Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Nansi Niro
Nansi Niro (21 sentyabr 1966) — Kanadalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Kanadanı təmsil edir. Nansi Niro dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Robert De Niro
Robert de Niro (17 avqust 1943[…], Qrinviç Villic[d], Nyu-York ştatı) — ABŞ aktyoru. 1943-cü il 17 avqustda Nyu-Yorkda anadan olub. İstedada malik valideynlərin övladı olsa da demək mümkündü ki, uşaqlıq dövrlərindən onun üçün heç də parlaq xatirələr qalmayıb. Əksinə balaca Robert cürbəcür sıxıntılar yaşayıb. Üç yaşı olar-olmaz atası ilə anası ayrıldılar və onun uşaqlığı Manhettendə "Balaca İtaliya" adlanan məhəllədə keçdi. Və Robertin təlim-tərbiyyəsi ilə bütövlükdə anası məşğul oldu. Həmin dövrlərdə o, digər uşaqlardan seçilmirdi, arıq, sısqa bir oğlan idi. Əksər uşaqlar kimi Robert də məktəbə getdi. Dərslərində həmyaşıdlarından o qədər seçilməsə də kiçik De Niro məktəbdə, həm də küçə teatr truppalarınin hazırladığı tamaşalarda iştirak edirdi. Və bütün bunları gələcək şedevrin ilk rolları da adlandırmaq olardı.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Birsk
Börü (başqurdca: Börö, rus.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Girov
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Hiroki
Hiroki — ad. Hiroki Yamada — Yaponiya futbolçusu.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd. 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Neron
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Nikko
Nikko (Nikkō (日光市, Nikkō-shi)) — Yaponiyanın müqəddəs şəhəri. Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər. Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir.
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Nizrol
Nizrol (fr. Nizerolles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03201. 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 198 nəfərdən (15—64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 149 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,3 %, 1999-cu ildə 69,6%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Nurek
Nurek (tac. Норак) — Tacikistanda şəhər, paytaxt Düşənbədən 70 km cənub-şərqdə, əhalisi 30.900 (2019). 16 dekabr 1960-cı ildə Nurek kəndini regional tabe şəhərə (Ordjonikidzeabad bölgəsi) çevirərək Nurek Su Elektrik Stansiyasının inşası zamanı yaradıldı. Nurek, Vaxş çayının üzərində, dəniz səviyyəsindən 885 m yüksəklikdə yerləşir. Şəhərə bir çox kənd və camaat daxildir (tərkibində bir neçə ailənin yaşadığı qəsəbələri belə adlandırırlar): Tutkavul, Kibil, Çaşma, Lanqar, Dukoni, Xocaabdulla, Navde, Daqana və Energetik. 12 iyul 1961-ci ildə Nurek respublika tabeliyində bir şəhər statusu aldı. Əhalisi 1 yanvar 2019-cu il tarixinə 30.900 nəfərdir. Nurek SES: 1972-ci ildə istismara verilmişdir, bənd hündürlüyü 300 m, elektrik stansiyasının gücü 3000 MW, su anbarının səthinin sahəsi 98 km² yığma beton zavodu geyim fabriki çörək istehsalı Nurek şəhərində bina və şəhərləri lazım olan hər şeylə vaxtında və tam təmin edən yeni bir iqtisadi əməkdaşlıq forması — "İşçi estafeti" yarandı. Bunun sayəsində Nurek SES -in birinci bloku 15 noyabr 1972-ci ildə, 1978-ci ilin dekabrında isə ucuz elektrik enerjisi istehsal edən stansiyanın son bloku istismara verildi. Qeyd edək ki, Nurek SES istifadəyə verildikdən sonra 292,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişdir.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Nikon
Nikon Korporasiyası (株式会社ニコンKabushiki-gaisha Nikon ) (həmçinin Nikon və Nikon Corp. kimi tanınır) optik avadanlıq və kamera cihazları üzrə ixtisaslaşmış Yaponiyada yerləşən çoxmillətli şirkətdir . Xüsusilə kameraları ilə dünyada tanınan şirkətin digər məhsulları arasında durbin, mikroskop, optik ölçü cihazları və yarımkeçirici istehsalında istifadə olunan dəqiq emal cihazları var. İlk dəfə 1917-ci ildə Nippon Kōgaku (日本光学: "Yaponiya Optik Şirkəti") adı ilə qurulan şirkət ilk dəfə 1946-cı ildə istehsalına başladığı fotoaparat obyektivlərində Nikon markasından istifadə etdi. Fotoqrafiya sənayesindəki uğurlarının nəticəsi olaraq, şirkət 1988-ci ildə Nikon Corporation adını aldı və bu gün Mitsubishi Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir. == Tarix == Nikon 1917-ci ildə üç böyük yapon optik istehsalçısının bir araya gəlməsi ilə qurulub. Bu gün Nikon təxminən 17.000 işçisi ilə fəaliyyətini davam etdirir.
Girov (dəqiqləşdirmə)
Girov