Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd.[1]
Mirək | |
---|---|
39°19′21″ şm. e. 47°03′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 280 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır.[2]
Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |