Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Opedet
Opedet (fr. Oppedette, oks. Aupedeta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04142. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 63 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 33 nəfər arasında (15-64 yaş) 25 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 53.8%) idi. 25 aktiv adamdan 20 nəfəri (6 kişi və 14 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Cimmi Bennet
Ceyms Maykl "Cimmi" Bennet (9 fevral 1996) — Amerika aktyoru və musiqiçisi.
Toni Bennet
Toni Bennet (ing. Tony Bennett, doğum adı Entoni Dominik Benedetto, ing. Anthony Dominick Benedetto; 3 avqust 1926[…], Kuins, Nyu-York ştatı, ABŞ – 21 iyul 2023, Nyu-York, Nyu-York ştatı, ABŞ) — ABŞ populyar musiqi və caz müğənnisi. Bennet Nyu-Yorkda böyümüş, gənc yaşlarından mahnı oxumağa başlamışdır. İkinci dünya müharibəsinin sonlarına yaxın Avropadakı döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra öz ifaçılıq texnikasını inkişaf etdirmiş, "Columbia Records" səsyazma studiyası ilə əməkdaşlığa başlamış və 1951-ci ildə özünün ilk bir nömrəli hiti olan "Because of You" mahnısını yazdırmışdır. "Rags to Riches" kimi bəzi məşhur mahnıları 1950-lərin əvvəllərinə təsadüf edir. Daha sonra o, caz stilində mahnıları da ifa etməyə başladı. 1950-lərin sonunda "The Beat of My Heart" və "Basie Swings, Bennett Sings" albomları ilə Toni Bennet öz sənət fəaliyyətinin zirvəsinə çatdı. 1962-ci ildə o, özünün ən məşhur mahnılarından olan "I Left My Heart in San Francisco" mahnısını yazdırdı.
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir.ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb.Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu. 2012-ci ildə Benet Yəhudi Evinin partiya lideri seçildi. Yəhudi Evinin Benetin rəhbərliyi altında ilk dəfə qatıldığı 2013 Knesset seçkilərində 120 yerdən 12 yer qazandı.
Eduard Turner Bennet
Eduard Turner Bennet (6 yanvar 1797 – 21 avqust 1836) – İngilis zooloqu və yazıçısı. Botanik Con Cozef Bennetin böyük qardaşı.
Jon Benet Ramseyin ölümü
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına.Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib. O, bir sıra titullar qazanıb: "Colorado State All-Star Kids Cover Girl", "America’s Royal Miss", "Little Miss Charlevoix,", "National Tiny Miss Beauty", " Little Miss Colorado", " Little Miss Christmas".