo-Leon Meksikanın şimal-şərqində yerləşən ştat. Ştatın ərazisi 64.210 kvadrat km, əhalisi isə 2005-ci ilin statistikasına əsasən 4.199.292 nəfərdir.
Nuevo sol
Yeni (Nuevo) sol (isp. Nuevo sol) — Perunun valyutası. Yeni Peru solu, (İspanca: nuevo sol peruano) Perunun milli pul vahdidir. S/. işarəsi ilə göstərilir. Yeni Peru solunun beynəlxalq kodu "PEN"dir. 1 yeni sol 100 sentimoya bərabərdir. Yeni solun çoxluğuna yeni soles, sentimonun çoxluğuna isə sentimos deyilir. Perunun milli pul vahidinə "Sol" yəni, ispanca "Günəş" adının verilməsi təsadüfi deyil, beləki bu perunun yerli xalqları üçün Günəşin müqəddəsliyi ilə bağlıdır. Peru valyutasının tarixi 1985-ci ildən başlanır.
Estadio Nuevo Los Carmenes
Estadio Nuevo Los Carmenes İspaniyanın Qranada şəhərində 1995-ci ildə inşa edilən çox məqsədli stadion. Stadionda əsasən futbol oyunları keçirilir. İspaniyanın Qranada Atletiko və Qranada C.F. komandaları öz oyunlarını bu stadion keçirirlər. 22.524 tamaşaçı tutumuna malikdir.