Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ogüst
Ogüst (fr. Auguste) — ad. Ogüst Kont — fransız filosofu və sosioloqu Ogüst Lümyer — Kinematoqrafiyanın banisi. Ogüst Roden — fransız heykəltaraş.
Ogüst Beyernar
Ogüst Mari Fransua Beyernar (nid. Auguste Marie François Beernaert 26 iyun 1829, Ostend - 6 oktyabr 1912, Lütsern) — Belçika dövlət xadimi, Belçikanın Baş naziri (1884-1894). Maliyyə məmuru ailəsində anadan olub. 1850-ci ildə Löven Katolik Universitetinin hüquq fakültəsini bitirmişdir. Sonra iki il Berlin, Paris, Heydelberq, Leypsiq və Strasburq universitetlərində təhsil alaraq, 1853-cü ildə vətəninə qayıtmışdır. Orada təcrübəli vəkil olan Beyernar Vergi hüququ üzrə ixtisaslaşmışdır. 1859-cu ilin avqustunda kral fərmanı ilə Kassasiya Məhkəməsinin vəkili təyin edilir, daha sonra Vəkillər Kollegiyasının prezidenti olur. 1854-cü ildə Brüsseldə De l'état de l'enseignement du droit en France et en Allemagne adlı əsərini nəşr etdirdi. 1873-1878 - Jül Malu hökumətindəki ictimai işlər, dəmir yolları və nəqliyyat naziri, ölkədə rabitənin inkişafı üçün çox şey etdi: Qent-Terneuzen kanalını genişləndirdi, Antverp və Ostenddə yeni marinalar tikdirdi, Mərkəz Kanalını istismara verdi və dəmir yollarını fəal şəkildə inkişaf etdirdi. Belçika Dəniz Qanununun Birləşdirilməsi Dərnəyi və Beynəlxalq Dəniz Komitəsinin yaradılmasının təşəbbüskarlarından biri idi.
Ogüst Düpen
Kavaler Ogüst Düpen (C. Auguste Dupin) — ədəbiyyat tarixində Edqar Allan Po tərəfindən yaradılmış ilk xəfiyyə (detektiv) obrazı. Düpen obrazı yaranma tarixi baxımından hətta detektiv ifadəsini qabaqlayır. Düpen obrazını yaradarkən Po, məşhur fransız xəfiyyəsi, dünyada ilk detektiv agentliyinin yaradıcısı Vidokun memuarlarından yararlanmışdır. K.Ogüst Düpen fransızdır və Parisin Sen-Jermen məhəlləsində yaşayır və ilk dəfə oxucular onunla "Morq küçəsində qətl" hekayəsində tanış olurlar. O, bundan sonra daha iki əsərdə ("Mari Roje müəmması" və "Oğurlanmış məktub") peyda olur. Düpen həm də, Fəxri Legionun kavaleridir. Düpen heç də peşəkar detektiv deyil və hər üç məlum halda onu xəfiyyəlik etməyə sövq edən motivlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun metodu başqa insanların fikirlərini oxuma və xəyalən cinayətkarın cildinə girə bilmə qabiliyyətlərini öz fövqəladə intellekti ilə birləşdirməkdən ibarətdir. Düpen sonradan bir çox məşhur detektiv obrazlarının, o cümlədən Şerlok Holmsun prototiplərindən biri olmuşdur. Bununla belə, "Al-qırmızı etüd" povestində Şerlok Holms Düpen haqqında deyir ki, onun fikrincə Düpen bilavasitə şəxs olub.
Ogüst Erben
Ogüst Erben (fr. Auguste Herbin; 29 aprel 1882[…] – 31 yanvar 1960[…], Paris, Fransa) — Fransa müasir incəsənətinin rəssamı. O, rəngli həndəsi fiqurlardan ibarət olan Kubist və mücərrəd rəsmləri ilə tanınır. Qeyri-məzmunlu abstrakt sənəti təbliğ edən Kreativ Abstraksiya (Abstraction-Création) və Salonun yeni həqiqətləri (Salon des Réalités Nouvelles) qruplarını bir araya gətirdi. O, Nor şəhərində anadan olmuşdur. Atası sənətkar idi. O, 1899-cu ildən 1901-ci ilə qədər Parisdə məskunlaşdıqdan sonra Lil İncəsənət Məktəbində rəsm çəkmişdir. 1914-cü ildə, Birinci Dünya müharibəsinin başlamasından sonra, onun qısa boyluğundan ötəri hərbi xidmətdən azad edilmiş və Paris yaxınlığında bir təyyarə fabrikində işləmişdir. Ogüst Erben müxtəlif rəsm üslub çox ardıcıl nümayiş etdirir. Van Qoqa üslubunda onun ilk rəsmi aydın bir fauvist və kub-məzmunlu təsir altında yazılmış məzmunu izləyir.
Ogüst Kont
Ogüst Kont (fr. Auguste Comte; 19 yanvar 1798[…], Monpelye, Birinci Fransa Respublikası – 5 sentyabr 1857[…], Paris, İkinci Fransa İmperiyası) — Fransa filosofu və sosioloqu, pozitivizmin banisi. Sosiologiyanın bir elm kimi formalaşmasında, onun Tarix və Fəlsəfədən ayrıca fəaliyyət göstərməsi üçün böyük işlər görmüşdür. Sen-Simonun katibi və əməkdaşı olmuşdur. Təbiətin dərk edilməsi tarixi Kont tərəfindən üç mərhləyə bölünmüşdür: Teoloji, Metafizik, Pozitiv. Vergi məmuru olan atası və anası, royalist və qatı Katolik idi. O dövrdə Fransada yayılan Respublikaçılığa və şübhəçi görüşlərə əleyhdar idilər. Balaca Komt bu qarşıdurmalı mühitində öz mövqeyini təyin etdi: Katolik Kilsəsinə və kralçılığa qarşı çıxdı. Fiziki baxımdan sağlam deyildi. Çəlimsiz bədəni, miyopluğu, mədə xəstəliyi həyatı boyunca ona problem oldu.1821-ci ildə haqqında şayələr gəzən bir xanımla ailə həyatı qurdu.
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.
Ogüst Monferran
Ogüst Monferran (fr. Auguste de Montferrand) və ya Avqust Avqustoviç Monferran (rus. Август Августович Монферран) Fransa mənşəli Rusiya memarı, dekarator və rəsm ustası. Ogüst Monferran 24 yanvar 1786-cı ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1816-cı ildən Rusiyanın Peterburq şəhərində (indiki Sankt-Peterburq) işləmişdir. Rusiyada klassisizmdən eklektizmə keçid dövrü Monferranın yaradıcılığında öz əksini tapmışdır. O, 10 iyul 1858-ci ildə Rusiyanın Peterburq şəhərində vəfat etmişdir. Peterburqda İsaaki kilsəsi, Aleksandr sütunu, Qış sarayının Feldmarşal və Pyotr zallarının bəzək işləri, Dairəvi zalın inşası, Qaqarinanın evinin yennidən tikintisi və s. Ольга Александровна Чеканова, Александр Лукич Ротач. Огюст Монферран.
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Ogüst Valras
Ogüst Valras (fr. Auguste Walras; 1 fevral 1801, Monpelye – 18 aprel 1866, Po[d]) — Fransa iqtisadçısı (həvəskar) və məktəb direktoru. Görkəmli riyaziyyatçı Leon Valrasın atasıdır. Ogüst Valras oğlu Leon Valrasın fəaliyyətinə əhəmiyyətli təsiri ilə yadda qalıb. Belə ki, o, Leonun iqtisadiyyat sahəsi üzrə təhsil almasına nail olmaq üçün oğlunu ədəbiyyata olan marağından uzaqlaşdırmışdı. Qıtlıq və faydalılığın dəyər mənbəyi kimi götürülməsi məhz Ogüstün ideyası idi. Keçmiş sinif yoldaşı Antuan Kurnodan təsirlənərək oğlunu iqtisadi təhlillər zamanı riyazi vasitələrdən istifadə etməyə təhrik etmişdi. Ogüst Valras insanların istəkləri ilə malların qıtlığını qarşılaşdıraraq onların dəyərini aşkar etmişdi. Onun nəzəriyyələrini hazırlayarkən göstərdiyi səylər Leon Valrasın çəkəcəyi bir eskizdən daha uzağa getmədi. Ogüst Valrasın torpaqların milliləşdirilməsi ilə bağlı siyasi mövqeyi də gənc Valras tərəfindən qəbul edilmişdi.
Oqust Erben
Ogüst Erben (fr. Auguste Herbin; 29 aprel 1882[…] – 31 yanvar 1960[…], Paris, Fransa) — Fransa müasir incəsənətinin rəssamı. O, rəngli həndəsi fiqurlardan ibarət olan Kubist və mücərrəd rəsmləri ilə tanınır. Qeyri-məzmunlu abstrakt sənəti təbliğ edən Kreativ Abstraksiya (Abstraction-Création) və Salonun yeni həqiqətləri (Salon des Réalités Nouvelles) qruplarını bir araya gətirdi. O, Nor şəhərində anadan olmuşdur. Atası sənətkar idi. O, 1899-cu ildən 1901-ci ilə qədər Parisdə məskunlaşdıqdan sonra Lil İncəsənət Məktəbində rəsm çəkmişdir. 1914-cü ildə, Birinci Dünya müharibəsinin başlamasından sonra, onun qısa boyluğundan ötəri hərbi xidmətdən azad edilmiş və Paris yaxınlığında bir təyyarə fabrikində işləmişdir. Ogüst Erben müxtəlif rəsm üslub çox ardıcıl nümayiş etdirir. Van Qoqa üslubunda onun ilk rəsmi aydın bir fauvist və kub-məzmunlu təsir altında yazılmış məzmunu izləyir.
Frederik Ogüst Bartoldi
Frederik Ogüst Bartoldi (fr. Frédéric Auguste Bartholdi; d. 2 avqust 1834, Kolmar – ö. 4 oktyabr 1904, Paris) — görkəmli fransız heykəltaraşı. Nyu-York limanında yerləşən "Azadlıq heykəli" və Belfor şəhərindəki "Belfort şiri" abidələrinin müəllifidir (Fransa–Prussiya müharibəsi zamanı Belfort şəhərini qəhrəmancasına müdafiə etmiş sakinlərin xatirəsinə ucaldılmışdır). == Bioqrafiya == Bartoldi 1834-cü ilin 2 avqustunda, Fransanın Elzas bölgəsinin Kolmar şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra ailəsi Paris şəhərinə köçmüş, lakin maliyyə vəziyyətinin yaxşı olması Kolmar şəhərindəki evdə də qalmağa imkan verirdi. Həmin ev 1922-ci ildən muzey kimi fəaliyyət göstərir. Parisdə o, Milli incəsənət məktəbində memarlıq ilə bərabər, rəssamlıq dərsləri almışdır. Misirə uzun səyahət etdikdən sonra, Kolmar şəhərində memarlıq karyerasına başladı.
K. Ogüst Düpen
Kavaler Ogüst Düpen (C. Auguste Dupin) — ədəbiyyat tarixində Edqar Allan Po tərəfindən yaradılmış ilk xəfiyyə (detektiv) obrazı. Düpen obrazı yaranma tarixi baxımından hətta detektiv ifadəsini qabaqlayır. Düpen obrazını yaradarkən Po, məşhur fransız xəfiyyəsi, dünyada ilk detektiv agentliyinin yaradıcısı Vidokun memuarlarından yararlanmışdır. K.Ogüst Düpen fransızdır və Parisin Sen-Jermen məhəlləsində yaşayır və ilk dəfə oxucular onunla "Morq küçəsində qətl" hekayəsində tanış olurlar. O, bundan sonra daha iki əsərdə ("Mari Roje müəmması" və "Oğurlanmış məktub") peyda olur. Düpen həm də, Fəxri Legionun kavaleridir. Düpen heç də peşəkar detektiv deyil və hər üç məlum halda onu xəfiyyəlik etməyə sövq edən motivlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun metodu başqa insanların fikirlərini oxuma və xəyalən cinayətkarın cildinə girə bilmə qabiliyyətlərini öz fövqəladə intellekti ilə birləşdirməkdən ibarətdir. Düpen sonradan bir çox məşhur detektiv obrazlarının, o cümlədən Şerlok Holmsun prototiplərindən biri olmuşdur. Bununla belə, "Al-qırmızı etüd" povestində Şerlok Holms Düpen haqqında deyir ki, onun fikrincə Düpen bilavasitə şəxs olub.
Lui Oqüst Blanki
Lui Oqüst Blanki (fr. Louis Auguste Blanqui; 8 fevral 1805, Püje-Tenye, Birinci Fransa İmperiyası – 1 yanvar 1881[…], Paris, Sena[d]) — fransız inqilabçısı, utopik-kommunist.
Pyer-Ogüst Renuar
Pyer-Ogüst Renuar (fr. Pierre-Auguste Renoir [pjɛʁ oɡyst ʁənwaʁ];25 fevral 1841[…], Limoj – 3 dekabr 1919[…], Kan-syur-Mer) — fransız rəssam, impressionizmin yaradıcılarından biri. Pyer-Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoges şəhərində anadan olub. Atası dərzi olan Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün 4 yaşında Parisə köçmək məcburiyyətində qalırlar. O, 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuar rəssamlıqla burada tanış olur. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr Muzeyinə gedib, orada usta rəssamların əsərlərin surətini kətana köçürürdü.
Lui-Ogüst Silbaris
Lui-Ogüst Silbaris (fr. Louis-Auguste Cyparis) və ya Lyudger Silbaris (fr. Ludger Sylbaris; 1 iyun 1874, Martinika – 1929, Panama) — 8 may 1902-ci ildə Montan-Pele vulkanının püskürməsi zamanı Karib dənizinin Martinika adasında yerləşən Sen-Pyer şəhərindən sağ qalanlardan biri olan afrokarib kişi. "Vest-İndiyanın Parisi" kimi tanınan Sen-Pyer şəhəri yerlə-yeksan edən və 30 minə yaxın insanın həyatına son qoyan piroklastik axının birbaşa yolunda idi. Silbaris daha sonra "Ringling Bros. and Barnum & Bailey Circus" ilə səyahət etmiş, XX əsrin əvvəllərində məşhur olmuşdur. == Həyatı == Lui-Ogüst Silbaris 1 iyun 1874-cü ildə Martinikanın Sen-Pyerdən təxminən 9 kilometr şimalda, Le-Preşer balıqçı kəndi yaxınlığında, "La-Donno mənzili" plantasiyasında anadan olmuşdur. O, paytaxt Sen-Pyer şəhərində, Montan-Pele vulkanının kölgəsində adi fəhlə işləyirdi. Müxtəlif mənbələrə görə, 1902-ci il mayın 7-nə keçən gecə, vulkan püskürməsi ərəfəsində Silbaris ya bar davasına, ya da küçə davasına qarışmışdı. O, bir şəxsə hücum etdiyinə görə sutkalıq həbsxanaya atılmışdır.
Jan Ogüst Dominik Enqr
Jan Ogüst Dominik Enqr (fr. Jean Auguste Dominique Ingres; 29 avqust 1780[…], Montoban[d][…] – 14 yanvar 1867[…], Paris[…]) — fransız rəssamı. XIX əsr Avropa akademizminin görkəmli nümayəndələrindən biri. == Həyatı == Fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr 1780-ci ilin avqustun 29-da Fransada anadan olub. Onun atası bir çox uğurlu peşəyə sahib olub: daşyonma, miniatür rəssam, heykəltaraş, dekorativ bənna və bir də həvəskar musiqiçi. İlk rəsm və musiqi təhsilini atasından alan gənc Enqri özünün ilk tanınmış rəsm əsərini 1789-cu ildə antik tökmə gipslə yaratmışdır. 1786-cı ildə o, yerli məktəbdə təhsilini davam etdirmiş, lakin 1791-ci ildə Fransa İnqilabının baş verməsi təhsilinə son qoymuş və məktəb bağlanmışdır. Təhsilinın yarımçıq qalması Enqri üçün həmişə təhlükə mənbəyi olaraq qalmışdır. 1791-ci ildə atası Joseph Enqri oğlunu Tuluza şəhərinə aparır. Tuluzda onu Royale de Peinture Akademiyasının heykəltaraş və memarlıq sinfinə qəbul etdirir.
Oqüst Jan Batist Şevalye
Oqüst Jan Batist Şevalye (fr. Auguste Jean Baptiste Chevalier; 23 iyun 1873 – 3 iyun 1956, Paris) — Fransa botaniki. Mission Chari-Lac Tchad, 1902–1904, 1907 Sudania: Énumeration des plantes récoltées en Afrique tropicale, 1911 La forêt et les bois du Gobon, 1917 Les kolatiers et les noix de kola, 1911 (совместно с Émile Constant Perrot) Bonneuil, C. Auguste Chevalier Savant colonial La bibliothèque d’ethnobiologie (fr.) JSTOR: The Bryologist, Vol. 80, No. 3 (Autumn, 1977), pp.
Şarl Anri Oqüst Şefer
Şarl Anri Oqüst Şefer (fr. Charles Henri Auguste Schefer; 16 noyabr 1820, Paris – 3 mart 1898[…])—fransız şərqşünası, tarixçisi və diplomatı. Şarl Anri Oqüst Şefer 1820-ci ildə Paris şəhərində doğulmuşdu. Ali təhsilini École Nationale des Langues Orientales Vivantesdə tamamlamışdı. Fransanın Osmanlı ölkəsindəki Qüds, İzmir və İskəndəriyədə olan təmsilçiliklərində uzun müddət mütərcim kimi çalışdıqdan sonra 1849-cu ildə İstanbul səfirliyinin başmütərcimliyinə təyin edilmişdi. 1856-cı ildə Parisə döndü; ertəsi il École des Langues Orientales Vivantesin Fars dili müəllimi, 1867-ci ildə isə müdiri olaraq təyin edildi. 1860-cı ildə Suriya, 1862-ci ildə Qırmızı dənizlə ilgili olaraq dövləti təmsilən o bölgələrə göndərilmişdi. Ölümünə qədər işlədiyi məktəb müdiri kimi məktəbin kitabxanasını zənginləşdirən Şefer rəsmi vəzifələri ilə bağlı verilən bir çox dövlət nişanının sahibi idi. Şefer, İslam tarixi və coğrafiyasıyla ilgili önəmli çalışmalar işləyib hazırlamışdı. Bəzi Farsca İslam tarixi qaynaqlarının tənqidi nəşri və Fransızca tərcümələri ilə yanaşı İslam dünyasına dair Şərqdə və Qərbdə yazılmış bir çox səyahətnamə və xatiratı çap etmiş və Fransızcaya çevirmişdir.
Aleksandr Ogüst Ledru-Rollin
Aleksandr Ogüst Ledru-Rollin (2 fevral 1807[…], Paris – 31 dekabr 1874[…]) — Fransa siyasi xadimi, xırda burjua demokratı. Vəkil. Fevral inqilabından (1848) sonra Müvəqqəti hökumətdə daxili işlər naziri, 1848-ci ilin mayından İçraiyyət Komissiyasının üzvü olmuşdur. İyun üsyanının (1848) yatırılmasında iştirak etmişdir. 1849-cu ildə Birtaniyaya mühacirət etmişdi. C. Madzinin və L. Koşutla birgə Londonda Avropa Demokrat Komitəsinin əsasını qoymuşdu. 1870-ci ildən Fransaya qayıtmış. 1871-ci ildə isə Mill Məclisə deputat seçilmişdi. Paris Kommunasına (1871) qarşı çıxmışdır.
Emil Oqust Jozef De Vildeman
Emil Oqust Jozef De Vildeman (fr. Emile Auguste Joseph de Wildeman; 19 oktyabr 1866[…] – 24 iyul 1947[…], Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Emil Oqust Jozef De Vildeman bitkilər toxumlu bitkilər, mikologiya və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Wildeman, E. A. J. de (1897). Prodrome de la flore algologique des Indes néerlandaises. 193 p. Wildeman, E. A. J. de; Durand, T. A. (1898–1907). Prodrome de la flore belge. 3 vols., 1112 p. Wildeman, E. A. J. de (1899–1909).