Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.
Andres Manuel Lopes Obrador
Andrés Manuel López Obrador (13 noyabr 1953-cü ildə anadan olub), həmçinin AMLO baş hərfləri ilə də tanınır, 2018-ci ildən Meksikanın 65-ci və hazırkı prezidenti vəzifəsini icra edən meksikalı siyasətçidir. Milli Yeniləşmə Hərəkatının (Morena) lideri. López Obrador Tabasko ştatının Tepetitan şəhərində orta səviyyəli ailədə anadan olub. O, Meksika Milli Muxtar Universitetində (UNAM) siyasi elmlər üzrə təhsil alıb və siyasi karyerasına 1970-ci illərdə İnstitusional İnqilab Partiyasının (PRI) üzvü kimi başlayıb. Daha sonra o, solçu Demokratik İnqilab Partiyasına (PRD) qoşulub və 1994-1996-cı illərdə Tabasko ştatının Makuspana şəhərinin meri vəzifəsində çalışıb. 2000-ci ildə Lopez Obrador Tabasko qubernatoru seçildi. O, 2006-cı ilə qədər Meksikanın prezidentliyinə namizəd olana qədər qubernator vəzifəsində çalışıb. O, seçkini Felipe Kalderona az fərqlə uduzdu, lakin seçkinin ondan oğurlandığını iddia etdi. López Obrador seçkinin nəticələrinə qarşı kütləvi etiraz hərəkatına rəhbərlik edib və bunu "Lopez Obrador Vətəndaş İtaətsizliyi Kampaniyası" (LECDO) adlandırıb. 2012-ci ildə Lopez Obrador yenidən prezidentliyə namizəd oldu.
İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır. == Tarixi şəxsiyyət == Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala — akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış ikicildli monoqrafiya. Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə nəşr edilmiş, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur. Kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilərək, ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunmuşdur. Kitabın təqdimatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keşirilmişdir. == Birinci cild == İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur. Birinci kitab 400 səhifə həcmində, altı fəsildən ibarətdir. Giriş - "Ədəbiyyatın yüksək amalı və böyük borcu" (akademik İsa Həbibbəyli) birinci fəsli - “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” (akademik İsa Həbibbəyli) ikinci fəsli - “Poeziyada Heydər Əliyev idealı” (Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova) üçüncü fəsli - “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu) dördüncü fəsil - “Dahiyə layiq bədii-sənədli epopeya” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova) beşinci fəsil - “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” (Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı) altıncı fəsil - “Heydər Əliyevin ədəbi-filoloji portreti” (Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli) == İkinci cild == 2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub. Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb. İkinci kitabda, həmçinin Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb. İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.