Toni Bennet (ing. Tony Bennett, doğum adı Entoni Dominik Benedetto, ing. Anthony Dominick Benedetto; 3 avqust 1926[1][2][…], Kuins, Nyu-York ştatı, ABŞ[5] – 21 iyul 2023[3], Nyu-York, Nyu-York ştatı, ABŞ[3]) — ABŞ populyar musiqi və caz müğənnisi.
Toni Bennet | |
---|---|
ing. Anthony Dominick Benedetto | |
Ümumi məlumatlar | |
Ləqəbi | Tony Bennett |
Doğum tarixi | 3 avqust 1926[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 2023[3] (96 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Altsheymer xəstəliyi |
Uşağı | 4[3] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, rəssam, avtobioqraf[d], cazmen, aktyor, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1945–2021 |
Janrlar | caz, soul[6] |
Albom şirkətləri | Columbia Records |
Mükafatları |
|
tonybennett.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bennet Nyu-Yorkda böyümüş, gənc yaşlarından mahnı oxumağa başlamışdır. İkinci dünya müharibəsinin sonlarına yaxın Avropadakı döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra öz ifaçılıq texnikasını inkişaf etdirmiş, "Columbia Records" səsyazma studiyası ilə əməkdaşlığa başlamış və 1951-ci ildə özünün ilk bir nömrəli hiti olan "Because of You" mahnısını yazdırmışdır.
"Rags to Riches" kimi bəzi məşhur mahnıları 1950-lərin əvvəllərinə təsadüf edir. Daha sonra o, caz stilində mahnıları da ifa etməyə başladı. 1950-lərin sonunda "The Beat of My Heart" və "Basie Swings, Bennett Sings" albomları ilə Toni Bennet öz sənət fəaliyyətinin zirvəsinə çatdı. 1962-ci ildə o, özünün ən məşhur mahnılarından olan "I Left My Heart in San Francisco" mahnısını yazdırdı. Rok musiqisinin populyarlıq qazanması onun karyerasına və şəxsi həyatına mənfi təsir göstərdi.
1980-ci illərin sonu 1990-cı illərdə Bennet öz ifa stilini qoruyaraq yenidən böyük auditoriya qarşısına qayıdış etdi. Bennet uzun karyerası ərzində 20 Qremmi, Grammy Ömür Boyu Müvəffəqiyyət Mükafatı, 2 Emmi və Kennedi Mərkəzinin mükafatına, Milli İncəsənət Mükafatının Caz Ustası adına layiq görülmüş, onun mahnıları dünyada 50 milyon nüsxədən artıq satılmışdır. Bennet həm də rəssamlıqla məşğul olur və rəsmlərini öz əsl soyadı olan Benedetto adı ilə imzalayır. O, NEA Caz Ustası və Kennedi Mərkəzinin Fəxri adına layiq görülüb və Kvins, Nyu Yorkda Frank Sinatra İncəsənət Məktəbinin yaradıcısı olub.
Müğənni haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |